2016-cı ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər münaqişədə ümumilikdə 115 nəfər həlak olmuşdur.[4] Təxminən 13 min insan zorakılıqlar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalmışdır.[5]
2016-cı ilin martında Konqo Respublikasında 30 ildən artıq müddətdir ki, hakimiyyətdə olan Deni Sassu-Nqesso 2016-cı il prezident seçkilərində yenidən prezident seçilmişdir. Nqessonun qələbəsi elan edildikdən sonra müxalifət seçki saxtakarlıqlarının olduğunu iddia etmiş və qısa müddət sonra toqquşmalar başlamışdır. Brazzavilin cənub hissəsində toqquşmalarda üç polis əməkdaşı və iki yaraqlı öldürülmüşdür. Hökumət Ninca milislərinin basqınçılar olduğunu və hücumlara görə məsuliyyət daşıdığını irəli sürmüşdür. Hökumətin növbəti çərşənbə axşamı verdiyi açıqlamaya görə, 2 mülki şəxs və 12 hücumçu öldürülmüşdür. Hökumət həmçinin əlavə etmişdr ki, hücumdan sonra əlli yaraqlını həbs edilmişdir.[6]
Münaqişə
4 aprel 2016-cı ildə Konqo hökuməti Ninca milislərini təhlükəsizlik qüvvələrinə hücum etməkdə ittiham etmişdir. Milis ittihamları rədd etmiş, onları siyasi təzyiq üçün saxta bəhanə adlandırmışdır.[3] Zorakılıq Konqo Silahlı Qüvvələri tərəfindən bombardman və Ninca milislərinin qatarlara hücumu kimi hadisələrlə davam etmişdir.[7][8] 18 aprel 2017-ci ildə 18 konqolu əsgər Ninca milisləri tərəfindən öldürülmüşdür. Konqo hökuməti və Ninca milisləri 23 dekabr 2017-ci ildə atəşkəs sazişi imzalamışdılar. Müqavilənin şərtlərinə əsasən, Nincalar silahlarını təhvil verməli, Brazzavil və Puent-Nuar şəhərləri arasında ticarətə müdaxiləni dayandırmalı idilər.[9]
Nəticəsi
Müharibənin bitməsinə baxmayaraq, 2018-ci ilin noyabrına qədər Konqo–Okean dəmir yolu hərəkəti bərpa edilmişdir.[10]