Power-up (ing.power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri[2][a] və "Mario" seriyasındakı super göbələk aiddir.[4]
"Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır.
Tarixi
1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir.[3] Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir.[5][6] Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.[7]
1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.[8]
1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing.Super Mushroom) təqdim etmişdir.[1]
"Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.[9]
1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing.Perk) cildində daxil olmuşdur.[10]
↑"Official Site for the stand-up comic, writer, presenter & actor". marcusbrigstocke.com (ingilis). Marcus Brigstocke. August 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 7, 2020. If Pacman had affected us as kids we'd be running around in dark rooms, munching pills and listening to repetitive music." [...] I suppose that because it is part (and has been for years) of a much larger routine about games, children, behaviour, parenting, negative influences, violence etc etc, it would be easier to drop from my set.
↑"Cry of the Wulf". users.globalnet.co.uk (ingilis). Your Spectrum (6). August 1984. August 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 7, 2020.
↑Adams, Ro R. "Westward Ho! (Toward Japan, That Is): An Overview of the Evolution of CRPGs on Dedicated Game Machines". Computer Gaming World (76). November 1990: 83–84. While America has been concentrating on yet another Wizardry, Ultima, or Might & Magic, each bigger and more complex than the one before it, the Japanese have slowly carved out a completely new niche in the realm of CRPG. The first CRPG entries were Rygar and Deadly Towers on the NES. These differed considerably from the "action adventure" games that had drawn quite a following on the machines beforehand. Action adventures were basically arcade games done in a fantasy setting such as Castlevania, Trojan, and Wizards & Warriors. The new CRPGs had some of the trappings of regular CRPGs. The character could get stronger over time and gain extras which were not merely a result of a short-term "Power-Up." There were specific items that could be acquired which boosted fighting or defense on a permanent basis. Primitive stores were introduced with the concept that a player could buy something to aid him on his journey.