Qücərat (qüc.ગુજરાત; hind.गुजरात; ing.Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.).
Xələclər sülaləsindənSultan Cəlaləddin Firuz şah1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı. O, bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi barədə fərman verdi. Qoşuna çəkilən xərcləri azaltmaqla maliyyə böhranına son qoyuldu. Camna və Sətləc çayları arasında böyük suvarma kanalının çəkilməsi Dehli ətafında təsərrüfatın dirçəlişinə səbəb oldu. Sultan Firuzşah Xələc vəfat etdikdən sonra Tuğlaqilər arasında hakmiyyət uğrunda mübarizə başlandı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Malva, Qücərat və Xandəş əyalətləri sultanlıqdan ayrıldı.