Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir.
Tarix
2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester SitidənRobinyo və SevilyadanLuis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.[1]
2012-ci ildə 30 nəfər namizəddən ibarət olan siyahının qalibi Noyabr ayının 26-da bəyan edilmişdir. Pari Sen-Jermen FK klubunun oyunçusu Tiaqo Silva (17.70%) qalib olmuşdur. Növbəti pillələri isə Ramires (17.04%) və Villian (10.19%) tutmuşdur.[7][8].[9]
2013-cü ildə, Tiaqo Silva ardıcıl üçüncü dəfə mükafatı qazanmışdır. Növbəti pillələri isə Dante və Oskar tutmuşdur.[10]
2014-cü ildə, Neymar ilk dəfə rekord göstərici ilə (29.20%) qalib oldu. Növbəti pillələri isə Miranda və Felipe Melo tutmuşdur.[11]
2015-ci ildə, Neymar ardıcıl olaraq ikinci dəfə bu mükafatı qazanmışdır. Növbəti pillələri isə Kosta və Felipe Melo tutmuşdur.[12]