Qazaxıstan Milli Bankı

Qazaxıstan Milli Bankı
qaz. Qazaqstan Ulttıq Banki
Yerləşməsi
43°14′06″ şm. e. 76°55′05″ ş. u.HGYO
Ölkə
Ünvan Almatı, Qazaxıstan
Ümumi məlumatlar
Yaranma tarixi 20 iyun 1991 (33 il əvvəl) (1991-06-20)
Sədr Ərpolad Dosayev
Valyuta Qazaxıstan təngəsi
ISO 4217 kodu: KZT
Digər məlumatlar
Əlaqə vasitələri +7 (727) 2704-591
Saytı nationalbank.kz

Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər.

Tarix

Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir.

1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir.

1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir.

20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.

1993-cü il 13 aprel tarixində "Qazaxıstan Respublikası Milli Bankı haqqında" qanuna uyğun olaraq, Qazaxıstan SSR Milli Bankının adı Qazaxıstan Respublikası Milli Bankı olaraq dəyişdirilmişdir.

1995-ci il 30 mart tarixində 2155 nömrəli "Qazaxıstan Respublikası Milli Bankı haqqında" qanun qəbul edilmişdir.

2001-ci il 2 mart tarixində 162-II nömrəli qanun qəbul edilmişdir. Bu qanuna uyğun olaraq, Qazaxıstan Respublikası Konstitusiyasında düzəlişlər edilmişdir.

İdarəetmə strukturu

Qazaxıstan Milli Bankı Qazaxıstan Respublikasının Prezidentinin məsuliyyətindədir, lakin hakimiyyət orqanları tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətində müstəqildir.

Qazaxıstan Milli Bankı öz fəaliyyətini Qazaxıstan Respublikası Hökuməti ilə əlaqələndirir. Mərkəzi bank hökumətin ümumi fəaliyyətinə daxil olan iqtisadi siyasətini nəzərə alır və onun əsas funksiyalarının yerinə yetirilməsinə və valyuta siyasətinin həyata keçirilməsinə zidd olmasa, onun icrasına kömək edir.

Qazaxıstan Milli Bankının yüksək idarəetmə orqanı İdarə Heyəti, icraedici orqanı isə İdarə Heyətidir. İdarə Heyəti 9 nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibi Qazaxıstan Milli Bankının sədri və onun dörd müavini, Qazaxıstan Respublikası Prezidentinin bir nümayəndəsi, Qazaxıstan Respublikası Hökumətinin iki nümayəndəsi və Qazaxıstan Milli Bankının Maliyyə Bazarının və Maliyyə Təşkilatlarının Nəzarəti Komitəsinin Sədrindən ibarətdir.

Konsultinq

Rotşildlər ailəsinin idarə etdiyi "Rothschild & Co" şirkəti 2006-cı ildən bəri Qazaxıstanda fəaliyyət göstərir[1] və Qazaxıstan Milli Bankının konsultinq ehtiyacını təmin edir.[2][3]

Sədrlər

İstinadlar

  1. "Бакытжан Сагинтаев провел встречу с бароном Эриком де Ротшильдом". primeminister.kz (rus). Qazaxıstan Respublikası Baş Naziri. 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2019.
  2. "Встреча с руководством компании «Rothschild & Co» Эриком де Ротшильдом, Клаусом Мангольдом и Джованни Салветти" (rus). Akorda.kz. 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2019.
  3. "Нурсултан Назарбаев встретился с руководством компании «Rothschild & Co»". liter.kz (rus). Liter. 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2019.
  4. "Данияр Акишев назначен председателем Национального банка РК". tengrinews.kz (rus). Tengrinews. 2 noyabr 2015. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
  5. "Ерболат Досаев приступил к работе в должности главы Нацбанка" (rus). Nur.kz. 26 fevral 2019. Archived from the original on 2019-02-26. İstifadə tarixi: 29 aprel 2019.

Xarici keçidlər

nationalbank.kz — Qazaxıstan Respublikası Milli Bankının rəsmi saytı

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!