Prezident Kitabxanası (Azərbaycan)

Bu məqalə Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası haqqındadır. Digər ölkələrdəki prezident kitabxanaları üçün Prezident Kitabxanası səhifəsinə baxın.
Prezident Kitabxanası
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
Xəritə
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi kütləvi kitabxana
Yaradılıb 23 yanvar 2003
Ünvan AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Telefon (+99412) 493-30-77
(+99412) 596-26-13
Fondu
Fondun həcmi 500 000
Digər məlumatlar
Direktor Afət Abbasova
İşçi sayı 64
Sayt preslib.az
Prezident Kitabxanasının İncəsənət zalı

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident KitabxanasıAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən və İşlər İdarəsinin şöbəsi statusuna malik olan qurum, kitabxana.[1]

Kitabxana Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə statusunu alıb.[2] Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasovadır.[3]

Prezident Kitabxanasında mühafizə olunan ümumi kitab fondu yarım milyondan artıqdır, kitabxananın dövri mətbuat fonduna hər il 350 adda qəzet və jurnal daxil olur.

Tarixi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S.M.Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S.M.Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi.[4][5] O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi.[6]

Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən Kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır. 2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kitabxanaya gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq Kitabxana müasir fərdi kompyuterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir. Kitabxana  Azərbaycan Respublikası Prezidentinin  22 iyun 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə statusunu alıb.[6]

Fəaliyyət və missiyası

Prezident Kitabxanasının fəaliyyətinin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşlarının, həmçinin digər oxucuların informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və digər sənədlərə olan təlabatını ödəmək, kitabxana fondunu formalaşdırmaq, onun komplektləşdirilməsini, qorunub saxlanmasını təmin etmək, kitabxana istifadəçilərini kitabxana, informasiya və virtual xidmətlər ilə təmin etməkdən ibarətdir.[3]

Prezident Kitabxanasının əsas missiyası isə ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçuları ilə bərabər, fəal oxucu qruplarına (tələbə və tədqiqatçı alimlərə) mükəmməl kitabxana-biblioqrafiya və kitabxana-informasiya xidməti göstərməkdir.[3]

Strukturu

Yerinə yetirdiyi vəzifələrdən asılı olaraq Prezident Kitabxanasının müvafiq təşkilati-idarəetmə strukturu formalaşmışdır. Bu struktura sırf kitabxana texnologiyaları və prosesləri ilə əlaqədar işləri yerinə yetirən 5 funksional bölmə və onların tərkibində olan 7 qrup daxildir. Təsərrüfat bölməsi isə kitabxananın mühəndis-texniki qurğularının istismarı, maddi-texniki təchizat və digər texniki məsələlərlə məşğul olur.[3]

Bölmələr
  • Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsi
  • Kitabxana fondu bölməsi
  • İnformasiya-biblioqrafiya xidməti bölməsi
  • Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsi
  • Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsi
  • Təsərrüfat bölməsi
Qruplar
  • Elektron nəşrlərin tərcüməsi qrupu
  • Nadir ədəbiyyat fondu qrupu
  • İncəsənət ədəbiyyatı fondu qrupu
  • Dövri mətbuat fondu qrupu
  • İnformasiya-biblioqrafiya xidməti qrupu
  • Abonement qrupu
  • Proqram təminatı qrupu
Kitabxananın Nadir ədəbiyyat fondu

Yeni texnologiyaların tətbiqi

Prezident Kitabxanasında yeni texnologiyaların tətbiqi, xüsusilə də, yeni informasiya daşıyıcılarına əsaslanan resursların yaradılaraq inkişaf etdirilməsi, kitabxana fondlarının ən yeni sənəd növü olan elektron sənədlərlə komplektləşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Kitabxanada ИРБИС64+ Kitabxanaların Avtomatlaşdırılması Sisteminin proqram-texniki imkanları, demək olar ki, mənimsənilmişdir. Hal-hazırda ИРБИС64+ KAS-ın bütün istifadəçiləri sırasında modullarının funksiyalarını, texniki imkanlarını tam şəkildə tətbiq edən kitabxanalardan biri də Prezident Kitabxanasıdır. Eyni zamanda kitabxana fondunun rəqəmsdallaşdırılması üçün masir qurğu və texniki imkanlardan da istifadə olunur.

Biblioqrafik-informasiya fəaliyyəti

Kitabxananın soraq-biblioqrafik aparatına (SBA) soraq və biblioqrafik nəşrlər fondu, müxtəlif kataloqlar və kartotekalar, o cümlədən elektron kataloq daxildir. Elektron kataloqun verilənlər bazasında kitab, kompakt disk, xəritə, not nəşri, dissertasiya avtoreferatı və digər sənədlərin biblioqrafik yazısı öz əksini tapmışdır. Prezident Kitabxanasının soraq-biblioqrafiya aparatının özəl xüsusiyyəti ondan ibarətdir ki, respublikamızda ilk dəfə olaraq məhz burada profilə uyğun faktoqrafik sorğuları ödəməyə imkan verən böyük həcmli soraq-informasiya resursları yaradılır.

Əməkdaşlıq

Kitabxananın başqa ölkələrin prezident, parlament və hökumət kitabxanaları, beynəlxalq kitabxana və informasiya təşkilatları ilə əlaqələri ildən-ilə genişlənir. Prezident Kitabxanası respublikanın aparıcı kitabxanalarının iştirakı ilə keçirilən bütün tədbirlərdə və layihələrdə iştirak edir. Kitabxana 2004-cü ilin may ayından "Elektron kitabxana və yeni informasiya texnologiyaları yaradıcılarının Beynəlxalq Assosiasiyası"nın (EBNİT) üzvüdür. Həmin ildən başlayaraq illik Beynəlxalq "Krım" (Ukrayna) Konfransının və LİBCOM (Rusiya) konfransının daimi iştirakçısıdır. Prezident Kitabxanası dünyada kitabxana işi sahəsində ən nüfuzlu təşkilat olan İFLA ilə intensiv əlaqələrə malikdir. Kitabxananın nümayəndələri İFLA-nın Böyük Britaniyada (Qlazqo), İtaliyada (Milan), İsveçdə (Qeteborq) və Finlandiyada (Helsinki) keçirilmiş illik Şura və Konfranslarında iştirak etmişlər. Kitabxana İFLA-ya 2009-cu ildən üzv olub, qurumun rəhbər orqanlarına seçkilərdə iştirak edir. İFLA-nın prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur. 2013-cü ildə kitabxana İFLA-nın Hökumət Məlumatları və Rəsmi Nəşrlər üzrə daimi komissiyasının üzvü seçilmişdir. Prezident Kitabxanasının nümayəndələri 2011-ci ildə İsveçrədə Azərbaycan və İsveçrə kitabxanaçılarının birgə konfransında, 2012-ci ildə Ankarada keçirilmiş Avrasiya Kitabxanalar Birliyinin təsis Konfransında, yenə həmin ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Vaşinqtonda təşkil edilmiş "Amerika kitabxanaları və mədəni irsin qorunması" adlı proqram çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etmişlər. Belarus Prezident Kitabxanası ilə mütəmadi olaraq rəsmi qəzetlərin və jurnalların mübadiləsi aparılır. Rusiya Prezident Administrasiyasının Kitabxanası, B.Yeltsin adına Prezident Kitabxanası, Rusiya Parlament Kitabxanası, Qazaxıstan Prezidenti Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanası ilə də sıx əlaqələr mövcuddur. BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrin qurulması nəticəsində kitabxana hazırda bu təşkilatın əksər nəşrləri ilə təmin olunur.

E-Layihələr

Kitabxananın Konfrans zalı

Prezident Kitabxanasında yaradılan və müxtəlif prioritet mövzuları əhatə edən iri həcmli elektron layihələr vardır. Onlardan bəziləri aşağıda qeyd edilmişdir:

  • Heydər Əliyev. Elektron sənədlər toplusu — geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan informasiya resursu, sənədlərin rəqəmsal formatda toplanması və qorunması baxımından kompleks informasiya sistemidir. Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. İlk dəfə olaraq Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyası (1923–2003) tam şəkildə işlənmişdir. Kitabxananın elektron kataloquna daxil edilmiş "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 46 cildinin elektron variantı da bu sənədlər toplusuna daxil edilmişdir.[7]
  • İlham Əliyev. Elektron külliyyat — elektron nəşri Prezident İlham Əliyevin həyatını və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərinin, çıxışlarının, müsahibələrinin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və biblioqrafiyasının vahid elektron məkanda toplanılaraq istifadəçilərə təqdim edən portaldır.[8]
  • Mehriban Əliyeva — bu elektron nəşrdə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı (2005-2017), UNESCO-nun (2004-2022) və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çoxşaxəli fəaliyyəti haqqında materiallar toplanılmışdır.[9]
  • Odlar yurdu Azərbaycan — ən qədim zamanlardan başlayaraq xalqımızın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə dair materiallardan ibarət olan bu toplu kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bəzi rəsmi saytlar əsasında hazırlanmışdır. Ölkəşünaslıq və diyarşünaslıq mövzusunda hazırlanmış bu toplunun məqsədi ensiklopedik xarakterli sənədlərin elektron daşıyıcılara köçürülmə yolu ilə saxlanılması və onların daha çox istifadəçi kütləsinə təqdim edilməsindən ibarətdir. Elektron toplunun əhəmiyyəti nəzərə alınaraq, xüsusi veb-sayt www.odlaryurdu.az yaradılmışdır.[10]
  • XX əsrin faciəsi — Xocalı soyqırımı — 1992-ci il fevral ayının 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordusunun 366-cı motoatıcı alayının köməyi ilə həyata keçirdikləri Xocalı soyqırımı barədə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış tammətnli elektron nəşrə daxil olan materiallar altı bölmədə qruplaşdırılmışdır. Bu bölmələrdə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası, istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin siyahısı və s. materiallar yerləşdirilmişdir. Burada, həmçinin Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində görülən işlər, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, faciənin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi tövsif olunmasını özündə əks etdirən sənədlər toplanmışdır.[11]
  • Naxçıvan Muxtar Respublikası — Naxçıvanın 90 illik yubileyi ilə əlaqədar hazırlanmış bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi daşıyır. Resursda qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik, çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək, Azərbaycanın elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan Naxçıvan diyarının neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirməsi haqqında məlumat da yer almışdır. Resursda Naxçıvanın qədim tarixi haqqında, Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də onun müasir dövrünə dair sənədlər toplanmışdır.[12]
  • Təcavüz. 20 Yanvar. Bakı 1990 — beş fəsildən ibarət olan bu Elektron resursda 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında aparılmış tədqiqatlar, məqalə və kitablardan seçmə materiallar toplanmışdır. Elektron resursda 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs edildiyi, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğu vurğulanır. Elektron nəşrin Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi xalqımızın başına gətirilən faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.[13]
  • Azərbaycan ekologiyası — əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə hazırlanmış beş fəsildən ibarət olan sənəd-informasiya resursuna Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən və Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyətini araşdıran materiallar toplanmışdır. Eyni zamanda, burada ölkəmizin dövlət müstəqilliyini əldə etməsindən sonra ekologiya və ətraf mühitə dair qəbul edilmiş rəsmi sənədlər və Azərbaycan Respublikasının qoşulduğu bütün Beynəlxalq Konvensiyalar öz əksini tapmışdır. Resurs üç dildə — Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir.
  • İrəvan şəhəri — İrəvanın tarixinə qədim dövrlərdən bu günümüzə qədər işıq salan elektron layihə şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdikləri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.[14]
Kitabxananın Oxu zalı
  • Azərbaycan Xalq Cümhuriyyəti — "Virtual Azərbaycan tarixi" layihəsi çərçivəsində, Azərbaycan, rus və ingilis dillərində tərtib edilən bu resurs müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir. Elektron resurs "Yaranması və fəaliyyəti", "Sənədlər", "Resurslar", "E-kitablar" adlı 4 əsas və 20 yarım bölmədən ibarətdir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu 23 aylıq dövrdə baş vermiş mühüm tarixi hadisələr bu elektron resursda müfəssəl şəkildə əks etdirilmişdir.[15]
  • Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror — elektron nəşr arxiv sənədləri, dövri mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların məqalələri əsasında ərsəyə gətirilmişdir. Elektron nəşrdə toplanılmış materiallar sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilmişdir. Resursda müxtəlif dillərdə olan kitabların və məqalələrin tam mətni, layihənin mövzusuna aid kitab və avtoreferatın, habelə qəzet və jurnal materiallarından seçilmiş məqalələrin biblioqrafiyası toplanılmışdır.[16]
  • Türk xalqlarının kitab abidələri. Elektron kitabxana — türkdilli dövlətlərin mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarını hazırlayaraq, bir qisminin isə elektron versiyalarını internet məkanından toplayaraq bu adda elektron resurs yaradılıb. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.[17]
  • Azərbaycan multikulturalizmi — Azərbaycan, ingilis və rus dillərində hazırlanmış veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini əhatə edir. İstifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir.[18]
  • Zəfər Günü — elektron layihə Azərbaycan torpaqlarının Ermənistan ordusunun işğalından azad olunması – Zəfər Gününə həsr edilmişdir. Layihədə 44 günlük Zəfərin xronikası, Vətən müharibəsinin hər bir anı xronoloji ardıcılıqla verilmişdir.[19]
  • Zəngəzur — Zəngin tarixi materialları özündə əks etdirən bu resurs internet istifadəçilərinə Şərqi və Qərbi Zəngəzur haqqında dolğun və operativ məlumat əldə

etmək və maarifləndirmə məqsədi ilə tərtib edilmişdir.[20]

  • Zərifə Əliyeva — bu elektron resursda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilir.[21]
  • Qərbi Azərbaycan. Elektron kitabxana — XIX əsrin əvvəllərindən etibarən ermənilərin mərhələ-mərhələ tarixi Azərbaycan ərazilərinə kütləvi surətdə köçürülüb yerləşdirilməsi nəticəsində xalqımız dəfələrlə yer-yurdlarından didərgin salınmışdır. XX əsrin sonlarında azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisində monoetnik erməni dövləti yaranmışdır. Qərbi Azərbaycanda xalqımıza qarşı 1905-1906, 1918-1920, 1930-cu illərdə, 1948-1953 və 1987-1991-ci illərdə kütləvi qırğınlar, soyqırımları, repressiyalar və deportasiyalar həyata keçirilmişdir. Layihədə Qərbi Azərbaycanın tarixini özündə əks etdirən materiallar öz əksini tapmışdır.[22]
  • СOP29 Azərbaycan — 2023-cü il dekabrın 11–də COP28-in Dubayda keçirilmiş plenar iclasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabr 2024-cü il tarixində Azərbaycanda, Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il həm də ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Prezident Kitabxanası tərəfindən bu məqsədlə Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanmışdır.[23]

Məlumat bülletenləri

Kitabxana-informasiya xidmətinin müasir formalarından biri olan məlumat bülletenləri ən aktual mövzular üzrə yeni biblioqrafik informasiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədilə tərtib olunur. Məlumat bülletenləri Prezident Kitabxanasının elektron kataloquna daxil edilmiş dövri mətbuat materialları əsasında hazırlanır. Bülletenlərin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla və dillər üzrə (Azərbaycan, rus və ingilis) qruplaşdırılmışdır.[24]

  • İqtidar. Müxalifət. Xalq — 2005-ci ildən rüblük tərtib edilən bu məlumat bülleteni icra hakimiyyəti, parlament, məhkəmə hakimiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və KİV-ə dair biblioqrafik məlumatı özündə əks etdirir.
Prezident Kitabxanasının Qeydiyyat zalı
  • Tarix. Mədəniyyət. Elm — Bu məlumat bülleteni 2005-ci ildən rüblük tərtib olunur. Bülletendə Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, ədəbiyyatına, dair biblioqrafik materiallardan əlavə diaspor, Dağlıq Qarabağ münaqişəsi və soyqırıma dair materiallar da daxil edilmişdir.[24]
  • Qarabağ — illik tərtib edilən məlumat bülleteninə QarabağŞərqi Zəngəzur iqtisadi rayonunun quruculuq və sosial-iqtisadi inkişafına dair mətbuat materiallarının biblioqrafiyası daxil edilir.
  • Azərbaycan iqtisadiyyatı — Məlumat bülletenində iqtisadiyyatın müxtəlif sahələrinə: sənaye, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, maliyyə və bank sistemi, sığorta və vergi siyasəti, regionların sosial-iqtisadi inkişafına dair biblioqrafik materiallar toplanır.[24]
  • Azərbaycan Respublikasında seçkilər — Azərbaycan Respublikasında Prezident, Parlament və bələdiyyə seçkiləri, eləcə də referendum zamanı MSK-nın fəaliyyəti, seçkiqabağı təbliğat və hazırlıq işi, müşahidəçilər və beynəlxalq təcrübəyə dair biblioqrafik materialları əhatə edən bülleten 2005-ci ildən rüblük tərtib olunur.
  • Xarici siyasət və beynəlxalq münasibətlər — Xarici siyasət və beynəlxalq münasibətlərə dair məlumat bülleteni 2008-ci ildən rüblük tərtib olunur. Bülletendə biblioqrafik materiallar aşağıdakı mövzular üzrə verilmişdir: beynəlxalq əlaqələr, diplomatik missiyalar, xarici iqtisadi fəaliyyət, beynəlxalq hüquq və standartlar, beynəlxalq təşkilatlar.[24]
  • Neft, qaz və bərpa olunan enerjiAzərbaycan Respublikasının neft strategiyasına dair məlumat bülleteni 2009-cu ildən rüblük tərtib olunur. Burada neft-qaz hasilatı və sənayesi, ixracı və nəqli, beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi, Neft Fondu adlı bölmələrdə biblioqrafik materiallar verilmişdir.
  • İnsan haqlarıİnsan hüquqlarına dair məlumat bülleteni 2009-cu ildən rüblük tərtib olunur. Məlumat bülletenindəki biblioqrafik materiallar — Ombudsman, gender problemi, penitensiar sistem və beynəlxalq hüquqda insan haqları adlı bölmələrdə qruplaşdırılmışdır.
  • Ekologiya — Ekologiyaya dair məlumat bülleteni 2010-cu ildən rüblük tərtib olunur. Ekoloji maarifçilik, neft və ekologiya, ətraf mühit, iqlim dəyişmələri və biomüxtəliflik bu məlumat bülleteninin əsas bölmələridir.
  • İKT və yeni texnologiyalar — 2013-cü ildən rüblük tərtib olunan bu məlumat bülletenində informasiya texnologiyalarına dair biblioqrafik materiallar — İKT sektoru, innovasiya və yeni texnologiyalar, telekommunikasiya və rabitə, elektron hökumət, Azərkosmos adlı bölmələrdə qruplaşdırılmışdır.
  • Miltikulturalizm — Məlumat bülleteni rüblük tərtib olunur. Bülletenə əsasən, milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük, tolerantlıq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, multikulaturalizm və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə dair qəzet və jurnal məqalələrinin biblioqrqafiyası toplanır.[24]
  • Səhiyyə. Tibb elmləri — İllik tərtib edilən məlumat bülleteninə səhiyyə, tibb, gigiyena, epidemiologiya, sağlamlığının qorunmasına dair mətbuat materiallarının

biblioqrafiyası daxil edilmişdir.

  • Beynəlxalq ticarət. Gömrük işi — Məlumat bülleteninə beynəlxalq ticarət və gömrük işi və logistikaya dair mətbuat materiallarının biblioqrafiyası daxil edilmişdir.
  • Gənclər hərəkatı — Məlumat bülleteninə gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdikləri səylər, vətənpərvərlik, könüllük hərəkatına dair mətbuat

materiallarının biblioqrafiyası daxil edilmişdir.[24]

Biblioqrafik göstəricilər

Prezident Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olan biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin (oxucuların) informasiya tələbatının ödənilməsi məqsədilə yaradılır.

  • Azərbaycan qanunvericiliyi: biblioqrafik baza - bu biblioqrafik verilənlər bazasında 1991-ci ildən indiyədək rəsmi mənbələrdə dərc edilmiş qanunvecilik

sənədləri - Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar öz əksini tapmışdır.

  • Yeni kitablar - göstəricidə kitabxana fonduna daxil olan yeni kitabların annotasiyalı, biblioqrafik təsvirləri Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və digər dillər üzrə verilmişdir.
  • Avtoreferatlar - bu göstəricidə kitabxana fonduna daxil olan avtoreferatların biblioqrafik təsvirləri illər, ixtisas kodları və Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və ingilis dillərində düzülmüşdür.[25]

Binanın memarlıq xususiyyətləri

Maraqlı memarlıq üslubuna malik Prezident Kitabxanasının binası XIX əsr kapitalist Bakısının ictimai təyinatlı binalarından biridir. Binanın XIX əsrin 70–80-ci illərində tikilməsi ehtimalı böyükdür. Binanın memarlıq üslubunun təhlilini aparan mütəxəssislər onun müəllifinin XIX əsrin sonlarında Bakıda çalışmış milliyyətcə alman olan memar Karl Hippiusun qardaşı Otto Qippius olduğunu ehtimal edirlər. Bu qardaşlar həm də Rusiya imperiyasının digər şəhərlərində, xüsusən, Baltikyanı şəhərlərdə və Sankt-Peterburqda tikilmiş bir çox əzəmətli binaların müəllifləridir.

Kitabxana binasının memarlıq üslubu

Karl Hippius isə Bakı şəhərinin memarlığı, eləcə də abadlığı üçün çox işlər görmüş tanınmış memar olmuşdur. Belə ki, o, Bakının küçə və meydanlarını qaydaya salmış, sahil zolağını daşdan tikdirmiş, çoxlu sayda mülki binaların, fərdi evlərin layihələrinin müəllifi olmuşdur.[26] Onun Bakıya ən böyük töhfəsi, burada fəaliyyət göstərdiyi dövrdə Şirvanşahlar sarayının bir abidə kimi toxunulmazlığını qoruyub saxlamış və bu binanın dustaqxanaya çevrilməsi barədə qərarın qarşısını ala bilmişdir. K.Hippius eyni zamanda XIX əsrin son rübündə Bakı quberniyasının və şəhərin memarı vəzifəsində çalışmışdır. Binanın memarlığında tətbiq edilmiş bəzi detallar onu layihələndirənlərin arasında azərbaycanlı memarın da iştirak etməsi barədə fikir söyləməyə əsas verir. Sonuncu ehtimalla əlaqədar bir cəhəti də qeyd etmək lazımdır ki, kitabxananın giriş qapılarının kompozisiyası tamamilə İçərişəhərdəki Şirvanşahlar sarayı Divanxanasının böyük portalını xatırladır. Üslub baxımından bina eklektikdir. Yəni, binada müxtəlif dövrlərə, memarlıq məktəblərinə məxsus elementlər yaradıcılıqla uzlaşdırılsa da, burada roman üslubunun xüsusiyyətləri üstünlük təşkil edir. Belə ki, tikilinin perimetr boyu (birinci və ikinci mərtəbələrdə) pəncərə, sütun və pilonlarla dövri növbələnməsi, yarımdairəvi, sivri tağlar, qaba sütunlar, sütunların nisbət baxımından enli olması, dairəvi pəncərələr və onların dairəvi elementi və s. roman üslubundan daha çox istifadə edilməsindən xəbər verir. Maraqlı cəhət birinci mərtəbə pəncərələrinin əksəriyyətinin və binaya giriş qapılarının portal formasında sivri tağlarla tikilməsidir. Özü də bu sivri tağlar Şirvanşahlar sarayı Divanxana binasının tağ cərgələrinin formasından stilizə edilərək işlənmişdir. Digər maraqlı cəhət bu tağların yarımdairəvi roman üslublu tağlar ilə vəhdətdə işlənməsidir.[26] Binanın quruluşu və təyinatı onun əvvəldən ictimai bina, dəqiq desək, qiraətxana binası kimi layihələndirildiyini deməyə əsas verir. Binanın şimal hissəsi, yəni "Nizami" küçəsinə tərəf olan hissəsi üçmərtəbəlidir. Məhz həmin hissədə binanın daxilində ikinci və üçüncü mərtəbələri əhatə edən ikiyaruslu kafedrası olan hündür tavanlı iki zal vardır (Böyük oxu zalı və Elektron resurslar zalı). Bu cür daxili çoxyaruslu quruluş Avropa memarlığında orta əsrlərdən başlayaraq kitabxana binaları üçün xarakterikdir. Çünki həmin dövrlərdə formalaşmış memarlıq ənənələrinə görə, ictimai binaların tavanı xeyli hündür olurdu. Kitab rəfləri döşəmədə düzülürdü, onların hündürlüyü kitabxanaçının əli çatan səviyyədə olurdu və biryaruslu düzülüş zamanı zalın kitab tutumu xeyli az olduğundan əksər hallarda daxili perimetr boyu çoxyaruslu kafedra tikilirdi ki, bu da həmin yerdə əlavə kitab rəfləri yerləşdirməklə zalın fond tutumunu artırırdı. Kafedralar da daxil olmaqla, bina interyerinin memarlıq həllinin xüsusiyyətləri, məsələn, ikinci yarus döşəməsinin üçkünc tir dayağı, Elektron resurslar zalının ikinci yarusunun və bina pilləkəninin metal məhəccərlərinin üslubu və s. göstərir ki, binanın memarlığında eksteryerdə olduğu kimi, interyerdə də eyniliklə roman üslubu gözlənilmişdir. 2003-cü ildə binanın əsaslı təmiri zamanı interyerdə roman üslubu ilə yanaşı, ustalıqla intibah memarlığı üslubundan da istifadə edilmişdir. Belə ki, tavan konstruksiyası və yapma detalları, divarlarda işlənən dekorativ yarımsütunlar, Böyük oxu zalında kafedralara verilmiş dekorativ sütunlu dayaqlar və digər elementlər intibah memarlığı üslubundan xəbər verir.[26] Oxu zallarında çoxlu sayda geniş pəncərələrin qoyulması, otaqların və oxu zallarının kifayət qədər işıqlı olması bina interyerinin layihələndirilməsi zamanı otaqların təyinatı üzrə təbii şəkildə işıqlandırılmasının nəzər-də tutulduğunu göstərir ki, bu da mütaliə üçün əsas şərtlərdən biridir. Kitabxananın indiki Konfrans zalı da xeyli maraqlı quruluşa malikdir. Zalın kifayət qədər hündür olması, onun iki divarının kontrfors kimi bina çərçivəsindən bayıra çıxması, divarlarda iki ədəd çox maraqlı simmetrik üçlü pəncərənin olması və bu üçlü pəncərələrin üst hissəsinin yarım-dairəvi tağla bitməsi zalı xeyli işıqlı edir, ona möhtəşəmlik gətirir. Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, bina Qədim Roma, Bizans və Yaxın Şərqin İslam memarlığını özündə ehtiva etməklə roman üslubunda tikilmişdir. (Memar Məmmədov S. Ş.)[26]

Həmçinin bax

İstinadlar

  1. "Prezident Kitabxanasının "Heydər Əliyev. Elektron sənədlər toplusu" Ümummilli Liderin irsini öyrənənlər üçün ən zəngin internet resursdur" (az.). https://azertag.az. 05.05.2022. 12 Dec 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  2. "Presidential library of Azerbaijan" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 "Ümumi məlumat" (az.). https://preslib.az/. Archived from the original on 25 May 2024. İstifadə tarixi: 9 dek 2024.
  4. "Президентская библиотека Управления делами Президента Азербайджанской Республики отмечает 10-летний юбилей". interfax.az. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  5. "General information :: Presidential Library". www.preslib.az. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  6. 1 2 "PREZİDENT KİTABXANASI" (az.). https://azerbaijan.az. Archived from the original on 2024-07-24. İstifadə tarixi: 9 dek 2024.
  7. "Heydər Əliyev" (az.). 15 Jan 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dek 2024.
  8. "İLHAM ƏLİYEV elektron külliyyat" (az.). 9 Oct 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dek 2024.
  9. "Mehriban Əliyeva" (az.). 11 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dek 2024.
  10. "Odlar Yurdu Azərbaycan" (az.). https://odlaryurdu.preslib.az. Archived from the original on 2023-12-02. İstifadə tarixi: 11 dek 2024.
  11. "XX əsrin faciəsi — Xocalı soyqırımı" (az.). 27 Jun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dek 2024.
  12. "Naxçıvan Muxtar Respublikası-100". 27 Jun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dek 2024.
  13. "20 YANVAR T Ə C A V Ü Z 1990" (az.). 8 Feb 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dek 2024.
  14. "Nazim Mustafa İrəvan şəhəri" (az.). https://iravan.preslib.az/. Archived from the original on 2024-07-16. İstifadə tarixi: 11 dek 2024.
  15. "Azərbaycan Xalq Cümhuriyyəti" (az.). 13 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dek 2024.
  16. "Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror" (az.). 11 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dek 2024.
  17. "Türk Xalqlarının Kitab Abidələri Elektron Kitabxana" (az.). 11 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dek 2024.
  18. "Azərbaycan Multikulturalizm" (az.). 11 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dek 2024.
  19. "Zəfər Günü Qarabağ Azərbaycandır!" (az.). 12 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  20. "Zəngəzur" (az.). 12 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  21. "Zərifə Əliyeva" (az.). 12 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  22. "Qərbi Azərbaycan elektron kitabxana" (az.). 12 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  23. "COP29 Azərbaycan" (az.). 12 dek 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dek 2024.
  24. 1 2 3 4 5 6 "Məlumat bülletenləri" (az.). https://preslib.az. Archived from the original on 2024-09-10. İstifadə tarixi: 10 dek 2024.
  25. "Biblioqrafik göstəricilər" (az.). https://preslib.az. Archived from the original on 2024-06-25. İstifadə tarixi: 10 dek 2024.
  26. 1 2 3 4 Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. [C:/Users/HP/Downloads/Kitabxana%20memarl%C4%B1%C4%9F%C4%B1.pdf Prezident Kitabxanası binasının memarlıq xüsusiyyətləri barədə] (#bad_url) (PDF). Bakı: Çaşıoğlu. 2013. səh. 80-86.

Xarici keçidlər

Read other articles:

Television genre Lakorn redirects here. For other uses, see Lakhon. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Thai television soap opera – news · newspapers · books · scholar · JSTOR (April 2018) (Learn how and when to remove this template message) Lakorn (ละคร pronounced [la.kʰɔːn] ...

 

この記事は語句の内部リンク、見出しのマークアップなどスタイルマニュアルに沿った修正が必要です。ウィキペディアの体裁への修正にご協力ください(ヘルプ)。(2023年11月) この項目では、三重県にある町について説明しています。埼玉県にあった町については「川越町 (埼玉県)」をご覧ください。 かわごえちょう 川越町 川越電力館テラ46 川越町旗 川越町...

 

Bus and coach manufacturer PrevostTypeSubsidiaryIndustryManufacturingFounded1924HeadquartersSainte-Claire, Quebec, CanadaProductsCoachesRV (Conversion Shells)ParentVolvo Buses (1995–present)Websiteprevostcar.com Prevost (/ˈpreɪvoʊ/, French pronunciation: [pʁevo], formally known as Prevost Car) is a Canadian manufacturer of touring coaches and bus shells for high-end motorhomes and specialty conversions. The company is a subsidiary of the Volvo Buses division of the Volvo Group.&...

Kesatuan Penjagaan Laut dan PantaiIndonesiaBerkas:'Dharma Jala Prajatama'.jpgNegara IndonesiaCabangKementerian Perhubungan Republik Indonesia, Direktorat Jenderal Perhubungan Laut, Dit KPLPTipe unitParamiliterJumlah personel+-10000 orang[1]JulukanIndonesian Sea and Coast Guard (ISCG)/KPLPMotoDharma Jala PrajatamaTokohDirektur Kesatuan Penjagaan Laut dan Pantai, Kementerian Perhubungan Republik IndonesiaRevolindo, S.H, M.M Kesatuan Penjagaan Laut dan Pantai Republik Indonesia (KPL...

 

Division 11984-1985 Généralités Sport Football Organisateur(s) URBSFA Édition 82e Lieu(x) Belgique Date du 21 août 1984au 25 mai 1985 Participants 18 Matchs joués 306 matches Statut des participants Professionnels Hiérarchie Hiérarchie 1er niveau Niveau inférieur Division 2 Palmarès Tenant du titre K. SK Beveren Promu(s) en début de saison 2:K. Sint-Niklaase SKRacing Jet de Bruxelles Vainqueur R. SC Anderlechtois Relégué(s) 2:K. Sint-Niklaase SKRacing Jet de Bruxelles Buts 9...

 

Село Капиціпол. Kapice Координати 53°40′49″ пн. ш. 15°57′10″ сх. д. / 53.6802777800277724° пн. ш. 15.952777780028° сх. д. / 53.6802777800277724; 15.952777780028Координати: 53°40′49″ пн. ш. 15°57′10″ сх. д. / 53.6802777800277724° пн. ш. 15.952777780028° сх. д. / 53.6802777800277724; 15.95...

Chiraprapha Maha Devi (Thai: พระนางจิรประภามหาเทวี, RTGS: Phra Nang Chiraprapha Maha Thewi) war zwischen 1545 und 1546 Regentin des Reiches Lan Na in Nord-Thailand[1]. Inhaltsverzeichnis 1 Leben 2 Erwähnenswertes 3 Einzelnachweise 4 Literatur Leben Der Smaragd-Buddha Chiraprapha war eine Tochter von König Ket Chettharat (reg. 1526 bis 1538) und wurde Königin in einer Zeit großer Umbrüche für Lan Na. Sie wurde zur Königin erhoben, währe...

 

Mantan lijsttrekker Partai Sosialis Emile Roemer in 2010 Lijsttrekker (pengucapan bahasa Belanda: [ˈlɛistˌtrɛkər]) adalah sebuah istilah Belanda yang dipakai di Belanda, Belgia dan Suriname[1] untuk seorang kandidat utama dalam sebuah pemilu. Istilah tersebut merujuk kepada posisi yang sama dengan istilah Jerman Spitzenkandidat, yang juga dipakai dalam politik Eropa. Referensi ^ Tjon Sie Fat, Paul (2010), Chinese New Migrants in Suriname: The Inevitability of Ethnic Performi...

 

Шахта «Відродження»Шахта №4 «Великомостівська»Країна  УкраїнаРозташування  Україна,с. Межиріччя, Сокальського району Львівської області 50°20′49″ пн. ш. 24°10′13″ сх. д. / 50.34694444447177375° пн. ш. 24.17027777780577935° сх. д. / 50.34694444447177375; 24.17027777780577935Ко...

2014 film directed by Ernest Nkosi The Two of UsFilm posterThina Sobabili: The Two of UsDirected byErnest NkosiWritten byErnest NkosiMozzie PheehaProduced byErnest Nkosi, Mozzie Pheeha, Enos Manthata, Mpho Popps Modikoane, Mpho NthangeniStarringEmmanuel Nkosinathi Gweva, Busisiwe Mtshali, Richard Lukunku, Zikhona Sodlaka, Mpho Popps Modikoane, Thato Dhladla, Thembi Nyandeni, Hazel Mhlaba, Kope MakgaeCinematographyMotheo MoengEdited byWarwick AllanMusic byMpho NthangeniProductioncompanyThe Mon...

 

Peta Semenanjung Delmarva Semenanjung Delmarva (bahasa Inggris: Delmarva Peninsula) adalah semenanjung besar di East Coast di Amerika Serikat, wilayahnya mencakup sebagaian besar Delaware serta sebagian kecil dari Maryland dan Virginia. Panjang semenanjung ini sekitar 170 mil (274 km), sedangkan lebarnya sekitar 70 mil (113 km) terlebar hingga 12 mil (19 km) yang tersempit. Terdiri dari kawasan tanah genting di utara dan semakin sedikit di bagian selatannya. Semenanjung ini...

 

Former Indian Cricketer and captain Dhoni redirects here. For other uses, see Dhoni (disambiguation). MS DhoniDhoni in 2016Personal informationFull nameMahendra Singh DhoniBorn (1981-07-07) 7 July 1981 (age 42)Ranchi, Bihar (present-day Jharkhand), IndiaNicknameMahi, Thala, Captain Cool[1]Height1.75[2] m (5 ft 9 in)BattingRight-handedBowlingRight-arm mediumRoleWicket-keeper-batterRelationsSakshi Dhoni (wife)International information National sideIndia ...

1818 novel by Mary Shelley This article is about the novel by Mary Shelley. For other uses, see Frankenstein (disambiguation). Frankenstein; or, The Modern Prometheus Volume I, first editionAuthorMary ShelleyCountryEnglandLanguageEnglishGenreGothic novel, literary fiction, horror fiction, science fiction[1]Set inEngland, Ireland, Italy, France, Scotland, Switzerland, Russian Empire, German Confederation; late 18th centuryPublished1 January 1818; 205 years ago (1...

 

Department in Neuquén, ArgentinaChos MalalDepartmentCountryArgentinaProvinceNeuquénCapitalChos MalalArea • Total4,330 km2 (1,670 sq mi)Population (2001) • Total14,185 • Density3.3/km2 (8.5/sq mi)Important citiesChos Malal Caepe Malal Chapua Costa Tilhue Coyuco-Cochico El Alamito La Salada Lonco Vaca Los Menucos Tricao Malal Villa Curí Leuvú Chos Malal is a department located in the north of Neuquén Province, Argentina.[1 ...

 

Iris Pruysen berkompetisi dalam bidang lompat tinggi di Pertemuan Paralimpiade Atletik Paris 2014. Olahraga disabilitas, juga disebut olahraga adaptif atau para-olahraga,[1] adalah olahraga yang dimainkan oleh orang berkebutuhan khusus, yang meliputi tuna daksa dan tuna grahita. Karena banyak olahraga disabilitas berdasarkan pada kemampuan raga yang masih ada serta dimodifikasi untuk menyesuaikan kebutuhan seseorang yang berkebutuhan khusus, olahraga tersebut terkadang disebut olahrag...

1998 car bombing in Northern Ireland by the Real IRA Omagh bombingPart of the TroublesThe red Vauxhall Cavalier containing the bomb. This photograph was taken shortly before the explosion; the camera was found afterwards in the rubble. The man and child in the photo both survived.[1]LocationOmagh, County Tyrone, Northern IrelandCoordinates54°36′01″N 07°17′56″W / 54.60028°N 7.29889°W / 54.60028; -7.29889Date15 August 1998; 25 years ago&#...

 

1996 Spanish film directed by Julio Médem EarthTheatrical release poster by Oscar MarinéDirected byJulio MedemWritten byJulio MedemProduced byFernando de GarcillánStarringCarmelo GómezCinematographyJavier AguirresarobeEdited byIván AledoRelease date May 1996 (1996-05) Running time125 minutesCountrySpainLanguageSpanish Earth (Spanish: Tierra) is a 1996 Spanish film directed by Julio Medem, starring Carmelo Gómez and Emma Suárez. It was entered into the 1996 Cannes Film Festiva...

 

Israeli politician Avraham GranotFaction represented in the Knesset1949–1951Progressive Party Personal detailsBorn18 June 1890Făleşti, Russian EmpireDied5 July 1962(1962-07-05) (aged 72)Avraham Granot 1945 Avraham Granot (Hebrew: אברהם גרנות, 18 June 1890 – 5 July 1962) was a Zionist activist, Israeli politician and a signatory of the Israeli declaration of independence. Biography Granot was born Abraham Granovsky in Făleşti, in the Beletsky Uyezd of the Bessarabia Gove...

This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by adding encyclopedic content written from a neutral point of view. (May 2011) (Learn how and when to remove this template message) This article needs additional citations for veri...

 

American band Sleigh BellsSleigh Bells performing at the Southbound festival in March 2011Background informationOriginBrooklyn, New York, USGenresNoise popYears active2008–presentLabelsMom + PopN.E.E.T.Torn CleanMembers Alexis Krauss Derek E. Miller Websitewww.tornclean.com Sleigh Bells are an American musical duo based in Brooklyn, New York, formed in 2008 and consisting of vocalist Alexis Krauss and guitarist/producer Derek E. Miller. They became known for their overdriven style of noise ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!