Qorxmaz Sücəddinov

Qorxmaz Sücəddinov
Doğum tarixi 16 aprel 1932(1932-04-16)
Doğum yeri
Vəfat tarixi 22 aprel 2010(2010-04-22) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti heykəltaraş, rəssam
Mükafatları Azərbaycan SSR əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982)[1].

Bioqrafiya

Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir.

Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır.[2]

Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur.

Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "qayınana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir. Bunların arasında isə bütöv bir monumental və dəzgah işləri qalereyası yer alır.[3] Onlar arasındakı dövrdə isə Gəncədə Nizami Gəncəvinin mavzoleyi qarşısında dahi şairin əsərlərinin motivləri üzrə hazırlanmış "Xəmsə" kompozisiyası, Qazaxda "Vidadi və Vaqif" abidəsi, Bakıda Rus Dram Teatrının fasadında Səməd Vurğunun portret barelyefi, Zaqulbada "Abşeron" dekorativ kompozisiyası və s. əsərləri qeyd etmək olar.

Qorxmaz Sücəddinov həyatı boyu çoxsaylı sərgilərin iştirakçısı olmuş, onun əsərlərindən bəziləri, o cümlədən, bürünc və ağacdan hazırlanmış əsərləri: "Musiqi", "Fikirlər", Füzuli, Xəqani, Dədə Qorqud, Cavad xan və Rixard Zorgenin portretləri ölkədə və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Bu və ya digər səbəblərdən sənətkarın bəzi əsərləri bu günlərə gəlib çatmamışdır. Belə ki, Gəncə şəhərinin girişində duran alüminiumdan hazırlanmış əzəmətli "Qız əlində piyalə" heykəli 1990-cı illərin əvvəllərində yoxa çıxmış, Lenin və Qatır Məmmədin heykəlləri isə ideoloji səbəblərdən sökülmüşdür.

Sovetlər dövründə Qorxmaz Sücəddinov uzun illər ərzində Bakıda Politexnik İnstitutunun Memarlıq fakültəsinin təsviri incəsənət kafedrasında rəsm dərsi demişdir. 90-cı illərdə Türkiyədə, əvvəlcə Ərzurumda Atatürk Universitetinin Təsviri incəsənət fakültəsində, sonra isə Kayseridə Erciyes Universitetinin İncəsənət fakültəsində müəllimlik fəaliyyətini davam etdirmiş və burada Rəssamlıq və heykəltaraşlıq kafedrasına rəhbərlik etmişdir. O, Türkiyədə yaşadığı dövr ərzində bu ölkənin görkəmli xadimləri Mustafa Kamal Atatürkün, Memar Sinanın və Yunus Emrenin portret heykəllərini yaratmışdır.

Bakıda vəfat edib və həyat yoldaşının yanında dəfn olunub.

Ailəsi

Həyat yoldaşı — Məmmədova Jozefina
Oğlu — Vahid Sücəddinov
Nəvələri — Sücəddinova Fidan,
Sücəddinova Məryam

İstinadlar

  1. На 78-м году жизни скончался заслуженный художник Горхмаз Суджаддинов
  2. "Горхмаз Суджаддинов: Великий скульптор из Гянджи". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  3. Бакинская городская скульптура: История создания композиции "Бахрам–Гур" — Новая Эпоха

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!