Qasım xan Əli xan oğlu Vali (1850 – 1933) — Qacarlar dövlətinin hərbi və mülki xadimi, ordu generalı.
Həyatı
Qasım xan Əli xan oğlu 1850-ci ildə anadan olmuşdu. 1802-ci ildə Napoleon tərəfindən əsası qoyulan Hərbi məktəbini bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Ordu generalı rütbəsinədək yüksəlmişdi. Sərdari-Hümayun ləqəbini daşıyırdı.
Qasım xan Vali ingilispərəst idi və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənirdi.
Qasım xan Vali 1908-ci ildə Təbriz şəhərinin şəhridarı (meri) olmuşdu. Onun vaxtında şəhərə elektrik işığı çəkilmişdi. Litoqrafiyadan yüksək çap üsuluna keçilmişdi.
Qasım xanın Təbrizdə lampa zavodu, kiçik bir tütün fabriki, sabunbişirmə və gön-dəri müəsissələri vardı.
Ailəsi
Qasım xan Vali İsmətəssəltənə xanımla ailə qurmuşdu. İbrahim xan, Əli xan adlı oğlanları vardı.
Qalereya
İstinadlar
Həmçinin bax
Xarici keçidlər