Podzol torpaqlar

Podzol torpaqlarAvrasiyaŞimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur[1].

Genezisi

Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir.

Morfoloji tərkibi

Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır. Beləliklə, A horizontu-meşə döşənəyi, Bu döşənək müxtəlif dərəcədə parçalanmış yarpaqlardan, iynələrdən, budaqlardan ibarətdir. Meşə döşənəyinin qalınlığı bir neçə sm-dən 10–15 sm-ə qədər yüksəlir. Keçid horizontundan sonra A1 horizontu gəlir. Bu humus horizontudur. Humusun miqdarı 2–4% təşkil edir, lakin bəzən bu göstərici 8–10%-ə qədər yüksəlir. Horizontun qalınlığı bir neçə sm-dən 8–10 sm-ə kimi, bəzi hallarda 15–20 sm olur. Qranulometrik tərkibcə gilli, gillicəli torpaqlarda xırda kəltənvari, bəzən təbəqəvari strukturaya malik olur. Eyni zamanda meşə döşənəyində mühit reaksiyası çox turşdur, pH=3,5–4,0.

Yarımtipləri

Bu torpaq tipinin oxşar cəhətlərlə yanaşı fərqli cəhətləridə vardır ki, bu səbəbdən aşağıdakı yarımtiplərə bölünür:

  1. Qleyli-podzol
  2. Podzol

Podzollaşmış qonur dağ-meşə torpaqlar

Podzollaşmış qonur dağ-meşə torpaqlar Talışın dağlararası ərazilərində formalaşmışdır. M. E. Salayev (1991) öz tədqiqatlarında bu torpaqları zəif doymamış (leyssivajli torpaqlar) adlandırmışdır[2]. Podzollaşmış qonur dağ-meşə torpaqları əsasən fıstıq və vələs-fıstıq meşələri altında əmələ gəlmişdir. Torpaqəmələgətirən süxurlar çökmə və vulkanogen-çökmə süxurların aşınma materiallarında ibarətdir.

Morfoloji əlamətləri

Bu torpaqlar üçün səciyyəvi morfoloji əlamətlər aşağıdakılardır:

  1. Torpaq profilinin tam yuyulma rejimində formalaşması;
  2. Profilinin horizontları zəif differensasiyası meşə döşənəyinin yuxa qalınlıqlı (0–3 sm) olması;
  3. Humus qatınında yuxalıqlı və rənginin açıqlaşması;
  4. Karbonatların tam və üzvi birləşmələrdən qismən yuyulması;
  5. Torpaq profilində leyssivaj prosesinə məruz qalması, illivial-tekstur horizontunun seçilməsi səciyyəvidir.

Mexaniki tərkibi

Bu torpaqların profilində ümumi humusun miqdarı 1–10% arasında dəyişir və onun yüksək miqdarı 6–10% humus qatında 1,0–2,0% isə üllivial və alt qatlarda müəyyən edilmişdir. Üzvi qalıqlarının zəif parçalanması və torpaqda "moder" tipli humus burləşmələrinin olması ilə əlaqədardır. Podzollaşmış qonur dağ-meşə torpaqlarının profilində udulmuş əsasların miqdarı 15–16 mq\ekv-dir. Meşə altından çıxmış podzollaşmış qonur torpaqlarda da meşələrin bərpası üçün şərait mövcuddur.

Podzollu sarı torpaqlar

Podzollu sarı torpaqlar qədim Xəzər allüvial-prolüvial çöküntülü abraziya-akkumulyativ terraslı düzənliyində yayılmışdır[3]. Ərazinin qərb hissəsi allüvial-dellüvial, şərq hissəsi isə allüvial-dellüvial çöküntülərdən təşkil olunmuşdur. Xəzər dənizinin sahilində isə dəniz çöküntüləri çay gətirmələrini əvəz edir.

İqlimi

Podzollu sarı torpaqlar yarımhidromorf şəraitdı formalaşmışdır[4]. Çoxillik orta temperatur 14,0°-14,5° C arasında dəyişir[5]. Ən soyuq ayın orta çoxillik temperatur göstəricisi 3,5°-4,5° C –dən aşağı düşmür. Bu torpaqlar donmur, yəni torpaq daxili geokimyəvi proseslər bütün il boyu davam edir. Ona görə də bu torpaqlarda istilik və rütubətsevən sitrus meyvələri çay plantasiyları geniş ərazidə yayılmışdır. İllik yağıntının miqdarı 1400 mm-ə qədər olub, fəsillər üzrə qeyri-bərabər paylanır. Yay aylarında (iyul-avqust) rütubət çatışmazlığı 43–57%-dir.

Morfoloji əlamətləri

Qranulometrik tərkib geniş hədd daxilində dəyişir və fiziki gilin miqdarı 33,0–64,6% arasında tərəddüd edir. Bu torpaqların 0–50 sm qatında ümumi humusun miqdarı 1,28–3,0%-dir. Yüksək miqdar 0–20 sm-də (3%) cəmlənmişdir. Zərərli duzların miqdarı 0,25%-dən azdır. Ph-ın kəmiyyəti 4,0–6,1 arasında dəyişir[6].

Yarımtipləri

Podzollu torpaqlar 3 yarımtipə ayrılır:

  1. Zəif podzollu sarı torpaqlar
  2. Orta podzollu sarı torpaqlar
  3. Şiddətli podzollu sarı torpaqlar

Kənd təsərrüfatında istifadəsi

Əvvəllər bu torpaqların 90%-dən çoxu çay və sitrus meyvə bağları altında istifadə olunurdu. Hazırda isə bu torpaqlar qismən çay, əsasən tərəvəz və taxıl bitkiləri altında istifadə olunur.

İstinadlar

  1. İ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014, 235 s.
  2. M. E. Salayev, H. Ə. Əliyev. Azərbaycan torpaqlarının diaqnostikası və təsnifatı (rus dili). 1991, 240 s.
  3. Məmmədova S. Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarınnı ekoloji qiymətləndirilməsi və monitorinqi. Bakı: Elm, 2006, 369 s.
  4. Əliyev H. Ə. Böyük Qafqazın torpaqları. 1994
  5. Kovalyov P. V. Lənkəran vilayətinin torpaqları (rus dilində) Bakı: 1966, 372 s.
  6. M. E. Salayev, H. Ə. Əliyev. Azərbaycan torpaqlarının diaqnostikası və təsnifatı (rus dili). 1991. 240 s.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!