↑Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
↑Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Qreqori Mertens (fr.Gregory Mertens; d. 21 fevral1991, Anderlext - ö. 30 aprel2015, Genk) — keçmiş belçikalı peşəkar futbolçu. Mərkəz müdafiəçisi idi. Son klubu "Lokeren" olmuşdur.
Qreqori Mertens peşəkar karyerasına 2011-ci ildə "Serkl Brügge"də başlamışdır. O, bu kluba 2010-2011 qış transfer dövründə əvvəllər oynadığı "Gent" klubunun keçmiş baş məşqçisi Bob Pitersin istəyi ilə transfer olunmuşdur.
2011-ci ilin 12 fevralında Qreqori Mertens "Serkl Brügge"-"Anderlext" oyununun 89-cu dəqiqəsində Hans Kornelisi əvəz edərək ilk peşəkar oyununa çıxmışdır. Serkl Brügge oyunu 0:1 məğlub başa çatdırmışdır.
23 may2013-cü ildə "Voluve" klubuna qarşı oyunda ilk dəfə het-rik etmişdir.
Ölümü
Mertens 2015-ci ilin 27 aprelində "Lokeren" forması ilə "Genk"ə qarşı oyunda qəfildən ürək tutması baş vermişdir. Təcili yardım maşını ilə xəstəxanaya
aparılmış, komaya girmişdir.[1] Lakin 30 aprel saat 16:30-da vəfat etmişdir. "Lokeren" klubu bu hadisədən sonra UEFA-ya Mertensin bütün lazım olan fitnes testlərindən keçdiyini bildirmişdir.[2]
Ölümündən 1 gün sonra "Lokeren" komandasının oyunçuları "Vesterlo"ya qarşı pley-of oyununda üzərində Mertensin adı və nömrəsi 4 olan köynəklərlə çıxmışdırlar.[3]