Bu adın digər istifadə formaları üçün bax:
Proxladnı.
Proxladnı (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Proxladnenski rayonunun inzibati mərkəzidir. Əhali baxımından Kabarda-Balkariyanın ikinci (Nalçikdən sonra) şəhəridir. Əhəmiyyətli bir sənaye mərkəzi, kənd təsərrüfatı bölgəsinin mərkəzidir. Avtomobil və dəmir yollarının qovşağında yerləşir.
Coğrafiya
Şəhər respublikanın şimal-şərq hissəsində, Malka çayının sol sahilində (çayın sağ sahilində yerləşən Serunovka mikrorayonu istisna olmaqla) yerləşir. Nalçikdən 50 km şimal-şərqdədir. Qərbdən şərqə doğru şəhərin uzunluğu 11 km, cənubdan şimala isə 4 km-dir.
Şəhərin ərazisi 35.08 km²-dir.
Şəhər respublikanın düzən meşə-çöl zonasında yerləşir. Ərazisi düzən çöl torpaqlarından ibarətdir. Şəhərin cənub hissəsində, Malka çayı boyunca təpələr bir zəncirvari formada uzanır. Şəhər dairəsində orta hündürlük dəniz səviyyəsindən 214 metrdir.
Hidroqrafik şəbəkə əsasən Malka çayı ilə təmsil olunur. Baksan çayı yalnız şəhərin cənub-şərqindən axır. Şəhərin cənubunda bir neçə göl vardır. Onlardan ən böyüyü Komsomolskoye gölüdür. Böyük Proxladnenski kanalı şəhərin şimal kənarından axır. Ərazi yer səthinə yaxın olan yeraltı suları ilə də zəngindir.
Təbii ehtiyatlar əsasən qum və çınqıl yataqlarından ibarətdir.
Tarixi
1932-ci ilin martında ləğv edilən Proxladnenski rayonuna daxil olan Proxladnenski qəsəbə şurası və Proxladnenski kənd şurası Primalka rayonuna birləşdirilir[3].
1937-ci ildə kəndə Proxladnı adı verilir və regional tabeliyində bir şəhər statusu alır.
26 avqust 1942-ci ildən 5 yanvar 1943-cü ilədək şəhər Alman qoşunları tərəfindən işğal altında saxlanılır[4].
1964-cü ildə şəhər Proxladnenski rayonundan ayrılır və müstəqil respublika tabeli şəhər şurasına çevrilir.
2003-cü ildə Proxladnı şəhər şurası Proxladnı şəhər dairəsinə çevrilir.
Əhali
- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 287-ci yerdədir. Əhalisinin sıxlığı — 1650.03 nəf./km².
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq
|
Say, nəf.
|
Ümumi əhaliyə olan nisbəti, %
|
ruslar
|
45 692
|
76,7 %
|
kabardinlər
|
2 746
|
4,6 %
|
ermənilər
|
2 152
|
3,6 %
|
türklər
|
2 078
|
3,5 %
|
koreyalılar
|
1 824
|
3,1 %
|
ukraynalılar
|
871
|
1,5 %
|
qaraçılar
|
767
|
1,3 %
|
almanlar
|
582
|
1,0 %
|
digərləri
|
2 749
|
4,6 %
|
milliyətini bildirməyənlər
|
140
|
0,2 %
|
ümumi
|
59 601
|
100,00 %
|
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş |
Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, %
|
0 — 14 yaş
|
5 426
|
5 180
|
10 606
|
17,8 %
|
15 — 59 yaş
|
17 998
|
19 860
|
37 858
|
63,5 %
|
60 yaşdan yuxarı
|
4 008
|
7 129
|
11 137
|
18,7 %
|
ümumi
|
27 432
|
32 169
|
59 601
|
100,0 %
|
Kişilər — 27 432 nəf. (46,0 %). Qadınlar — 32 169 nəf. (54,0 %)[7].
Əhalinin orta yaşı — 38,3 yaş. Kişilərin orta yaşı — 35,5 yaş. Qadınların orta yaşı — 40,6 yaş.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[8]:
- 2024 — 55,28 min nəf.
- 2035 — 49,47 min nəf.
İstinadlar
Mənbə
|
---|
| İnzibati mərkəz: Nalçik
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|