Qış sarayının Ağ zalı

Ağ zal
L. Premazzi, 1863
Zalın sarayın planında yeri

Ağ zal (rus. Белый зал) — Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb hissəsində yerləşən və pəncərələri saray meydanına açılan zaldır.

Tarixi

Zal 1841-ci ildə Aleksandr Bryullovun layihəsi əsasında II AleksandrMariya Aleksandrovnanın toy mərasimi üçün inşa edilmişdir. Həmin dövrdə ümumilikdə Qış sarayında böyük yenidənqurma və bərpa işləri aparılırdı. 1837-ci ildə baş vermiş yanğın sarayın böyük bir hissəsini məhv etmişdi. Sarayın bərası memar Vasili Stasova həvalə olunmuşdu. Həmin dövrdə sarayın eksteryeri orijinal halında bərpa edilsə də, zalların interyerində ciddi dəyişikliklərə yol verilmişdi.

Memarlıq xüsusiyyətləri

Zal və onun ətrafındakı kiçik otaqlar çareviç və çarevnanın şəxsi otaqlarının stilində inşa edilmi və 1855-ci ildən sonra şəxsi otaqlarına qatılmışdı. Klassik stildə inşa edilmiş Ağ zal, tağlı tavanı korinf sütunlarıyla dəstəklənir. Sütunlar isə heykəllərlə tamamlanır. Bu gün Ermitaj muzeyinin tərkibində olan Ağ zalda XVIII əsrin II yarısında yaşamış fransız rəssamlarının əsərləri sərgilənir.[1]

İstinadlar

  1. "The State Hermitage Museum". 2007-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.

Ədəbiyyat

  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!