Qəsəbə (film, 1997)

Qəsəbə — 1997-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.

Film haqqında

"Qəsəbə" filmi ilə Nuri tam metrajlı film karyerasına start verdi. Məhz bu filmdən sonra ona Tarkovski davamçısı deyilməyə başlandı. Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-ci ildə Kannda baş verdi və rəğbətlə qarşılandı. Nuri bu dəfə də yaxşı mənada təəcübləndirməyi bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan bir ağ-qara film yaratmışdı. Filmdə olduqca gözəl kadrlar var ki, bundan sonralar bir çox rejissor bəhrələnib. Büdcəsi demək olar ki olmayan bu filmi böyük ustalıqla lentə alan Nuri artıq rejissorluq üçün doğulduğunu təsdiqləyirdi. Filmdə yenə rejissorun valideynləri, əmisi oğlu Mehmet Emin Toprak və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film "İstanbul film festivalı"ında, "Berlin kinofestivalı"nda və "Köln film festivalı"nda mükafatlar qazanır.

Rollarda

  • Mehmed Əmin Toprak – Saffət
  • Mehmed Əmin Ceylan – dədə
  • Fatma Ceylan – nənə
  • Cihat Bütün – Əli
  • Həvva Sağlam – Asiyə
  • Sərcihan Alevoğlu – baba
  • Səma Yılmaz – ana
  • Müzəffər Özdəmir – dəli Əhməd
  • Lətif Altıntaş – müəllim

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!