Qafqaz Qırmızı Ordusunun Hərbi İnqilab Komitəsi

Qriqori Korqanov

Qafqaz Qırmızı Ordusunun hərbi inqilab komitəsi - Oktyabr inqilabından (1917) sonra Qafqazda qalmış rus ordusunun parçalanmasının qarşısını almaq onun bu regionda bolşevizmin dayağına çevrilməsini təmin etmək məqsədilə bolşeviklərin rəhbərliyi ilə təşkil edilmiş hərbi-siyasi qurum.[1][2][3][4]

Yaradılması

Bu qurum Qafqaz ordusunun 1917 il dekabrın 10-dan 23-dək Tiflisdə çağırılmış ikinci diyar qurultayından sonra meydana gəlmişdi. Həmin qurultayın çağırılmasında da məqsəd ordunun siyasiləşməsinə, onun bolşevizmin xidmətinə cəlb olunmasına, region xalqlarının milli azadlıq hərəkatına qarşı istifadə edilməsinə nail olmaq idi. Bolşeviklər məqsədlərinə yetişmək üçün ciddi hazırlıq işləri apardılar, yerli xalqların milli azadlıq hərəkatının qarşısını almaq üçün əsgərlər arasında şovinizm təbliğatını gücləndirdilər.[2]

Fəaliyyəti

1917 il noyabrın 30-da RSDF(b)P Qafqaz Diyar Komitəsi qurultayla bağlı Qafqaz ordusunun əsgərlərinə müraciət edərək, onlan bolşevik nümayəndələrinə səs verməyə çağırdı. Nəticədə, Qafqaz ordusunun 2-ci diyar qurultayının nümayəndələri arasında bolşeviklər və bolşevikpərəstlər üstünlük təşkil etdilər. Onların sayı 160-a yaxın idi. Bu nümayəndələrin üstünlüyü ilə qəbul edilmiş qərarda Zaqafqaziya komissarlığının yaradılması pislənilir, çağırılacaq Müəssislər məclisinin qərarlarının bolşevikpərəst olmayacağı halda, onların boykot ediləcəyi bildirilirdi. Qafqaz ordusunun diyar şurasına seçkilər də bolşeviklərin azacıq üstünlüyü ilə başa çatdı. Diyar Şurasının 100 üzvündən 52-si bolşevik meylli, 48 nəfəri isə bolşevizmə əks olan və daha çox regionun milli azadlıq hərəkatı tərə- findən müdafiə olunan nümayəndələr idi. Zaqafqaziya komissarlığı tərəfindən dəstəklənən qeyri-bolşevik üzvlər özlərini Qafqaz ordusunun səlahiyyətli diyar Şurası elan etdilər və öz fəaliyyətlərini Tiflisdə quracaqlarını bildirdilər. Özlərini Qafqaz ordusu diyar şurasının təmsilçiləri hesab edən bolşevik üzvlər iclas çağıraraq diyar şurası icraiyyə orqanının Qafqaz ordusunun hərbi inqilab komitəsinin yaradıldığını bildirdilər. Q.Korqanovun sədr seçildiyi bu komitə Tiflisdə bolşeviklərin xeyrinə fəaliyyət göstərmək mümkün olmadığından Bakıya köçdü və burada kök saldı. S.Şaumyanın və onun ətrafına toplaşmış milliyyətcə erməni olan bolşeviklərin güclü təsirə malik olduğu hərbi-inqilabi komitə həm Bakıdakı hərbi qüvvələr, həm də Türkiyə cəbhəsindən qayıdan hərbi hissələr (onların da əksəriyyəti erməni əsgər və zabitləri idi) arasında iş apararaq, onların böyük bir qismini öz tərəfinə çəkə bildi. Hərbi inqilabi komitənin təsiri altında olan hərbi qüvvələr erməni-daşnak silahlı dəstələri ilə birləşərək, 1918 ilin martında Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımları törədilməsində, şəhərdə hakimiyyətin ələ keçirilməsində, Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün Gəncəyə hücumun təşkilində fəal iştirak etdilər. Komitə Bakı Sovetinin süqutuna qədər (1918, 31 iyul) fəaliyyət göstərdi.[3]

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
  2. 1 2 Большевики в борьбе за победу социалиситический революций в Азербаиджане. Документы и материалы. 1917-1918 гг.Б., 1957
  3. 1 2 Токаржевский Е.А., Из истории иностранной интеренции и гражданский войны в Азербаиджане, Б.
  4. Интервенциа и гражданская война в Закавказье, М., 1960

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!