Pazl (ing.jigsaw puzzle) — oyun-tapmaca növüdür. Bu oyunda, müxtəlif formalı şəkil fraqmentlərindən (hissələrindən) ibarət mozaikanı qurmaq tələb olunur.
Psixoloqların fikrincə, pazl oyunu diqqət, götürmə qabiliyyəti, bədii və məntiqi düşüncənin (forma, ölçü, rənglər və s. üzrə ayrı-ayrı elementlərin fərqləndirilməsi) inkişafına imkan yaradır; hissələrin arasında əlaqəni tam və düzgün qəbul etməyi öyrədir.
Pazl oyunun növləri
Hal-hazırda pazl oyunun çoxlu müxtəlif modifikasiyaları mövcuddur. Lakin vahid hədəf — ayrı-ayrı elementlərdən ibarət vahid şəkili qurmaqdır. Pazl ölçüsü elementlərinin ölçüsü və ya vahid şəklin ölçüsü üzrə təyin olunur. Pazl oyununda mürəkkəblik dərəcəsi onun ayrı-ayrı elementlərinin sayından asılıdır. Beləki natamam hissələr nə qədər çox (və ya kiçik ölçülü) olarsa oyunun mürəkkəbliyi bir o qədər də artır.
Kiçik pazllarda elementlərin klassik miqdarı — 54 elementli (260 elementə qədər uşaqlar üçün hesab edilir).
500 elementdən ibarət pazlın standart ölçüsü — 47×33 sm-dir.
Elementləri azsaylı və böyük ölçülü pazllar balaca uşaqlar üçün nəzərdə tutulur.
Elementlərinin sayı 260-dan çox olan pazl böyük auditoriyaya daha uyğundur[1]. Çox elementli (6 min elementdən yuxarı) pazllarda adətən Bibliya səhnələri, məşhur rəsm əsərləri, qədim coğrafi xəritələr təsvir edilir. Onların quraşdırılması çox vaxt tələb edir.