Pavel Pinigin

Pavel Pinigin
Şəxsi məlumatlar
Tam adı Pavel Pavloviç Pinigin
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi
Bestyax kəndi, SSRİ Yakutiya MSSR (71 yaş)
Doğum yeri
Boyu 178 sm
Çəkisi 68 kq[1]
İdman növü Güləş
Karyera illəri 19721980
Məşqçiləri
Medallar

Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir.

Bioqrafiyası

Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır.

1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir. 1975-ci ildə SSRİ Xalqlar Spartakiadasında birinci yeri tutur. Bundan sonra isə beynəlxalq səviyyədə fəaliyyətini davam etdirir.

1976-cı il Yay Olimpiya oyunlarında 68 kq çəmi dərəcəsində iştirak edir. :

  • Birinci dairədə; 8-3 xalla Saban Seydi (Yuqoslaviya);
  • İkinci dairədə; 10-3 xalla Mehmed Sari (Türkiyə);
  • Üçüncü dairədə iştirak etməmişdir;
  • Dördüncü dairədə; 4-3 xalla Sedendambın Natsaqdora (Monqolustan);
  • Beşinci dairədə; 8-ci dəqiqədə Rami Miron (İsrail);
  • Altıncı dairədə; (5-5) hesabı ilə görüş bitir Yasaburo Suqavaro (Yaponiya)
  • Final görüşü; 12-1 xalla Lloyd Batça Kuzeri yenərək Olimpiya çempionu olur[2].

1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarında 74 çəki dərəcəsində yarışır. Bu yarışmada yalmız dördüncü yeri tutmuşdur. Ordunu təmsil etmişdir (Kiyev). Üçqat dünya çempionu (1975, 1977, 1978), Dünya kubokunun sahibi (1976, 1977), Avropa çempionu (1975)[3], Dünya kubokunun gümüş medalçısı (1972), Ümumdünya Univesiadasında (1973), SSRİ çempionu (1976), SSRİ çempionatının gümüş medal laureatı (1974, 1977, 1978, 1980), SSRİ xalqları spartikiadası gümüş medalçısı (1979), Veteralar arasında dünya çempionu (1993)[4].

90-cı illərdə Yakutiya yığmasının baş məşqçisi olmuşdur.

Hazırda Yakutskda yaşayır. Milis pilkovnikidir. Vahid Rusiya partiyasının üzvüdür. Pavel Piniginin şərəfinə Neryoqrinski rayonunda yerləşən iri qızıl yataqlarından biri adlandırılmışdır[5].

Pavel Pinigin iki kitab müəllifidir: "Olimpə gedən yol" (Yakutsk, 1984) və "Mənim həyatımın işi — Güləş" (1990, Kiyev).

İstinadlar

  1. Olympedia (ing.). 2006.
  2. "Pavlo Pinihin Biography and Olympic Results". 2012-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  3. International Federation of Associated Wrestling Stylels[ölü keçid]
  4. Pavel Pinigin | Wrestsakha
  5. "Новости геологии / Чьими именами называют месторождения?". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!