Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810[1], Sankt-Peterburq[3][4] – 18 (30) yanvar 1893[2][1], Şatelro[d][3]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir.
Əsərləri
İstinadlar
Mənbə