Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr2015-ci ildə ABŞ-nin ABC[1] telekanalında baş tutmuş, yekun seriya isə 12 may2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir.
Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır.
3 mart2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir.[2]
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
"Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur.
Oliviya və Fitz yenidən birlikdə keçirdikləri hər bir anın həzzini alırlar. Sayrus, Melli və Qek Komandirə köməklərinin ağır nəticəsi ilə üzləşirlər. Kaledoniya kral ailəsinin ABŞ səfərinin faciə ilə nəticələnməsindən sonra kraliça Oliviya ilə görüşərək xahiş edir ki, hadisəni ört-basdır edərək kral ailəsinin həyatının məxfi olmasını təmin etsin.
“Poup və partnyorları” şirkətinin yeni götürdüyü iş Oliviyaya bir müddətlik Vaşinqtondan və prezidentdən uzaqlaşmağa imkan verir. Həmin müddətdə Fitz Ağ evdə yeni qalmaqalın günahının kimdə olmasını müəyyənləşdirməyə çalışır, Ebbi isə siyasi intriqalar ustadından dəyərli məsləhət alır.
Oliviya və Fitz hərəkətlərinin faciəvi nəticəsi ilə üzləşirlər, Melli istədiklərini əldə etməyə kömək etmək üçün köhnə tanışına müraciət edir. Ebbi Oliviyaya sübut edir ki, o, Ağ evdəki işinin öhdəsindən uğurla gəlir.
Oliviya nəhəng media-qalmaqalının mərkəzinə düşür, köhnə tanış Qek və Kuinnə onun nəticələrini minimallaşdırmağa kömək edir. Ceyk keçmişi ilə əlaqəli olan və yenidən görməyə ümid etmədiyi biri ilə qarşılaşır. Fitz siyasi dəstəyin dəyərini öyrənir.
Oliviya başa düşür ki, qalmaqalın nəticələrini tək aradan qaldıra bilməyəcək və buna görə də, gözlənilməz bir adama kömək üçün müraciət edir. Bu arada Melli və Sayrus vəziyyəti öz xeyirlərinə istifadə etməyə çalışırlar. Ceyki isə əvvəlki kimi keçmişinin kölgəsi izləyir.
Fitz Oliviyaya qalmaqaldan çıxmaqda onun üçün qəbuledilməz olan yol təklif edir, lakin, Oliviya alternativ yol axtarır. Bu arada Melli, Fitzin xəyanəti ilə bağlı suala cavab verərkən kifayət qədər xoş olmayan vəziyyətə düşür; Oliviyanın komandası onu müdafiəyə davam edir. Syuzan Ross isə məsləhət üçün Devidə müraciət edir.
Yenidən amerikan xalqının etibarını qazanmış Fitz, xoş olmayan bir xəbər alır. “Poup və partnyorları” şirkəti yeni müştərinin işi ilə məşğul olur, Oliviya isə daha çox öz sirrləri və problemləri ilə məşğul olur. Bu arada, Elizabet Nort Ağ ev administrasiyası qarşısında yeni şərt qoyur.
Fitz İranla çox mühüm tarixi müqavilə imzalamağa hazırlaşır və bu zaman Oliviya İran rəhbərliyinin siyasi danışıqlarda istifadə etdiyi qeyri-dürüst metodlar haqqında məlumat alır. Bu arada, Ceyk məqsədinə mümkün qədər tez çatmaqda kömək üçün Qekə müraciət edir. Uzun müddət prezidentin ən yaxın insanları dairəsinə daxil olan Sayrus müstəqil fəaliyyət göstərməyə çalışır.
Ağ evdə qeyri-rəsmi Birinci xanım rolunu həyata keçirən Oliviya günbəgün özünü daha çox təzyiq altnda hiss edir. Bu arada, Melli nə qədər təzyiq gücünə malik olduğunu nümayiş etdirir. Ceyk isə Rouen üçün ovu davam etdirir.
Ayrılmalarından altı ay keçdikdən sonra, Oliviya və Fitz əldə etdikləri azadlıqdan müxtəlif cür istifadə edirlər. Oliviyanın firması isə milli böhrana səbəb ola biləcək yeni işlə məşğul olur.
Melli kömək üçün Oliviyaya müraciət etdikdə, məlum olur ki, o, bu iş birliyinin nəticələri ilə üzləşməyə hələ də hazır deyil. Liz, Syuzan Rossu prezident seçkilərində iştiraka razı salmağa çalışır. Məşhur jurnalist Fitz haqqında məqalə yazmağı təklif etdikdə Ebbi və Sayrusun fikirləri ayrılır.
Fitz şəxsi həyatı ilə məşğul olduğu müddətdə Sayrus şəxsi planını həyata keçirməyə başlayır. Elizabet planını həyata keçirmək üçün Devidi istifadə edir. Oliviya, Milli Təhlükəsizlik Bürosunun rəhbəri kimi fəaliyyətə başlamış Ceykin nə etməyə çalışdığını öyrənmək istəyir.
Gizli xidmətin bir neçə casusu pis vəziyyətə düşür və kömək üçün Oliviyaya müraciət edir. Bu arada, Ebbi bütün var-gücü ilə Fitzi əxlaq çərçivələri daxilində saxlamağa çalışır. Ceykin bəzi sirrlərinin üstü açılır.
Oliviya Ceyki izləməyə davam edir, onun yoxluğunda komanda şirkətin bütün işlərini həyata keçirməyə çalışır. Syuzan və Mellinin seçkiqabağı kompaniyalarına start verilir; Ebbi Sayrusun əsl məqsədini öyrənir; köhn tanışlardan birinin məlumatı isə partlamış bomba effekti verir.
Melli ictimai şəkildə ciddi səhv buraxdıqdan sonra Oliviya səhvləri düzəltməkdə nə qədər uzağa getməyə hazır olduğuna qərar verməlidir. Bu arada, Oliviyanın komandası Ceyk haqqında yeni və dəyərli məlumatı üzə çıxarır, Devid Rozen isə Elizabet Nort və Syuzan Rossla yaşadığı sevgi üçbucağı şəraitində necə davranmaq üçün Ebbidən məsləhət alır.
Birinci seçkiqabağı debatdan sonra, Oliviya namizədlərdən biri haqqında çox ciddi məlumat alır, lakin onu istifadə etməzdən əvvəl komandasına məlumatın həqiqiliyini yoxlamağı tapşırır. Devid başa düşür ki, onun şəxsi həyatı kiçik hissələrə parçalanır. Sayrus isə Florida qubernatorunun seçkiqabağı kompaniyasını aparmağa davam edir.
Seçkiqabağı kompaniyalar davam edir və namizədlərin hər biri digər namizədləri zərərsizləşdirməyə çalışır. Lakin, istənilməyə məlumatın sızması təhlükəsi yarandıqda, onlar birləşirlər. Buna baxmayaraq, bəziləri özlərini qorumaq üçün bütün əlaqələri kəsməyə və bütün sərhəddləri keçməyə hazırdılar.
Oliviya hərəkətinin nəticələrini aradan qaldırmaqla məşğul olduğu müddətdə, Ceyk və Rouenin əslində nə fikirləşdiklərini ortaya çıxarır. Onların planı tamamlamağa az qalmasına baxmayaraq, Oliviya mane olmaq üçün yol axtarır. Bu arada Ceykin keçmişi və neçə B613-də çalışmağa başlaması haqqında daha çox məlumat olur.
Melli, Syuzen və Hollis Florida qubernatoru ilə görüşə hazırlaşır və qubernatorun dəstəyi onun ştatında erkən seçkilərdə qalibiyyətlə nəticələnməlidi. Bu aradaOliviya və Ebbi arasındakı müharibə onların dəstəklədikləri namizədin məhv olmasına səbəb ola bilər. Sayrus, gələcəyinə təsir edə biləcək ciddi qərar verməyə məcburdur.
Hollis Doylun öhdəsindən gələ bilmək üçün Oliviya və Ebbi fikir ayrılıqlarını bir kənara qoyaraq birlikdə işləməlidir. Üzərində Ceyk və Rouenin güclü təzyiqini hiss edən Edison əslində iblislə müqavilə bağladığını başa düşür. Buna görə də kömək üçün Oliviyaya müraciət edir.
Seçkidə iştirak edən hər iki namizəd ideal vitse-prezident axtarışındadır və bu proses Oliviya üçün əlavə problem yaradır. Bu arada, Sayrus seçkilərin gedişatını dəyişəcək addım atmağa qərar verir.
İstehsal
İnkişaf
ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may2015-ci ildə elan etmişdir.[1] “ShondaLand Production Company”nin yeni layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına efir vaxtı ayrılması üçün dördüncü mövsüm kimi, Qalmaqlın beşinci mövsümü də Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. Mövsümün istehsalına 21 may 2015-ci ildə Raymsın Twitterdə beşinci mövsümün yol xəritəsini hazırlamağa başlaması haqqında elan verməsindən sonra başlanmışdır.[24]
ABC telekanalının payız efirinin cədvəli 16 noyabr 2015-ci ildə elan edilmiş və həmin cədvələ əsasən “Ehtiras anatomiyası” və “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialları kimi “Qalmaqal”ın da payızda doqquz seriyasının yayımlanacağı, 19 noyabr 2015-ci ildə isə payız finalının efirə veriləcəyi məlum olmuşdur. Qalan on iki seriya isə qış fasiləsindən sonra 11 fevraldan etibarən yayımlanmışdır.[25] 3-4 fevral 2016-cı ildə isə Qalmqal və Ehtiras anatomiyasının efir vaxtında ABC istehsalı olan “Meydoff” adlı mini serial yayımlanmışdır.[26]3 mart2016-cı ildə ABC serialın altıncı mövsümünün çəkiləcəyini elan etmişdir.[2]
Yazılması
Müsahibə zamanı Şonda Rayms bildirir ki, beşinci mövsümdə hadisələr dördüncü mövsüm finalında qaldığı yerdən bir neçə gün sonra baş verəcək. Beşinci mövsümdə Oliviya və Fitzin eyni lövhə üzərində dayanan yeganə şəxslər olacağının göstəriləcəyindən bəhs edən Rayms deyir ki, “Oliviya və Fitzdən başqa hər kəs üçün dünya kiçik hissələrə bölünmüşdür... Digərləri kifayət qədər narahatlıq hiss edirlər və biz sonradan nələr olacağını görürük.” Rayms davam edərək Sayrus və Mellinin vəziyyətindən danışır və onların daha Ağ evdə ola bilməyəcəklərini deyir.[27]
Rayms TVLine-a verdiyi müsahibədə həm də beşinci mövsümdə Oliviyanın firmasındakı komandanın yenidən formalaşacağını təsdiqləyərək izah edir ki, dördüncü mövsümdə Oliviyanın dəstəklənməsi üçün Qladiator şücaəti arxa plana keçirilsə də, beşinci mövsümdə buna yol verilməyəcək. O, qeyd edir ki, “Qek və Kuinn dəfələrlə öz istəkləri ilə qladiatorluq edəcəklər. Və hər dəfə bu eyni dinamika ilə baş verməyəcək.”[28]
Çəkilməsi
Beşinci mövsümün məşqlərinə iyulun əvvəllərində başlanmışdır.[29]14 iyul 2015-ci ildə Kerri Vaşinqton birinci mövsümün sınaq çəkilişlərinin baş tutmasını qeyd etmişdir.[30]8 avqust 2015-ci ildə mövsüm premyerasının rejissoru Tom Verika Twitter hesabında seriyanın adının “Rəhbər olmaq çətindir” olacağını elan edir.[31]16 iyul 2015-ci ildə beşinci mövsümün əsas çəkilişlərinə başlanılmışdır.[32]
ShondaLandin prodüserlik etdiyi seriallarda rol almış bir neçə aktyor beşinci mövsümün seriyalarının çəkilməsində rejissorluq etmişlər. Qalmqal serialında Toni Qoldvin beşinci mövsümün ikinci və on yeddinci seriyalarını çəkmişdir ki, bu da onun serialda rejissorluq etdiyi dördüncü və beşinci seriyalar olmuşdur. Ehtiras anatomiyası seriyalında Həkim Miranda Beyli rolunu canlandran aktrisa Çandra Vilson Qalmaqalın altıncı seriyasının rejissoru olmuşdur. Qalmqal serialında rol alan Skott Foli serialın on altıncı seriyasının rejissoru olmuşdur. Folinin rejissorluq debütü onun özü və icraçı prodüser Tom Verika tərəfindən Twitterdə elan edilmişdir.[33]
Aktyor seçimi
Beşinci mövsüm on iki ulduz aktyora malikdir ki, onlardan on biri əvvəlki mövsümlərdə də çıxış etmiş, səkkizi isə birinci mövsümdən serialın əsas aktyor heyəti sırasına daxil olmuşdur. Üç aktyor isə serialda yenidir. Kerri Vaşinqton serialın antoqonisti olan, keçmiş Ağ Ev İctimai Əlaqələr direktoru və böhran menecmenti firmasının sahibi Oliviya Poup rolunu canlandırmağa davam etmişdir. Beşinci mövsümdə Derbi Stençfild Ağ Ev Mətbuat Katibi Ebbi Uilan, Keti Lovis Kuinn Perkins, Gilyermo Diaz isə Qek rolunu canlandırmışlar. Kornelius Smit (kiçik) serialda aktivist Markus Uolker rolunu canlandırmışdır. Ceff Perri Ağ Ev administrasiyasının rəhbəri Sayrus Bin, Portiya de Rossi Elizabet Nort rollarını canlandırmağa davam etmişlər. Coşua Malina keçmiş Federal prokuror və yeni Baş Prokuror Devid Rouzen rolunu canlandırmışdır. Bellami Yanq Birinci xanım/Senator Melodi “Melli” Qrant, Toni Qoldvin Prezident III Fitcerald “Fitz” Tomas Qrant qolunu canlandırmağa davam etmişdir. Skott Foli B613 agenti və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Ceyk Ballardı canlandırmışdır.
Dördüncü mövsümün finalından sonra 14 may 2015-ci ildə Portiya de Rossinin beşinci mövsümdə davamlı rol alacağını elan etmişdir.[34]“TVLine” aprel ayının sonlarında xəbər verir ki, Oliviyanın firmasına yeni qladiator gələcək və onu qonaq ulduz canlandıracaq.[35]7 iyul 2015-ci ildə, dördüncü mövsümdə aktivist Markus Uolkeri canlandırmış Kornelius Smitin beşinci mövsümdə davamlı rol alacağı, lakin payız finalına kimi görünməyəcəyi bildirilmişdir.[28][36]24 avqust 2015-ci ildə aktrisa Miya Maestronun beşinci mövsümdə davamlı rol alacağı bildirilsə də, hansı personajı canlandıracağı açıqlanmamışdır.[37]1 sentyabr 2015-ci ildə Culi Klerin qonaq kimi filmin aktyor heyətinə qatıldığı elan edilmişdir.[38]
4 fevral2016-cı ildə Rikyardo Xaviranın serialın aktyor heyətinə qoşularaq ikinci lan rolunu canlandıracağı və onun personajının ilk dəfə XI seriyada görünəcəyi elan edildi.[39]8 fevral 2016-cı ildə Annabet Gişin ikinci plan rol ilə serialın aktyor heyətinə qatııldığı bildirilmişdir.[40]18 fevral 2016-cı ildə “The Hollywood Reporter” serialda Rouen “Elay” Poup rolunu canlandıran Co Mortonun serialın əsas aktyor heyətinə qatılacağını elan etmişdir.[41]
Qəbulu
Rəy aqqreqatoru “Rotten Tomatoes”seriala 13 rəy əsasında 92% təravətli 7.13/10 bal vermişdir. Sayt tənqidçilərinin ortaq rəyində deyilir ki, “Əsas cütlüyə ağır təzyiq yüksək gözləntilər və Qalmaqalın ekşn-paketində həyəcanlandırıcı dəyişikliklər yaradır ki, bu da öz növbəsində həyəcanlandırıcı beşinci mövsümü formalaşdırır.”[42]