Paul Yohann Anselm Ritter fon Feyerbax

Paul Yohann Anselm Ritter fon Feyerbax
alm. Paul Johann Anselm von Feuerbach
Doğum tarixi 14 noyabr 1775(1775-11-14)[1][2][…]
Vəfat tarixi 29 may 1833(1833-05-29)[1][2][…] (57 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Frankfurt qəbiristanlığı[d]
Uşaqları
Təhsili
Fəaliyyəti hüquqşünas, filosof, universitet müəllimi[d], hakim, yazıçı
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
Üzvlüyü
  • Bavariya Elmlər Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paul Yohann Anselm Ritter fon Feyerbax (Tam adı: alm. Paul Johann Anselm Ritter von Feuerbach‎; 14 noyabr 1775[1][2][…]29 may 1833[1][2][…], Frankfurt-Mayn[3][4]) — Almaniya hüquqşünası. Əsas nailiyyəti işgəncənin ləğvinə gətirib çıxaran Bavariya Cəza Məcəlləsi ilə bağlı apardığı islahat olmuşdur. Bu da öz növbəsində digər bir çox dövlət üçün model məcəllə rolunu oynamışdır. Feyerbax, həmçinin Kaspar Hauzer haqqında apardığı araşdırma ilə tanınır.

Həyat və fəaliyyəti

Feyerbax Yena yaxınlığındakı Haynixendə anadan olub. O doğulduqdan qısa müddət sonra ailəsi Frankfurt-Mayn şəhərinə köçür və Feyerbax ilk təhsilini bu şəhərdə alır. On altı yaşnda ikən evi tərk edib Yenaya qayıdır və buradakı əlaqələrindən istifadə edərək universitetdə təhsilini davam etdirir. Yoxsulluq içində yaşamasına və səhhətinin zəif olmasına baxmayaraq, özünü sürətlə inkişaf etdirir. Karl Leonhard Reynhold və Qotlib Hufelendin mühazirələrində iştirak edir və tezliklə daha elmi məzmunda olan məqalələr dərc etdirir.

1795-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi alır və elə həmin il, olduqca az pulunun olmasına baxmayaraq, ailə həyatı qurur. Elmi dərəcə alması elə bir addım idi ki, onu ən sevdiyi elmlərdən – fəlsəfə və tarix tədqiqatlarından uzaqlaşdırıb hüquq fəlsəfəsi və tarixini araşdırmağa məcbur etməklə, özü istəməsə belə onun üçün daha perspektivli yol açan uğura və şöhrətə aparırdı.

23 yaşında Tomas Hobbsun ictimai güc nəzəriyyəsini sərt şəkildə tənqid etməklə ön plana çıxır. Tezliklə cinayət mühakiməsi ilə bağlı mühazirələrində məşhur nəzəriyyəsini ortaya qoyur: bu da ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hakimlərin qərar qəbul etmə səlahiyyətlərinin cəza məcəlləsi ilə məhdudlaşdırılmasını ehtiva edirdi. Yeni doktrina Feyerbaxın nəzəriyyəsini dəstəkləyən Riqoristlər partiyasının yaranmasına səbəb oldu. Hüququn məşhur prinsiplərindən biri olan Nulla poena sine legenin yaradıcısıdır: "Cinayət qanunu mövcud olmadığı zaman törədilən əməl cinayət hesab edilmir və buna görə də cəzalandırılmır".

1801-ci ildə əmək haqqı almadan Yena Universitetinin professoru kimi fəaliyyətə başlayır. Növbəti il Kil şəhərində universitetə rəhbərlik edir və 2 il ərzində bu vəzifəni icra edir.

Onun əsas fəaliyyəti Bavariya Cəza Məcəlləsini tərtib etmək idi. 1804-cü ildə Kil Universitetindən Landshut Universitetinə keçir. Lakin Bavariya Cəza Məcəlləsinin hazırlanması ilə əlaqədar kral I Maksimiliandan göstəriş alan Feyerbax 1805-ci ildə Münhenə köçür və burada Ədliyyə Nazirliyində ona yüksək vəzifə, 1808-ci ildə isə yüksək rütbə verilir. Bavariya cəza qanunvericiliyində praktiki islahatlar məhz onun təsiri altında 1806-cı ildə işgəncənin qadağan edilməsi ilə başlandı.

Ədliyyə Nazirliyində olarkən Bavariya məhkəmələrinin verdiyi ölüm cəzalarının kral əfvetməsinə təqdim edilməsi məqsədilə qiymətləndirməsini aparan Feyerbax daha sonra hüquqi cəhətdən xüsusi əhəmiyyət kəsb edən 1808/11-ci illərin məhkəmə işlərini Merkwürdige Criminalfälledə dərc etdirir. Fransa hüquqşünası Qayot de Pitavalın məşhur "Causes Célèbres"i tərzində tərtib edilmiş, cinayət işlərindən ibarət bu hüquqi kitabça ilə Feyerbax cinayət işlərinə baxan hakimlər, təhqiqatçılar və digər əlaqədar şəxslər üçün müasir cinayət psixologiyasını ("Seelenkunde") formalaşdırmaq niyyətində idi.

Vaxt keçdikcə onun işi sadəcə uydurma sensasiyalı cinayətlərin ədəbi məcmuəsi kimi yanlış təfsir edilmiş və bir çox məhkəmə işləri mənasız populyar cinayət hekayələri kimi redaktə edilmiş və nəşr edilmişdir. Bununla belə Gerold Şmit araşdırmaları nəticəsində Feyerbaxın real məkanlarda və real şəxslərin iştirakı ilə baş verən real tarixi hadisələri tədqiq etdiyini və buna görə də əsərinin Bavariyanın yerli və sosial tarixi, mentaliteti üçün zəngin tarixi qaynaq olduğunu aşkar etmişdi.

1811-ci ildə Betrachtungen über das Geschworenengericht məqaləsində jüri (münsiflər məhkəməsi) tərəfindən həyata keçirilən ədalət mühakiməsini tənqid edən Feyerbax jürinin verdiyi qərarın cinayətin hüquqi sübutuna adekvat olmadığını iddia edirdi. Bu mövzu ətrafında mübahisələr yaranmış və müəllifin fikirləri sonradan müəyyən mənada dəyişikliyə məruz qalmışdı.

Bavariya Cəza Məcəlləsi üzərində gördüyü işlərin nəticəsi 1813-cü ildə rəsmi olaraq qəbul edildi. Feyerbaxın mütərəqqi baxışlarının təcəssümü olan bu Məcəllənin təsiri olduqca böyük idi. Məcəllə ilk növbədə VürtemberqSaksen-Veymarda yeni məcəllələr üçün baza rolunu oynamışdı; bütövlükdə Böyük Oldenburq knyazlığında qəbul edilmişdi; və kralın əmri ilə isveç dilinə tərcümə olunmuşdu. İsveçrə kantonlarının bir çoxu buna müvafiq olaraq öz məcəllələrində dəyişiklik etmişdilər.

Feyerbax həmçinin Napoleon Məcəlləsi əsasında Bavariya mülki məcəlləsini tərtib etməyi öhdəsinə götürmüşdü. Sonralar bu məsələyə diqqət ayrılmamış və Maksimilian Məcəlləsi əsas kimi götürülmüşdü. Lakin layihə heç zaman qanun qüvvəsi almamışdı.

1813-1814-cü illərdə VI Koalisiya müharibəsi zamanı Feyerbax özünü alovlu vətənpərvər kimi göstərir və bir neçə siyasi broşür dərc etdirir. 1814-cü ildə Bamberqdə apelyasiya məhkəməsinin ikinci sədri təyin edilir, üç il sonra isə Ansbaxda apelyasiya məhkəməsinin birinci sədri olur. 1821-ci ildə hökumət tərəfindən Fransa, Belçika və Reyn əyalətlərinə onların məhkəmə qurumlarını araşdırmaq məqsədi ilə göndərilir. Bu səfərin bəhrəsi olaraq Betrachtungen über Öffentlichkeit und Mündigkeit der Gerechtigkeitspflege (1821) və Über die Gerichtsverfassung und das gerichtliche Verfahren Frankreichs (1825) adlı traktatlarını dərc etmişdir. Burada o, qeyd-şərtsiz bütün məhkəmə proseslərinin açıq keçirilməsini müdafiə edirdi.

Ömrünün son illərində Feyerbax başına gələn hadisələrlə Avropada diqqətləri üzərinə cəmləyən Kaspar Hauzer haqqında araşdırma aparmışdı. Öz təsdiqini tapmış faktların tənqidi xülasəsini ilk olaraq Kaspar Hauser, ein Beispiel eines Verbrechens am Seelenleben (1832) adı altında nəşr etdirən məhz Feyerbax olmuşdur.

Feyerbax 29 may 1833-cü ildə Frankfurtda vəfat edir. Onun ölüm səbəbləri və ölüm şəraiti ilə bağlı mübahisələr aparılır: həm ailəsi, həm də ölümündən qısa müddət əvvəl Feyerbaxın özü belə güman edirdi ki, Kaspar Hauzer barədə apardığı tədqiqat işinə və onu müdafiə etdiyinə görə onu zəhərləmişdilər. Feyerbaxın ölümündən sonra elə həmin il Hauzerin özü şübhəli şəraitdə həyatını itirmişdi.[5]

Ailəsi

Feyerbaxın beş oğlu, üç qızı var: Yozef Anzelm Feyerbax (1798–1851), Karl Vilhelm Feyerbax (1800–1834), Eduard Ogüst Feyerbax (1803-1843), Lüdviq Andreas Feyerbax (1804–1872), Heynrix Fridrix Feyerbax (1806–1880), Rebekka Maqdalena (1808–1891), Leonor Feyerbax (1809-1885) və Eliz Feyerbax (1813–1883).

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Paul, knight von Feuerbach // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118532766 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Find a Grave (ing.). 1996.
  5. LTO. "Zum Todestag von Johann Paul Anselm Ritter von Feuerbach: Der Kriminalpsychologe, der den Fall Kaspar Hauser nicht überlebte". Legal Tribune Online (alman). 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!