Projektor əməliyyatı

Projektor əməliyyatı — Mukti-baxinidəki banqladeşlilərin üsyan ordusuna, Pakistanın Silahlı Qüvvələrinin gözlənilməz hücumun kod adıdır. Döyüşlər, Pakistan ordusunun əsgərlərinin əyalətin dinc əhaliyə qarşı amansız zülmü ilə seçilirdi.[1]

Hadisələrin gedişatı

25 mart 1971-ci ilin gecəsində Pakistan ordusunun genişmiqyaslı hücümü başladı. Əməliyyatı başlamaq ideyası bir neçə generala məxsus idi, onlar bu qərarla Şərqi Pakistandakı kütləvi nümayişlərə (hansılarki 21 fevral 1971-ci ildən bitmək bilmirdi) son qoymaq istəyirdilər.[2] Bu hərbi aksiya ilk öncə əyalətin sülh camaatına qarşı yönəlmişdi, onun məqsədi imkan daxilində böyük sayda üsyançıları məhv etməkdir, bu digər sağ qalanları qorxutmaq üçün edilirdi.

Əməliyyatın planı 1971-ci ilin mart ayında general-mayor Hadim Hüseyn Reza və Rao Fərman Əli tərəfindən tərtib olunmuşdur. Yuxarı vəzifəli Pakistan zabitləri (əyalətin qubernatoru Səhəbzadə Yaqub-Xan və vitse-qubernator Səid Məhəmməd Əhsən) Şərqi Pakistandakı qırğında iştirak etməkdən imtina etdilər və öz vəzifələrindən çıxarırdılar. Onların əvəzinə Pakistan prezidenti Yaxyan Xan qeneral-leytenant Tikku Xanı Şərqi Pakistan əyalətinin qubernatoru təyin etdi.

Pakistan generallığı qeydə aldıki, benqal zabitləri və hərbiləşmiş hissələrin əsgərləri çox gümanki, əməliyyatın əvvəlində üsyan qaldıracaqlar. Bunun nəticəsini zəiflətmək üçün prezident Yəhya Xanın ziyarəti zaman bütün silahlı benqal formalaşmaların silahsızlaşması təklif olundu,bura polislər də daxil idi.[3] Bu plana əsasən yerli polisin minlərcə silahsızlaşmış işçiləri Dəkkada Pakistan ordu hissələri tərəfindən güllələnməli idi. Lakin qeneral Həmid nizami benqal ordu hissələrin ləngiməsiz ləğv edilməsinə qarşı idi, amma banqladeşli atıcıların, polisin və digər hərbiləşmiş formalaşmaların silahsızlaşmasına dəstək oldu. 25 martın birinci hissəsində bir neçə qeneral əsas hərbi qarnizonları helikopterlə ziyarət etdilər və şəxsən ordakı komandirlərə hücüm planları haqqında məlumat verdilər. Qeneral Mittxa öz üzərinə xüsusi təyinatlı Pakistan qrupun komandalığını götürdü. Xüsusi təyinatlılar Mucibur Rəhmanın həbs edilməsində böyük rol oynadılar.

Əməliyyat ekstremal məxfilik vəziyyətində idi. Bu plan haqda xidməti ehtiyac baxımından əvvəlcədən kiçik zabitlər məlumatlandırılmışdılar. Bir neçə benqal zabiti Qərbi Pakistandan olan yoldaşlarının brifinqlərinə şübhə ilə yanaşmağa başladılar. Vaxt göstərdi ki, benqal zabitlərindən bir neçəsi şübhələnib, və üsyana "Projektor" əməliyyatı başlayandan sonra dərhal başlayıblar.

İstinad

  1. Ganguly, Sumit. Conflict Unending: India-Pakistan Tensions Since 1947. Columbia University Press. 2002. səh. 60. ISBN 978-0-231-12369-3.
  2. Abu Md. Delwar Hossain, Operation Searchlight // Sirajul Islam and Ahmed A. Jamal (redaktor), Banglapedia: National Encyclopedia of Bangladesh (Second), Asiatic Society of Bangladesh, 2012, 2021-10-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-11-20
  3. Pakistan Defence Journal, 1977, Vol. 2, pp. 2–3

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!