Per Hekkerup

Per Hekkerup
dan. Per Hækkerup
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d]
15 sentyabr 1952 – 20 may 1954
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
20 may 1954 – 20 sentyabr 1962
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
23 yanvar 1967 – 16 dekabr 1971
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1915(1915-12-25)[1]
Vəfat tarixi 13 mart 1979(1979-03-13)[1] (63 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Uşaqları
Ailəsi Hekkeruplar[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Per Hækkerup (25 dekabr 1915[1]13 mart 1979[1], Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi.

O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub.

Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər.[2]

O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu . Hans HækkerupKlaus Hækkerupun atasıdır.

İstinadlar

  1. 1 2 3 4 Per Haekkerup // Munzinger Personen (alm.).
  2. Richard Milne. "Denmark lays formal claim to North Pole". Financial Times. December 15, 2014. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2023.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!