Peter Stamm (18 yanvar 1963[1][2], Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist.
Həyatı və yaradıcılığı
1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı. İsveçrənin Vintertur şəhərində yaşayır. Romanlardan başqa həm də, kiçik hekayələr yazmışdır[3]. Əsasən, əsərlərinin başlıca mövzusu insan münasibətləri haqqındadır[4].
Əsərləri
Mükafatları
- Heingau Literatur Preis — Heingau Ədəbiyyat Mükafatı
- Solothurner Literaturpreis — Solothurn Ədəbiyyat Mükafatı
İstinadlar