Qvineya cərəyanı

Qvineya cərəyanı
Ümumi məlumatlar
Akvatoriya Atlantik okean
Tip İsti
Orta temperatur 26-27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qvineya cərəyanıAfrikanın qərb sahilləri boyunca yavaş axan və Atlantik okeana aid edilən[1] isti cərəyan. Qvineya körfəzində qərbdən şərqə axaraq, sonradan cənub istiqamətində dönüş edir. Anqola və Cənubi Ekvator əks cərəyanı ilə birlikdə Qvineya körfəzinin siklon cərəyanını yaradır. Cərəyanlar arasında olan sərhəd mövsümə görə dəyişir, amma təxmini başlanğıcı 10° q.u. sayılır. Suyun orta illik temperaturu 26—27 °C, şərqdən qərbə irəliləyərkən, cərəyanın sürəti azalır. Ən yüksək sürəti gün ərzində 44 km, bəzi hallarda gün ərzində 88 km qədər sürətlənə bilər.

İstinadlar

  1. "Okeana aid olunduğu". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!