Pew Tədqiqat Mərkəzi — Vaşinqtonda yerləşən tədqiqat mərkəzi. ABŞ-da və dünyada yaranan sosial problemlər, ictimai rəy və demoqrafik tendensiyalar haqqında məlumat verir[1]. Həmçinin ictimai rəy sorğuları, demoqrafik tədqiqatlar, kontent-təhlil və digər sosial araşdırmalar aparır. Pew Araşdırma Mərkəzi, öz bəyanatlarına görə, siyasi mövqe tutmur və Pew Charitable Trusts-ın törəmə şirkətidir[2][3] .
Elmi istiqamətləri
Mərkəz 9 istiqamətdə tədqiqatlar aparır[4]:
- ABŞ-ın siyasəti
- Jurnalistika və Media
- İnternet və texnologiya
- Elm və cəmiyyət
- Din və sosial həyat
- İspandilli dünya
- Qlobal tendensiyalar
- Sosial-demoqrafik meyllər
- Tədqiqat metodologiyası
İstinadlar