Pakistan Hərbi Hava Qüvvələri

Pakistan Hərbi Hava Qüvvələri
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 14 avqust 1947 - günümüzə
Ölkə Pakistan Pakistan
Tabedir Pakistan Silahlı Qüvvələri
Vəzifəsi Pakistanın hava məkanının müdafiə olunması. Döyüş şəraitində digər hərbi birləşmələrə havadan dəstək verilməsi.
Sayı 65,000 nəfər tam heyət
10,000 nəfər ehtiyat qüvvə
Qərargah İslamabad, Pakistan
Şüarı Urdu: قوم کے لیے فخر کی علامت
"Xalq üçün qürur rəmzi"
Müharibələr Birinci Hindistan-Pakistan müharibəsi
İkinci Hindistan-Pakistan müharibəsi
Üçüncü Hindistan-Pakistan müharibəsi
Yom Kippur müharibəsi
Əfqanıstan müharibəsi
Kargil müharibəsi
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Aviasiya marşalı Sohail Aman
Məşhur komandirləri Aviasiya marşalı Nur Xan
paf.gov.pk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pakistan Hərbi Qüvvələri (urdu پاک فِضائیہPāk Fizāʾiyah) Pakistan Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Əsas vəzifəsi Pakistanın hava məkanını mühafizə etmək, döyüş şəraitində isə Silahlı Qüvvələrin digər hərbi birləşmələrini hava dəstəyi ilə təmin etməkdir.[1] Pakistan HHQ-nin aktiv şəxsi heyəti 65,000 nəfər (3 min nəfəri pilot olmaqla), ehtiyat qüvvələrinin sayı 10,000 nəfərdir.[2]

1947-ci ildə əsası qoyulan HHQ indiyə qədər bir çox döyüş əməliyyatlarında iştirak etmişdir. Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir. HHQ komandanı baş nazir tərəfindən təsdiq olunduqdan sonra ölkə prezidenti tərəfindən təyin olunur.[3] Pakistan HHQ-nin hazırkı komandanı aviasiya marşalı Sohail Amandır.[4]

Tarix

1959 Hindistan hava hücumu

10 aprel 1959-cu ildə Pakistanda Ramazan bayramı qeyd edilərkən Hindistan Hərbi Hava Qüvvələrinin 106-cı eskadrilyasına məxsus "English Electric Canberra" təyyarəsi Pakistanın hava məkanına daxil olaraq kəşfiyyat çəkilişi aparmışdır. Həyəcan siqnalı verildikdən sonra Pakistan HHQ-nin 15-ci eskadrilyasına məxsus iki ədəd F-86F döyüş təyyarələri bu kəşfiyyat təyyarəsini Ravalpindi vilayətinin Ravat şəhəri üzərində vurmuşdur. Bu hadisə Pakistan HHQ-nin ilk qələbəsi hesab olunur. Hindistana məxsus kəşfiyyat təyyarəsinin hər iki pilotu təyyarə vurulmazdan əvvəl katapult etdiyinə görə, sağ qalmış, lakin pakistanlılar tərəfindən əsir götürülmüş bir müddət saxlanıldıqdan sonra azad buraxılmışdır.[5]

Birinci Hindistan-Pakistan müharibəsi

Müharibə ərəfəsində Pakistan HHQ 12 ədəd Lockheed F-104 Starfighter, təqribən 120 ədəd North American F-86 Sabre və 20 ədəd B-57 "Kanberra" bombardmançı təyyarələrindən ibarət olmuşdur.[6] Pakistan tərəfi müharibənin başlamasının ikinci günündən etibarən döyüş ərazisində hava üstünlüyünün tam şəkildə ələ keçirildiyini açıqlamışdır.[7] Buna cavab olaraq, Hindistan HHQ komandanı aviasiya marşalı Arcan Sindh müharibə dövründə üç gün hava üstünlüyünün öz tərəflərində olduğunu açıqlamışdır.[8]

Hindistan mənbələrinin verdiyi məlumata görə, Hindistan tərəfi öz təyyarələrinin əksər hissəsini yerdə itirdiyi halda, Pakistan tərəfinə məxsus təyyarələr daha çox hava döyüşlərində vurulmuşdur.[9]

Hər iki ölkə müharibə ərzində aviasiya itkiləri ilə bağlı ziddiyyətli iddialar irəli sürmüş, yalnız bir neçə neytral mənbə hər iki ölkənin iddialarını təsdiqləmişdir. Pakistan tərəfi Hindistana məxsus 104 döyüş təyyarəsini vurduğunu və özünə məxsus 19 təyyarəni itirdiyini iddia etsə də, Hindistan tərəfi qarşı tərəfə məxsus 73 təyyarə vurduğunu və özlərinə məxsus 59 təyyarəni itirdiklərini iddia etmişdir.[10] Müstəqil mənbələrin apardığı araşdırmaya əsasən, müharibə ərzində Pakistan HHQ təqribən 20 döyüş təyyarəsi itirdiyi halda, Hindistan HHQ-də bu göstərici 60–75 aralığında olmuşdur.[11]

İkinci Hindistan-Pakistan müharibəsi

Şərqi Pakistan bölgəsinin müstəqillik əldə etmə istəyi 1971-ci ilin sonlarından etibarən Hindistan və Pakistanı yenidən qarşı-qarşıya gətirmişdir. 22 noyabr 1971-ci il tarixində, müharibə başlamazdan 10 gün əvvəl Pakistan HHQ-nə məxsus dörd F-86 qırıcısı Hindistan ərazisində yerləşən Mukti Bahini qruplaşmasının mövqelərinə aviasiya zərbələri endirmiş, döyüş nəticəsində dörd təyyarədən ikisi vurulmuş, biri qismən zədələnmişdir.[12] 3 dekabrda Hindistanın Pakistana müharibə elan etməsindən sonra Pakistan Çingiz xan əməliyyatını həyata keçirmiş, Srinaqar, Ambala, Sirsa, Halvara ərazilərində yerləşən hərbi qərargahlara önləyici zərbələr endirmişdir.[13]

15 dekabrda Dəkkə şəhərinin işğal olunmasından sonra, 17 dekabr yerli vaxtla saat 14:30-da döyüşlərin bitdiyi rəsmən açıqlanmışdır.[14]

1973 Yom Kippur müharibəsi

Müharibə ərzində Pakistan HHQ-nin 16 pilotu MisirSuriya tərəfindən İsrailə qarşı döyüşlərdə iştirak etmişdir. Belə pilotlardan biri olan leytenant Səttar Alvi Suriya HHQ-nə məxsus MiQ-21 döyüş təyyarəsi ilə İsrail HHQ-nə məxsus Miraj qırıcısını vurmuş və Suriya hökuməti tərəfindən mükafata layiq görülmüşdür.[15]

1979–1988 Əfqanıstan müharibəsi

1979-cu ildə Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Ənvər Şamimin həmin dövrdə Ordu generalı vəzifəsində xidmət edən Məhəmməd Ziyaülhaqqa verdiyi məlumata görə, Hindistan hökuməti Pakistanın Kahuta şəhərində yerləşən nüvə obyektinə hücum etməyi planlaşdırırdı. Kahuta sərhədə yaxın yerləşdiyinə görə, Hindistana məxsus təyyarələr 3 dəqiqə ərzində bu əraziyə çata biləcəyi halda, Pakistana məxsus qırıcılar buradan daha uzaq məsafədə yerləşdiyinə görə, onlar əraziyə yalnız 8 dəqiqə ərzində çata bilərdilər. Buna görə də Pakistan hökuməti bu geriliyi aradan qaldırmaq məqsədilə öz döyüş aviasiyasını yeniləməyi qərara alır. Bununla da Hindistanın Kahutaya hücum edəcəyi halda, onlar da Hindistanın Trombay ərazisində yerləşən nüvə obyektinə zərbə endirməyi planlaşdırırdı. Pakistan ən uyğun seçim olan ABŞ istehsalı F-16 döyüş təyyarəsini almağı qərara alır. 1983-cü ildə F-16 qırıcılarının ilk partiyası Pakistana çatdırıldıqdan sonra, Hindistana cavab zərbəsi endirmək imkanları artmışdır.[16][17]

1981-ci ildə ABŞ-la Pakistan arasında 28 F-16A və 12 F-16B döyüş təyyarəsinin çatdırılması ilə bağlı müqavilə imzalanmışdır. Sülh qapısı ISülh qapısı II adını alan müqavilələrə əsasən, ABŞ Pakistana ümumilikdə 40 F-16 Blok-15 qırıcısı satmışdır. Bu müqaviləyə bağlı olan sonuncu döyüş təyyarələri 1987-ci ildə Pakistana çatdırılmışdır.[18][19]

1986–1988-ci illəri aralığında Pakistan F-16-ları Əfqanıstan ərazisində ən azı 8 Sovet təyyarəsi vurmuşdur.[20] Bunlardan ilk üçü Su-22An-26 təyyarələri olmuşdur. 14-cü eskadrilyanın pilotları isə daha 5 ədəd (ikisi Su-22, ikisi MiQ-23, biri Su-25) düşmən təyyarəsi vurmuşdur.[21] 29 aprel 1987-ci ildə dörd Sovet MiQ-23 qırıcısı ilə iki F-16 arasında baş verən döyüş nəticəsində bir F-16 vurulmuşdur. Pilot leytenant Şahid Xan katapult edərək sağ qalmışdır.[22]

1990–2001

6 oktyabr 1990-cı ildə Pakistan nüvə silahı proqramını davam etdirdiyi bəhanəsi ilə ABŞ bu ölkəyə silah satışına embarqo qoymuşdur. Nəticədə müasir texnologiyalara sahib olan döyüş təyyarəsinin alınması məqsədilə bir çox ölkə ilə danışıqlar aparılmışdır. 1990–1993-cü illər aralığında Pakistan Avropa ölkələrinin birgə istehsal etdiyi Panavia Tornado qırıcısını almaqdan imtina etmişdir. Polşadan MiQ-29Su-27-nin satılması ilə bağlı təklif gəlsə də qəbul olunmur. 1992-ci ildə əsas diqqət Fransa istehsalı Miraj 2000 qırıcısına yönəlir. 1980-ci illərin əvvəllərində də bu təyyarələr üçün təklif göndərilsə də, Fransa siyasi səbəblərə görə bu satışdan imtina etmişdi. 1994-cü ilin avqustunda İsveç JAS-39 Gripen döyüş təyyarəsini təqdim etsə də, istehsalçı SAAB şirkətinin səhmlərinin 20%-nin ABŞ-yə məxsus olduğu üçün satış baş tutmamışdır.[23]

1992-ci ilin ortalarında Pakistan Fransa ilə 40 ədəd Miraj 2000 qırıcısının satışı ilə bağlı razılaşmağa yaxın olsa da, satış baş tutmamışdır.[24]

1994-cü ildə Rusiyanın Suxoy və Mikoyan şirkətləri Su-27 və MiQ-29-ların satılmasının mümkün olduğunu bildirmişdir.[25] Lakin, Pakistan hökuməti bu təklifdən imtina edərək Miraj 2000–5 döyüş təyyarələrinin satın alınması ilə bağlı danışıqlara başlamışdır.[26] Danışıqların təqribən 40 təyyarə üçün aparıldığı bildirilmişdir.[27]

Şimal-qərbi Pakistanda anti-terror əməliyyatları

Pakistan Ordusu 2009-cu ildə Taliban terror qruplaşmasına qarşı hücum əməliyyatına başladıqdan sonra müəyyən problemlərlə üzləşmişdir. Hücum əməliyyatlarının başlandığı elan olunduqdan sonra 2 milyona yaxın pakistanlı qaçqın düşərgələrinə köçməyə məcbur olmuşdur. Evini tərk etmək məcburiyyətində qalan məcburi köçkünlərin öz evlərinə mümkün qədər tez qayıda bilməsi üçün hərbi əməliyyatlar sürətləndirilmişdir. Pakistan HHQ terrorçulara qarşı ilk olaraq helikopterlərdən istifadə etməyə başlamışdır. Çünki, Pakistan HHQ bu vaxta qədər müharibə üçün təlim keçirdi və yeni qəbul olunmuş "anti-terror doktrinası"na hələ ki uyğunlaşma baş verməmişdi.

2009–2010-cu illərdə baş tutan Saffron Bandit adlı təlimlərdə əsas diqqət terrorizmə qarşı mübarizəyə yönəlmişdir. HHQ-nin silahlanmasına yeni qəbul edilən silahlar ordunun kəşfiyyat və müşahidə imkanlarını yüksəltmişdir.[28] C-130 hərbi-nəqliyyat təyyarələri modernizasiya olunaraq imkanları artırılmışdır.

Pakistan HHQ Cənubi Vəziristanda yerləşən terrorçu mövqelərinə zərbə endirilməsində 200 və 900 kq-lıq aviabombalardan istifadə etmişdir.

Komandanları

  • Aviasiya vitse-marşalı Alan Perri-Kin
  • Aviasiya vitse-marşalı Riçard Atçerli
  • Aviasiya vitse-marşalı Lesli Vilyam Kannon
  • Aviasiya vitse-marşalı Artur Makdonald
  • Aviasiya marşalı Əsgər Xan
  • Aviasiya marşalı Nur Xan
  • Aviasiya marşalı Əbdül Rəhim Xan
  • Aviasiya marşalı Zəfər Çaudri
  • Baş aviasiya marşalı Zülfüqar Əli Xan
  • Baş aviasiya marşalı Ənvər Şamim
  • Baş aviasiya marşalı Camal Xan
  • Baş aviasiya marşalı Həkimullah xan Durrani
  • Baş aviasiya marşalı Faruq Firuzə Xan
  • Baş aviasiya marşalı Abbas Xattak
  • Baş aviasiya marşalı Pərviz Mehdi Qureşi
  • Baş aviasiya marşalı Muşaf Əli Mir
  • Baş aviasiya marşalı Kəlim Saadat
  • Baş aviasiya marşalı Tanvir Mahmud Əhməd
  • Baş aviasiya marşalı Rao Qəmər Süleyman
  • Baş aviasiya marşalı Tahir Rafiq Butt
  • Baş aviasiya marşalı Sohail Aman

Həmçinin bax

İstinadlar

  1. PAF. "History of PAF". AIr Force ISPR. 2019-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  2. "Arxivlənmiş surət". 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  3. "Article 243". 2012-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  4. "Air Chief Marshal Sohail Aman takes over charge of PAF". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  5. "History of the Pakistan Air Force 1947–1982", Pakistan Air Force Book Club, 1982
  6. Fricker, John, "Pakistan's Air Power", Flight International, 1969, səh. 89, 2012-01-14 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 8 sentyabr 2017
  7. Fricker, John, "Pakistan's Air Power", Flight International, 1969, səh. 90, 2012-01-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 8 sentyabr 2017
  8. "Arxivlənmiş surət". 2016-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  9. "Archived copy" (PDF). 27 noyabr 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017. IAF and PAF combat kills 1965 War by B. Harry
  10. "Arxivlənmiş surət". 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  11. Thomas M. Leonard. Encyclopedia of the developing world. Taylor & Francis. 2006. 806–. ISBN 978-0-415-97663-3. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  12. Jagan Pillarisetti. "Boyra Encounter – 22nd November 1971". Bharat Rakshak. 18 noyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  13. "Newsweek : the international newsmagazine: US edition". Newsweek: 34. 20 dekabr 1971. ISSN 0028-9604. Trying to catch the Indian Air Force napping, Yahya Khan, launched a Pakistani version of Israel's 1967 air blitz in hopes that one quick blow would cripple India's far superior air power. But India was alert and Yahya's strategy of scattering his thin air force over a dozen air fields failed!
  14. M. Leonard, Thomas. Encyclopedia of the Developing World. Taylor & Francis. 2006. səh. 806. ISBN 978-0415976640. 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  15. Bidanda M. Chengappa. Pakistan: Islamisation Army And Foreign Policy. APH Publishing. 1 yanvar 2004. 42–. ISBN 978-81-7648-548-7. 2013-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  16. Khan, Iftikhar A. "Threat to destroy Indian N-plant stopped attack on Kahuta". Dawn.com. Pakistan: The Dawn Media Group. 28 may 2010. 30 may 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  17. Shamim, M. Anwar. Cutting Edge PAF: A Former Air Chief's Reminiscences of a Developing Air Force. Vanguard Books. 2010. ISBN 978-969-402-540-7.
  18. "F-16 Air Forces — Pakistan". F-16.net. 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  19. John Pike. "F-16 Fighting Falcon". Globalsecurity.org. 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  20. "PAF F-16 squadron pilots & crew during Soviet/Afghan War 1979–1988". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  21. [1] Arxivləşdirilib 2012-01-15 at the Wayback Machine. PAF F-16 air kills illustrations.
  22. F-16 Air Forces – Pakistan Arxivləşdirilib 2011-05-29 at the Wayback Machine. F-16.net.
  23. How China keeps the PAF flying Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine. Southasiaanalysis.org.
  24. "lockheed | 1992 | 1317 | Flight Archive". Flightglobal.com. 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  25. "1994 | 1938 | Flight Archive". Flightglobal.com. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  26. "McDonnell Douglas Flight Archive". Flightglobal.com. 2012-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  27. "1994 Flight Archive". Flightglobal.com. 2012-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  28. U. S. hopes to give Pakistan drones within a year Arxivləşdirilib 2010-11-23 at the Wayback Machine. Reuters.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!