Qiyamət (Rom: Qayamat, digər adı: "Qiyamət: Şəhər təhlükə altında") — 2003-cü ildə[1] Harri Baveja[2] tərəfindən çəkilmiş hind trilleridir. FilmHollivud istehsalı olan Qaya filminin remeykidir[3][4]. Baş rollarda Acay Devqan və Sunil Şetti oynamışdır. Film Hindistanda bir sıra mükafatlar əldə etmiş və eyni zamanda da, hərəkətlər, xüsusi effektlər və kinematoqrafiya üzrə mükafatlara namizəd olmuşdur.
Süjet xətti
Mumbayda milyonlarla insan bioloji silah hücumundan sonra əzab içində ölümlə üz-üzə qalırlar. Təhlükəli raketlərin istehsalında istifadə edilən virus, pakistanlıgeneralın sifarişi ilə iki qanqster qardaş olan Əli və Abbas Ramani və onların müştərək sevgilisi Leyla tərəfindən Hindistan laboratoriyasından oğurlanmışdır. 200 nəfəri girov götürdükdən sonra şəhərlə üzbəüz yerləşən bir adadakı həbsxananı tuturlar. Onlar Hindistan hökumətindən Kəşmirin müstəqilliyini, yüz milyonlarla rupi və onların qaçması üçün vertolyot tələb edirlər. Komando əməliyyatına cavabdeh olan kəşfiyyat zabiti Əkrəm Şeyx (Sunil Shetty), bir vaxtlar həbsxanadan qaçmağı bacaran və buna görə də həbsdən azad edilən yeganə cinayətkar olan Raçitaya (Ajay Devqan) indi terrorçular tərəfindən işğal olunmuş adadakı həbsxanaya girməyə kömək etməsi üçün müraciət edir.