Qafqaz quru qurbağası

Qafqaz quru qurbağası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir.

Xüsusiyyətləri

Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır. Başda, həmçinin bədənin yanlarında və ya alt tərəfində tikancıqlar olur. Arxa ətrafların barmaqlarını birləşdirən qabarlar ikiqatdır. Parotidlərin üzərində tünd zolaq və ya tünd xallar olur, ya da olmur. Qarın tərəfi sarımtıl, zəif xallıdır. Erkəklərin rezonatorları yoxdur. Onlar dişilərdən xırda olub, bədənin uzunluğu 120 mm-ə qədər olur.

Arealı

Qərbi Qafqazın endemik növüdür. Arealı əsasən ön dağlıq və dağlıq əraziləri əhatə edir. Arealı cənubdan meşə zonası ilə əhatələnmişdir. Qafqaz quru qurbağası Rusiya, Gürcüstan, Azərbaycan, İranTürkiyədə yayılmışdır. İlk əvvəllər yarımnöv olaraq hesab edilirdi. Göl ətrafları, çay kənarları, gölməçələr və su tutarlarının kənarlarında müşahidə etmək olur. Gündüzləri nəmli yerlərdə, daş altlarında və oyuqlarda gizlənirlər. Gecə saatları isə ov edirlər. Bəzən onları mağaralarda belə görmək olar. Qidalanmasında əsasən onurğasızlar üstünlük təşkil edir.

Yaşayış yeri və həyat tərzi

Meşə sahəsinin sakinləridir. Həm düzənliklərdə, həm də dağlarda (1900 m-dək yüksəklikdə) rast gəlinir. Enliyarpaq, qarışıq və iynəyarpaqlı meşələrdə, kolluqlarda bağlarda, çəmənlərdə və bostanlarda, çox vaxt yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir. Adətən bir dəfə seçdiyi yerə bağlıdır. Toranlıq və gecə həyat tərzi keçirir. Ən çox axşam və səhər fəaldır. Gündüz daşların altındakı boşluqlarda, qırılmış ağac budaqlarının və çürümüş kötüklərin altında, quru ot tayalarında gizlənir. Sıx otluqlarda və tutqun havada gündüz də rast gəlinir. Çoxalmaq üçün martın sonunda və daha gec (dağlarda) durğun və ya zəif axarlı su hövzələrinə gedirlər. Erkəklər dişiləri həm quruda, həm də suda seçirlər. Cütləşmə düzənliklərdə adətən 10 gün, dağlarda isə avqusta qədər davam edir. 3 – 15 m uzunluğunda kürü qaytanları gecə suda olan daşlar, bitkilər üzərinə və s. qoyulur. Embrional inkişafı bir həftəyə qədər çəkir. Metamorfoz 50 günə qədər uzanır. Qabıqdəyişmə, ehtimal ki, ildə bir dəfə avqustun əvvəlində baş verir. Köhnə qabıq özü tərəfindən yeyilir. Əsasən quruda yaşayan cücülərlə (qarışqa, haf, taxıl biti, tırtıllar, ikiqanadlılar və s.), hörümçəklərlə, ilbiz, soxulcan və başqa onurğasızlarla qidalanırlar. Düşmənləri çox azdır. Yırtıcı məməlilər və quşlar bir qayda olaraq onları ovlamaqdan çəkinirlər. Təbiətdə ömrünün uzunluğu orta hesabla 10 ilə qədərdir. Cinsi yetkinliyə erkəklər 2-3, dişilər isə 3 yaşda çatırlar.

Sayları

Müxtəlif ərazilərdə 1000 metr maşrutda 20 başdan 1—5 arasına qədər ola bilir. 1980-х illərə qədər saylarında stabillik olmuşdur. Hazırda isə saylarında azalma vardır. Azalmanın səbəbləri: meşələrin qırılması, su tutarlarının kirlənməsi, gölməçələrin qurudulması, torpaqların intensiz olaraq əkin sahələrinə çevrilməsi və müəyyən dövrlərdə müşahidə edilən quraqlıqlar.

Məhdudlaşdırıcı amillər

Su mənbələrinin qurudulması və çirklənməsi, avtomobil yollarında ölüm və meşələrin qırılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

İUCN siyahısına NT kateqoriyası ilə daxil edilib. Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Nadir və xeyirli növ olduğundan kənd və meşə təsərrüfatlarında qorunmasını təbliğ etmək vacibdir.

İstinadlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!