Paul Braytner

Paul Braytner
alm. Paul Breitner
Ümumi məlumatlar
Doğum tarixi 5 sentyabr 1951(1951-09-05)[1][2][…] (73 yaş)
Doğum yeri
Vətəndaşlığı Almaniya Almaniya
Boyu 1,76
Çəkisi 73 kq
Mövqeyi sol cinah müdafiəçisi, yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1957—61 Qərbi Almaniya Kolbermor
1961—70 Qərbi Almaniya Freylassinq
Klub karyerası[* 1]
1970—74 Qərbi Almaniya Bayern Münhen 109 (17)
1974—77 İspaniya Real Madrid 84 (10)
1977—78 Qərbi Almaniya Ayntraxt Braunşveyq 30 (10)
1978—83 Qərbi Almaniya Bayern Münhen 146 (66)
Milli yığma[* 2]
1968—70 Qərbi Almaniya Qərbi Almaniya U-18 16 (1)
1971 Qərbi Almaniya Qərbi Almaniya U-23 1 (0)
1971—82 Qərbi Almaniya Qərbi Almaniya millisi 48 (10)
Təltif və medalları
Futbol üzrə Dünya Çempionatı
Qızıl DÇ-1974
Futbol üzrə Avropa Çempionatı
Qızıl Avro 1972

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paul Braytner (alm. Paul Breitner, 5 sentyabr 1951[1][2][…], Münxen[3]) — müdafiəçiyarımmüdafiəçi mövqelərində çıxış etmiş keçmiş Alman futbolçusudur. Qərbi Almaniya millisinin formasını 48 dəfə geyinmiş Braytner, Almaniya millisinin tarixində ən mübariz oyunçulardan biri kimi qəbul edilir. Bir müddət Almaniya millisində Braytner — BekkenbauerFoqts müdafiə üçlüsü, Bayern Münhendə isə Rummenigge — Braytner yarımmüdafiə ikilisi çox məşhur idi.

Braytner 1974 FİFA Dünya Kubokunu qazanan kazanan Qərbi Almaniya millisinin ayrılmaz bir parçası idi, hətta final matçında qol da vurmuşdu. Üstəlik 1982 FİFA Dünya Kubokunda fərqlənməklə iki fərqli Dünya Çempionatında qol vuran 4 futbolçudan biri oldu — digərləri isə Pele, VavaZinəddin Zidan idi.

Bütün zamanların ən güclü alman futbolçularından biri olan Braytner 1994-cü ilə FİFA tərəfindən FİFA Dünya Kuboku Bütün Zamanların Komandasına seçildi. 2004-cü ildə FİFAnın mükafatlandırma mərasimində Pelenin tərtib etdiyi yaşayan ən güclü futbolçuların siyahısına — FİFA 100-ə əlavə edildi. Braytner karyerasını bitirdikdən sonra Almaniyada şərhçi, alim və köşə yazarı kimi çalışıb, eyni zamanda Bavariyanın idarəetmə şurasının məsləhətçisidir.

Futbolçu karyerası

Braytnerin futbol karyerası 1970-ci ildən 1983-cü ilə qədər davam etdi. Əsasən Bayern Münhen (1970–74 və 1978–83-cü illər) və Real Madrid (1974–77-ci illər) komandalarında oynadı, bir mövsüm isə Ayntraxt Braunşveyqdə çıxış etmişdir. Karyerasının əvvəlində sol cinah müdafiəçisi kimi çıxış edən Braytner daha sonra orta sahəyə keçdi və 1980-ci illərin əvvəllərində ən yaxşı yarımmüdafiəçilərdən biri oldu.

Braytnerin uzun və uğurlu karyerasının ilk zirvəsi 21 yaşında 1972-ci il Futbol üzrə Avropa Çempionatının qalibi olan Qərbi Almaniya millisinin tərkibində olması ilə başladı. 2 il sonra 1974 FİFA Dünya Kubokunu qazandı. Final matçında — Münhendə Niderland millisinə qarşı keçirilən oyunda penaltidən almanların ilk qolunu vurdu. Finalda Braytner, BekkenbauerFoqtsun qətiyyətli müdafiəsi hollandların bir çox qol şansları əldə etməsinə mane oldu. Dünya çempionatından sonra Real Madridə transfer oldu və 1981-ci ildə Yupp Dervall tərəfindən yenidən milliyə qaytarılan qədər millidən ayrıldı. Braytner Pele, VavaZidan ilə birlikdə iki fərqli Dünya Kuboku final matçlarında qol vurma şansı qazanan dörd futbolçudan biridir. O, buna 1974 FİFA Dünya Kubokunda Niderland millisi ilə görüşdə, 1982 FİFA Dünya Kubokunda isə İtaliya millisi ilə oyunda nail oldu.

Uğurları

Karyerasını bitirdikdən sonra

İstinadlar

  1. 1 2 Paul Breitner // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Paul Breitner // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118514911 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!