1880-ci ildə Bakının Ramana kəndində dünyaya göz açıb.[1] Fransada təhsil almış və 1903-cü ildə Ramana kəndində öz adına Ramana məscidi inşa etdirmişdir.[2]
1920-ci ildə ruslar Hacı Zeynalabdin Tağıyev kimi Qurban bəyə də toxunmur, onun yalnız əmlakını müsadirə edirlər. Qurban bəy 1928-ci ilə qədər Ramanadakı neft mədənində müdir vəzifəsində işləyir. 1928-ci ildə xəstəliyi ilə əlaqədar Buzovnadakı xəstəxanada yatır və bir müddətdən sonra orada vəfat edir. Hazırda onun məzarı Buzovna kənd qəbiristanlığındadır.