Prezident sarayı (Maqas) |
---|
inquş Мехкдаь Гӏала |
İnquşetiya Prezidentinin sarayı 2006-cı ildə |
Ölkələr |
|
Region |
Səbail |
Şəhər |
Maqas, |
Yerləşir |
İdris Zyazikov prospekti, 14 |
Tikilmə tarixi |
1994 – 1998 |
Mərtəbə sayı |
2 |
Memarlıq quruluşu |
psevdo-klassisizm |
Vəziyyəti |
Fəaliyyətdə olan bina |
Maqas şəhərində Prezident sarayı (inquş Мехкдаь Гӏала) — İnquşetiyanın paytaxtı Maqas şəhərində yerləşir. İnquşetiya prezidentinin rəsmi iqamətgahıdır və burada respublika rəhbərliyi fəaliyyət göstərir. Saray, müasir Maqas şəhərinin və onun simvolu olan ilk obyektdir.
Prezident Sarayı İdris Zyazikov prospektində, Alaniya Meydanı və "Maqas Tower" (Barışıq qülləsi) ilə üzbəüz yerləşir. Binanın həyətinin solunda və sarayın əsas girişində Xalq Məclisinin binası — İnquşetiya Parlamenti, sağda — İnquşetiya Respublikası Hökumətinin binası yerləşir.[1].
Tarixi
İnquşetiyanın yeni paytaxtının inşası üçün ilk daşın qoyulması 23 fevral 1994-cü ildə baş verdi. Bununla əsas binası Prezident Sarayı olan paytaxtın dövlət-inzibati kompleksinin inşasına başlandı. Onun möhtəşəm açılışı 31 oktyabr 1998-ci ildə baş tutdu. Beləliklə, saray Maqas şəhərinin ilk inzibati binası oldu.
Beləliklə, Prezident sarayı İnquşetiyanın paytaxtının mərkəzi meydanının əsas bəzəyidir. Sarayın arxitekturası şərq üslubu ənənələrinini aydın şəkildə təkrar edir. Şərq üslubunda olduğu kimi binanın güzgülü fasadı qızıl günbəzlə taclanır. Hökumət daxili ünsiyyəti qısaltmaq üçün parlament binası Sarayın çox yaxınında sağında yerləşir. İqamətgahın solunda isə hökumət binası qərarlaşıb. Beləliklə, bütün Respublika hökumətinin inzibati binaları bir meydanda cəmləşib. Qeyd edək ki, İnquşetiya Respublikasının bütün təntənəli və rəsmi tədbirləri burada keçirilir.
Prezident sarayının qruluşuna gəldikdə isə onun ətrafında geniş mənzərəli bağ salınmışdır. Sarayın düz qarşısında fəvvarələr quraşdırılmışdır. Sarayın ön hissəsində ona daxil olmaq üçün geniş, qırmızı xalça sərilmiş mərmərdən pilləkən vardır. Qeyd edək ki, saray və onun ətrafında olan hökumət binaları kompleksinin ərazisi hündür hasarla əhatələnmişdir.
2013-cü ildə binanın üst mərtəbəsi və damı yenidən quruldu. Yumşaq dam örtüyü günbəz ilə əvəz edilmişdir. Və burada damda qış bağı tikildi. Elə həmin ilin iyun ayında, iki bloklu iqamətgahın yan fasadlarının inşasına başlandı.
Birində ziyafət zalı, iclas otağı və Respublika Başçısının qəbul otağı, ikincisində isə inzibati kabinetlər yerləşmişdir. Bütün işlər eyni memarlıq üslubunda aparılıb ki, bu da sarayın vahid memarlıq ansamblını yaradır.[3]
İstinadlar
Xarici keçidlər