Pirates of the Caribbean: Armada of the Damned

Pirates of the Caribbean: Armada of the Damned
Videooyununun loqotipi
Videooyununun loqotipi
Hazırlayan Propaganda Games
Yayımlayan Disney Interactive Studios
Seriya Karib dənizinin quldurları
Anons tarixi 27 may 2009
Buraxılış tarixi Ümumdünya 1 fevral 2011
ləğv edilib
Janrlar Döyüş-macəra
Açıq dünya oyunu
Rol videooyunu
Rejissorlar Aleks Piters
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 3
Xbox 360
Oyun rejimləri Birnəfərli oyun
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS4Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
İdarəetmə Klaviaturasiçan
qeympad

Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360PlayStation 3Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur.

"Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi.

"2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü,[1] "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir. "Disney"in oyunun satışa çıxarılma tarixindən bir neçə ay əvvəl ləğv etməsinə jurnalistlər məyus olmuşdur.

Geympley

"Armada of the Damned" döyüş-macəra rol videooyunu olacağı, üçüncü-şəxs perspektivindən oynalınacağı və "Karib dənizinin quldurları" kainatına əsaslanan bir açıq dünya mühitində keçəcəyi düşünülürdü. Oyunçu əsas hədəfi Karib dənizini səyahət gəzmək və hörmət qazanmaq olan quldur kapitan Ceyms Sterlinqi idarə edəcəkdi.[2] Sterlinqin bəzi xüsusiyyətləri oyunçu tərəfindən bir-başa dəyişdirilə biləcəkdi, hərçənd "Armada of the Damned"in geympleyi oyunçunun xarici görünüşünü, şəxsiyyətini, silahlarını, hücum hərəkətlərini, tapşırıqlarını və hekayəsinə təsir göstərən seçim sisteminə cəmləşəcəkdi.[3]

Oyunun geympleyindən görüntü.
Oyunçu personajın sağında bir sxem verilib.
Sxemdə üç statistika (daşımaq üçün tələb olunan səviyyə, silahın verdiyi zərər və silahın müdafiə dərəcəsi) verilib.
Ekranın sol alt küncündə kiçik bir xəritə verilib.

Oyunçu personajın spesifikasiyalarının əksəriyyətinin dəyişdirilə bilən olmasına baxmayaraq, oyunun bəzi elementlərini oyunun iki personaj növü – əfsanəvi və qorxulu növləri müəyyənləşdirəcəkdi. Oyunun başında bu iki növdən birinin seçmək oyunun bir neçə geympley və hekayə elementlərini dəyişdirəcəkdi. Personaj növlərinin hər ikisinin də, oyunun geympleyini formalaşdıran özəl xüsusiyyətləri olacaqdı. Bu xüsusiyyətlər arasında oyun mühitinin və qeyri-oyunçu personajların oyunçuyla necə əlaqəyə girməsi də olacaqdı.[4]

"Armada of the Damned"in döyüş sistemi yenə iki yerə – quru və dənizə bölünəcəkdi. Sterlinqin yüngül və ağır hücum hərəkətləri olacaqdı. Bu hücum hərəkətləri ilə birləşdirilən zaman verdiyi zərərin ölçüsünü artıran kombolar yaratmaq olardı. Düzgün vaxtın seçilməsi komboların sonunda bir bonus hücum hərəkəti ilə nəticələcəkdi. Sterlinq öz rəqiblərini lənətləyə də biləcəkdi. Lənət tamamlama hərəkəti kimi istifadə ediləndə oyunçunun ətrafındakı bütün rəqiblərini gücsüzləşdirən bir sehr hərəkəti idi. Bütün hücum hərəkətləri, xüsusi hərəkətlər və kombinasiyalar oyunun əvvəlində seçilən quldur növünə görə fərqlənəcəkdi və oyunçunun öz iradəsiylə inkişaf etdirilə biləcəkdi.[5]

Oyunda, oyunçuya "Nemesis" (azərb. Nemezida‎) adlı, Sterlinq və heyəti tərəfindən idarə edilən bir gəmi veriləcəkdi.[6] Bu gəmi modifikasiya oluna biləcəkdi. Oyunçunun seçimlərindən asılı olaraq, oyun oyunçunun işə götürəcəyi heyəti müəyyənləşdirəcəkdi. Bu, gəminin atributlarına təsir göstərəcəkdi. Gəmidən Karib dənizini səyahət etmək və digər gəmilərlə döyüşmək üçün istifadə ediləcəkdi. Döyüş vaxtı oyun gəmini manevr edə, topları atəş edə və ya əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj edə biləcəkdi. Oyunçunun düşmən gəmisinə abordaj edib həmin gəminin heyətini məğlub etməsi daha çox qənimətlə nəticələnəcəkdi. Oyunçuya alınan qənimətləri bazarlarda satmaq imkanı veriləcəkdi.[7]

Süjet

Qurma

Oyunun keçdiyi tarix barədə konkret bir tarix verilməmişdir, lakin Böyük Britaniyanın dövlət bayrağının görünməsi oyunun 1707-ci ildə və ya həmin tarixdən sonra keçdiyini bildirir. Bəzi jurnalistlər oyunun "Qara mirvarinin lənəti" filmindən 10 və ya 15 il əvvəl keçdiyi deyiblər.[8] Buna baxmayaraq, XVIII əsrin ilk yarısında dəniz quldurluğu edən Bartolomyu Robertsin oyunda görünməsi oyunun 1719–1722-ci illərdə keçdiyinin mümkün ola biləcəyini bildirir.

Hekayə

Oyununun baş qəhrəmanı olan
Ceyms Sterlinqin profildən təsviri
(treylerdən götürülüb)

"Armada of the Damned"in süjeti barədə çox az məlumat yayılmışdır. Sterlinqin "Karib dənizinin quldurları" film seriyasının personajları və süjet xətti ilə heç bir əlaqəsi yox idi.[9] Oyun və film seriyası eyni uydurma kainatı bölüşəcəkdi, ancaq oyunun süjet xətti filmlərin süjet xəttindən daha əvvəl baş verəcəkdi.[3] Kasıb bir ailənin övladı olan Sterlinq şöhrət və zənginlik xəyalında olan gənc bir macəraçı, quldur idi. Sterlinq Admiral Maldonado tərəfindən qətlə yetirilir və onun cəsədi Atlantik okeanın dibinə çökür. Onun cəsədi ən azı yeddi gəmisi olan "Lənətlənmişin Armadası"nın (ing. Armada of the Damned) heyəti – qulyabanı dəniz quldurları tərəfindən tapılır. Onların rəhbəri Sterlinqi fövqəltəbii qüvvələrdən istifadə edərək yenidən həyata qaytarır və ona ikinci bir şans verir. Sterlinq həyatına ya öz lənətlənmiş quldur heyəti olan bir dəniz qulduru, ya da sadə bir insan olaraq davam edə bilər. Bu hadisələrdən sonra oyunçuya iki seçim verilir: əfsanəvi (ing. Legendary) və ya qorxulu (ing. Dreaded) bir quldur olmaq.[3] "Əfsanəvi" yolu seçən oyunçunun personajı hörmətli və vicdanlı bir quldur olur. "Qorxulu" yolu seçən oyunçunun personajı sirli və digərlərinin qorxduğu bir quldur olur.[1]

Personajlar

Oyunun baş qəhrəmanı — Ceyms Sterlinq, hörmət qazanmaq üçün Karib dənizini səyahət edən bir quldur kapitan idi. Sterlinqi ilk səyahətində öldürən Admiral Maldonado İspaniya Krallıq Donanmasının zabiti və Koasta Daibla (uydurma) qalasının qubernatoru idi. O, lənətlənmiş bir gəmi olan "Nemesis"i əldə etmiş və öz sarayında gizlətmişdir. Yenidən həyata gətirilmiş Sterlinq və onun qulyabanı quldur heyəti saraya gəlir və gəmini oğurlayır. Oyunda Tia Dalma, Kalipso, Pintel və Racetti, Katler BekketCoşami Qibbs kimi "Karib dənizinin quldurları" filmlərində görünən personajlar olacaqdı.[10] Buna əlavə olaraq, oyunda Penni Finç, Şarlott, El-Kaleuçe, Nero Ray, Qırmızı hersoginya və Ur-Zuka kimi yeni personajlar olacaqdı.[11]

İstehsal

Kim dəniz qulduru olmaq istəməz? Mən düşünürəm ki, dəniz quldurlarının yaşadığı macəra ilə siz biraz qanunsuz olmaq fantaziyasını yaşaya bilərsiz və mənim fikrimcə, bu, hərkəsə cazibədardır.

—Den Tac, "Propaganda Games"in vitse-prezidenti və baş meneceri.

Oyunu "Disney Interactive Studios"a məxsus olan 2005-ci ildə təsis edilən "Propaganda Games" şirkəti hazırlayırdı. Studiyanın əsası keçmiş "EA Canada" işçiləri tərəfindən qoyulmuşdu və diqqət mərkəzi "Disney" korporasiyası üçün döyüş-macəra oyunları hazırlamaq idi.[12] "Propaganda Games"in ilk oyunu – 2008-ci ildə hazırlanan "Turok" kommersiya uğuru əldə etmiş və bir milyon nüsxə satmışdır.[13] "Turok"un satışa çıxarılmasında sonra, studiya "Karib dənizinin quldurları" franşizası üçün olan layihə üzrə işləməyə başladı. "Propaganda Games"in vitse-prezidenti və baş meneceri Den Tac layihənin səbəbinin "azarkeşlərinin kəşf etməyə can atdığı bir kainat" olduğunu demişdir.[14] Studiya oyunun geympleyini yaxşılaşdırmaq üçün bir neçə skiptlər üzrə işlədiklərini açıqlamışdır. "Armada of the Damned"in interaktiv bir seçim sistemi olacaqdı. Oyunun yaradıcıları böyük bir seçim azadlığının olması oyunun mühüm xüsusiyyətlərindən biri olduğunu demişdir.[7][15]

Oyunun direktoru Aleks Pitersin dediyinə görə, "Armada of the Damned"in personajları film seriyasının personajlarından tamamilə fərqli hazılanmışdı. O, "Biz kino oyunları ilə əlaqələndirilmək istəmirdik" deyib. Bu arzu Ceyms Sterlinqin yaradılmasına gətirib çıxarmışdır.[2] "Armada of the Damned" üçün özəl musiqilər bəstələnmişdir və filmin musiqilərinə "zövqlə davranılmış" və onlardan "çox istifadə edilməmişdir".[3] Oyunun ləğvindən sonra, bəstələnən musiqilər 2011-ci ildə satışa çıxarılan "Lego Pirates of the Caribbean" videooyununda istifadə edilmişdir.[16]

Ləğv

"Armada of the Damned"in istehsalı vaxtı "Propaganda Games" videooyun studiyası 2010-cu ilin dekabr ayında satışa çıxarılan "Tron: Evolution" üzrə də işləmişdir.[17] Həmin ilin oktyabr ayında "Disney Interactive Studios" şirkəti "Armada of the Damned"in istehsal komandası restrukturizasiya proqramının bir parçası olaraq işdən azad edildiyini açıqlamışdır. Necə olursa olsun, "Propaganda Games" studiyasının komandası "Tron: Evolution" videooyununun və onun buraxılış sonrası endirilə bilən məzmununun istehsalını bitirə bilmişdir.[18]

Restrukturizasiya prosesi studiyanın işçi heyətini 100 nəfərə qədər azalması və "Armada of the Damned"in ləğv edilməsi ilə nəticələnmişdir. İstehsal komandasının qalanı "Tron: Evolution" üzrə işləmişdir.[18] Buna baxmayaraq, oyunun tənqidi və kommersiya uğuru əldə etməkdə müvəffəqiyyətsizliyə uğramasından sonra "Disney" studiya üçün olan bütün layihələri ləğv etmiş və "Propaganda Games"i bağlamışdır.[19]

Qəbul

"Armada of the Damned"in 2009-cu ildə keçirilən "Electronic Entertainment Expo"da nümayiş etdirilməsindən sonra,[20] oyun jurnalistlərin çoxundan müsbət rəy almışdır. "IGN" işçisi Demon Hetfild oyunu "ümidverən bir aksiya rol oyunu" adlandırmış və "baxmayaraq ki, Armada of the Damned Karib dənizinin quldurları lisenziyasından istifadə edir… bu, özəl bir oyun, oyunçulara Karibin dənizlərini səyahət edən və şan-şöhrət diləyən bir quldur yaratmaq imkanını verən bir macəradır" demişdir.[1] "GamesRadar" işçisi Kris Antista oyunun geympleyini tərifləmişdir və onu "Assassin’s Creed" videooyun franşizası ilə müqayisə etmişdir. O, "oyun filmlərin ruhunu effektivli bir şəkildə qoruya bilib və o, bunu sizi böyük ekranda gördüyünüz anlara parazitik bir şəkildə sarıltmadan edib" demişdir.[7]

"Official Xbox Magazine" jurnalının redaktorlarından biri "Qara mirvarinin lənəti" filminin "mütərəqqi şəkildə orta mötədillikdə olması və sikvellərdə çoxcaynaqlı Kraken kimi personajların olması, ilk filmdən əvvəl keçən hər hansı bir oyunun nəticəsi yəqin ki, möhtəşəm olacaq" yazmışdır. "Game Informer" işçisi Mett Miller oyundan təsirlənmiş və oyunun səs aktyorluğuna və döyüş sisteminin "Mass Effect" oyunlarındakı qarşılığına bənzərliyini tərifləmişdir. O, "biz oyun üçün olan görüşə böyük ümidlərlə getmədik, ancaq oradan heyrətlənmiş bir şəkildə çıxdıq" demişdir.[6] "Joystiq" işçisi Mayk Şramm oyunu "Fable" seriyası ilə müqayisə etmiş və"orada olanlar yaxşı görünürlər, döyüş sistemi möhkəm, qrafikalar və parıldalar isə düz doğru idilər" demişdir.[21]

"Disney" oyunu hazırlayan "Propaganda Games"in işçi heyətini azaltanda və oyunun satışa çıxarılacağı tarixdən bir neçə ay əvvəl layihənin inkişafını dayandırmasından sonra, jurnalistlər öz məyusluqlarını dilə gətirmişdilər. "IGN" işçisi Rayan Klements "Armada of the Damned oyununun potensialının artıq dərk edilməməsi xoşagəlməz bir hadisədir" demişdir.[22] "GamesRadar" heyətinin üzvü Castin Tauell "Disney"in qərarına görə məyus olmuş və "tamamlanması şübhəsiz uzaq olmayan bir oyun üzrə davam edən işi tamamilə tərk etməyin mənası yoxdur" demişdir.[23] "Game Informer" işçisi Ceff Marçiafava oyunun ləğvi ilə bağlı olan məyusluğunu dilə gətirmiş və yumoristik bir şəkildə "depressiyalı bir dəniz qulduru hansı səsi çıxarır? Ona görə ki, biz indi bu səsi çıxarardıq" demişdir.[24]

İstinadlar

  1. 1 2 3 Hetfild, Dayemon. "E3 2010: Pirates of the Caribbean – Armada of the Damned Update". IGN. Ziff Davis. 18 may 2010. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  2. 1 2 Talbot, Ben. "Pirates of the Caribbean: Armada of the Damned". GamesRadar. Future plc. 11 fevral 2010. July 9, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  3. 1 2 3 4 Klements, Rayan. "First Look at Pirates of the Caribbean: Armada of the Damned". IGN. Ziff Davis. 10 may 2010. 31 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  4. Brayn Kresente. "Pirates of the Caribbean: Armada of the Damned Is A Guilty Pleasure" (ingilis). Kotaku.com. 19 may 2010. 22 may 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  5. Stefen Totilo. "Pirates Of The Caribbean: Armada Of The Damned Is More Than A Pegleg Fable" (ingilis). Kotaku.com. 24 iyun 2010. 26 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  6. 1 2 Miller, Mett. "Pirates Offers More Than Expected". Game Informer. GameStop. 22 iyun 2010. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2018.
  7. 1 2 3 Antista, Kris. "5 ways Pirates of the Caribbean: Armada of the Damned is avoiding the movie-licensed shitstorm". GamesRadar. Future plc. 13 may 2010. July 9, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  8. Mayk Feyher. "Armada of the Damned Is All About Choices". Kotaku. 4 may 2009. 8 iyun 2009 tarixində arxivləşdirilib.
  9. Deyl Nort. "E3 10: Pirates of the Caribbean: Armada of the Damned" (ingilis). destructoid.com. 15 iyun 2010. 17 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  10. Ben Talbot. "Pirates of the Caribbean: Armada of the Damned" (ingilis). gamesradar.com. 11 fevral 2010. 9 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  11. Bon Art Studio. "Pirates of the Caribbean: Armada of the Damned" (ingilis). ArtStation. 2010. 14 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  12. Kavamoto, Daun. "Disney scoops up Avalanche, founds new studio". GameSpot. CBS Interactive. 19 aprel 2005. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  13. "Turok's Dinosaurs Run Rampant with More Than 1 Million Units Shipped Worldwide". IGN. Ziff Davis. 26 mart 2008. 16 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  14. Fister, Endru. "Pirates of the Caribbean: Armada of the Damned Interview: Propaganda Games' Alex Peters". G4. G4 Media, LLC. 13 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  15. Qoldsteyn, Hillari. "Pre-E3 2009: Pirates of the Caribbean: Armada of the Damned Unveiled". IGN. Ziff Davis. 26 may 2009. 25 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  16. Sitizen, Cessika. "LEGO Pirates uses music from axed Armada of the Damned". VG247. Videogaming247 Ltd. 13 may 2011. 16 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  17. Maqrino, Tom. "Tron: Evolution begins Dec. 7". GameSpot. CBS Interactive. 7 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  18. 1 2 Kresente, Brayn. "Pirates of the Caribbean Game Canned as Layoffs Hit Propaganda Confirmed". Kotaku. Gawker Media. 15 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  19. Qilbert, Ben. "Propaganda Games shuttered". Joystiq. AOL Inc. 18 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
  20. "Disney Interactive Studios Announces Pirates of the Caribbean: Armada of the Damned". IGN. Ziff Davis. 27 may 2009. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 may 2018.
  21. Şramm, Mayk. "Preview: Pirates of the Caribbean: Armada of the Damned". Joystiq. AOL Inc. 20 iyun 2010. 25 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  22. Klements, Rayan. "Pirates of the Caribbean: Armada of the Damned Cancelled". IGN. Ziff Davis. 14 oktyabr 2010. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2018.
  23. Tauell, Castin. "It's a crying shame that the new Pirates of the Caribbean game has been cancelled. Seriously". GamesRadar. Future plc. 15 oktyabr 2010. 9 iyul 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  24. Marçiafava, Ceff. "Disney Confirms Armada Of The Damned Cancellation". Game Informer. GameStop. 14 oktyabr 2010. July 9, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2018.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!