Padşah oyunu

Şah bəzəmə

Qarabağda "Padşah oyunu", Qubadlıda "Şah bəzəmə", Ordubadda "Xan bəzəmə" adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində, Ordubad rayonunda isə martın 21–22-si keçirilir.

Bəzi yerlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayonunun Dəmirçilər kənddə bu oyunu keçirmək üçün vaxtilə pul yığılıb heyvan alınmış, həmin heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilmişdi. Beyləqan rayonunu Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmış, həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdi.

Padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsə qoyular, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb-seçilən adamların arasından seçilirdi. 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu. İdris İbayevin dediyinə görə, Sirikdə İsgəndər oğlu Məhəmməd adlı qolu şikəst, yoxsul bir kişi olub. Hər il Novruz bayramına iki gün qalmış onu çimizdirib, əyninə təz paltar geyindirib padşah qoyar, ona vəzir-vəkil seçərdilər. Elə adamı vəzir seçilərdi ki, onun baməzəliliyi olsun, camaatı danışdırmağı, məclisi şənləndirməyi bacarsın.

Padşah bir qayda olaraq kişilərdən olur, yalnız müstəsna hallarda qadınlar da padşah seçilirdi. Padşah olan şəxs bir sutka dinməməli, danışmamalıdır. Gülən kimi onu taxtdan düşürür, özünü də soyundurub dar ağacından asırdılar. Ordubad rayonunda ən məşhur məzhəkəçilər, gülüş ustaları xanı güldürmək üçün dəridən-qabıqdan çıxırdılar. Xan gülsün deyə bəzən meydanda qadın, qız olmasına baxmayaraq xanla açıq-saçıq zarafatlar da edirdilər. Xan bütün bu məzhəkələrin qabağında özünü saxlaya bilməyib gülərdisə, meydana toplaşan tamaşaçılar onu geyimli-kecimli suya basır, onu "xanlıq"dan salırdılar. Taxtdan salınmış şəxs isə bir daha xan seçilə bilmirdi.

Mərasim üçün xüsusi bir mağar qurulur. Padşahı mağara yaxın qonşu bir evdə bəzəyirlər. Məclis başlayanda vağzalı çalınar, şah vəzir-vəkilin, fərraşların əhatəsində məclisə daxil olur. Padşah qəlbidə oturur, ondan bir az aşağıda vəzir, lap aşağıda buyruqçuları durur. Bir tərəfində xəbər aparıb gətirənləri, bir tərəfdə də şahın xəzinədarı oturur. Padşah əyninə arxalıq, üstündən də çuxa geyinir, başına da papaq qoyur. Padşahın geyimi kənddən kəndə fərqlənir. Məsələn, Sadınlar kəndində padşah əyninə qırmızı xələt geyinir, başına da kardondan düzəldilmiş bəzəkli papaq qoyurdu. Qızların məclisində isə padşah seçilən qızın başına yaylıq atılırdı. Qubadlı rayonunda şahın özü ilə yanaşı, onun atı da bəzənirdi. Atın belinə kənarları qotazlarla bəzədilmiş qırmızı palan salınırdı. Ordubad rayonunda isə padşah seçilən şəxs meydanın yuxarı başında qurulmuş taxtda oturur, vəzir, vəkil də gəlib taxtın sağında, solunda əyləşirdi. Yaraqlı-yasaqlı fərraşlar şahın hüzurunda əmrə müntəzir dayanırdılar. Cəllad qırmızı libas geyinir, əlində balta meydanın aşağı başında gözləyirdi.

Həmin gecə padşah müəyyən əmrlər verir, başındakı adamlar onun əmrini icra edirdilər. Padşahın sözü hər kəs üçün qanun idi və kimsə ona etiraz etmirdi. Kim pad-şahın sözünə baxmırdısa və ya onun əmrinə tabe olmurdusa, onu tutub padşahın hüzuruna aparır, onun qarşısında dizi üstə oturdurdular. Günahı onun üzünə deyilir və cəzalandırılırdı. Məclisdə əsasən müəyyən adamlara kəsilən cərimələrdən pul yığılırdı. Bundan əlavə, padşah kimisə asılmaqla cəzalandırdıqda onun yaxın adamı pul ödəyib onu azad edə bilirdi. Həmin pullar xəzinədarda yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunurdu. Məsələn, Qubadlı rayonu Dəmirçilər kəndində həmin mərasimdən yığılan vəsait hesabına onlar bir dəfə məscidin darava deyilən hissəsini təmir olunmuş, növbəti il yığılan vəsait hesabına imkansız adamlara, yetim-yesirə əl tutulmuşdu. Beyləqan rayonu Günəşli kəndində isə 2013-cü ildə keçirilən oyun zamanı yığılan pul ilə kəndə artezian üçün mator alınmışdı.

"Padşah oyunu"nun tarixi şəkli ilə müasir vəziyyətini müqayisəli olunduqda zaman keçdikcə bir çox şeyləri itirdiyi müşahidə edilir. Əvəllər bu mərasim daha geniş ərazidə qeyd olunurdusa, tədricən onun əhatə dairəsi daralmağa başlamışdı. Köçkünlükdən sonra Laçın rayonunda, demək olar ki, bu adət keçirilmir. Ordubad şəhərində vaxtilə hər məhəllənin öz xanı olurdusa, son 50 ildə yalnız bir yerdə – şəhərin "Şərşəhər" adlanan meydanında "Xanbəzəmə" şəbədəsi keçirilir. Mərasimin keçirildiyi günlərin sayında da azalma müşahidə olunur. Əvvəllər "Padşah oyunu" bir neçə gün qeyd olunurdu. İndiki dövrdə isə bu oyun bir gün keçirilir, əvvəlki illərdəki kimi səhərə qədər deyil, gecə saat on ikiyə qədər davam edir. Əvvəllər hamı qırmızı paltar geyinib məclisə gəlir, hətta padşah da başdan-ayağa qırmızı geyinirdi. Padşah olacaq şəxs bir gün qabaqcadan çimir, qüsullanaraq taxta çıxırdı. Mərasimin icra olunduğu bir sutka ərzində o, ac qalır, danışmır və gülmürdü. Son dövrlər keçirilən oyunlarda bu xüsusiyyətlər, demək olar ki, çox vaxt gözlənilmir.[1][2][3][4][5][6][7][8]

İstinadlar

  1. RÜSTƏMZADƏ, İLKİN. FOLKLOR ARAŞDIRMALARI. Bakı. 2022. 100–129.
  2. "Bənzərsiz Novruz mərasimi: "Padşah oyunu" – FOTOREPORTAJ VİDEO". azertag.az (az.). İstifadə tarixi: 2025-01-06.
  3. "Novruzda "Padşah-xan oyunu"". medeniyyet.az (ingilis). İstifadə tarixi: 2025-01-06.
  4. Qlobal.az. "Novruz adətləri – "Padşah oyunu"". qlobal.az (ingilis). İstifadə tarixi: 2025-01-06.
  5. "Novruz adətləri: "Padşah oyunu" - FOTO". Milli.Az (az.). 2017-03-23. İstifadə tarixi: 2025-01-06.
  6. "Novruzun yaddaşlardan silinməyən xalq tamaşaları". https://azerbaijan-news.az (az.). 1970-01-01. İstifadə tarixi: 2025-01-06.
  7. ÜMUMTÜRK KONTEKSTİNDƏ QARABAĞ XALQ OYUNLARI VƏ MEYDAN TAMAŞALARI MÖVZUSUNDA BEYNƏLXALQ ELMI KONFRANSIN MATERİALLARI (PDF). Bakı. 2014. 241–252.
  8. https://anl.az/down/meqale/qobustan/2_2015/464722.pdf

Read other articles:

Tautiška GiesmeB. Indonesia: Himne NasionalLagu kebangsaan  LituaniaPenulis lirikVincas Kudirka, 1898KomponisVincas Kudirka, 1898Penggunaan1919 (digunakan kembali tahun 1988)Sampel audioberkasbantuan Vincas Kudirka Tautiška giesmė adalah lagu kebangsaan Lituania, lagu tersebut diciptakan pada tahun 1898 oleh Vincas Kudirka dan diresmikan penggunaannya pada tahun 1919. Penggunaannya sempat terhenti selama puluhan tahun saat Lituania menjadi salah satu republik Soviet, dan lagu ter...

 

Tiberio Mitri Tiberio Mitri (1950) Daten Geburtsname Geburtstag 12. Juli 1926 Geburtsort Triest Todestag 12. Februar 2001 Todesort Rom Nationalität Italienisch Gewichtsklasse Mittelgewicht Größe 1,72 m Kampfstatistik als Profiboxer/in Kämpfe 101 Siege 88 K.-o.-Siege 22 Niederlagen 7 Unentschieden 6 Tiberio Mitri (* 12. Juli 1926 in Triest; † 12. Februar 2001 in Rom) war ein italienischer Boxer und Schauspieler. Inhaltsverzeichnis 1 Leben 2 Filmografie (Auswahl) 3 Weblinks 4 Einzelnachwe...

 

Den här artikeln behöver källhänvisningar för att kunna verifieras. (2020-02) Åtgärda genom att lägga till pålitliga källor (gärna som fotnoter). Uppgifter utan källhänvisning kan ifrågasättas och tas bort utan att det behöver diskuteras på diskussionssidan. The Lord of the Rings: The Return of the KingÅr2003UtvecklareEA Redwood ShoresUtgivareEA GamesGenreActionäventyrRollspelAntal spelareSingleplayerFormatGamecubePlaystation 2Xbox,Windows,Game Boy AdvanceDistributionU...

Tangga Batu IDesaPeta lokasi Desa Tangga Batu INegara IndonesiaProvinsiSumatera UtaraKabupatenTobaKecamatanParmaksianKode pos22384Kode Kemendagri12.12.24.2004 Luas5,39 km²Jumlah penduduk1.351 jiwa (2015)Kepadatan250,65 jiwa/km² Tangga Batu I adalah salah satu desa di Kecamatan Parmaksian, Kabupaten Toba, Provinsi Sumatera Utara, Indonesia. Pemerintahan Kepala Desa Tangga Batu I pada tahun 2020 adalah Juner Sitorus.[1] Desa Tangga Batu I terdiri dari dusun: Huta Nagodang Lumban ...

 

اتفاق بلازامعلومات عامةالنوع معاهدة متعددة الأطراف الموضوع سعر الصرف نسبة التسمية Plaza Hotel (en) الموقعون  القائمة ... فرنسا — ألمانيا الغربية — اليابان — الولايات المتحدة — المملكة المتحدة تعديل - تعديل مصدري - تعديل ويكي بيانات التحول في سعر صرف العملات (المارك الألماني / ...

 

Keuskupan Agung LiverpoolArchidioecesis LiverpolitanaArchdiocese of LiverpoolKatolik Katedral Kristus Raja, LiverpoolLokasiNegara Inggris, Britania RayaWilayahLancashire di sebelah selatan Sungai Ribble, bagian dari Merseyside, Cheshire, Manchester Raya, dan Pulau ManProvinsi gerejawiLiverpoolDekanat22 wilayah pastoralKantor pusatLiverpool, Merseyside, Inggris, Britania RayaStatistikLuas1.165 km2 (450 sq mi)Populasi- Total- Katolik(per 2017)1.812.870496,600&...

Dieser Artikel oder nachfolgende Abschnitt ist nicht hinreichend mit Belegen (beispielsweise Einzelnachweisen) ausgestattet. Angaben ohne ausreichenden Beleg könnten demnächst entfernt werden. Bitte hilf Wikipedia, indem du die Angaben recherchierst und gute Belege einfügst. Christopher McDonald auf dem Tribeca Film Festival 2011 Christopher McDonald (* 15. Februar 1955 in New York City, New York) ist ein US-amerikanischer Schauspieler. Leben und Karriere Er studierte am Hobart College in ...

 

Writing system used for several Batak languages Surat Batakᯘᯮᯒᯖ᯲ ᯅᯖᯂ᯲Surat Batak in Toba variant.Script type Abugida Time periodc. 1300–presentDirectionleft-to-right LanguagesBatak languagesRelated scriptsParent systemsProto-Sinaitic alphabet[a]Phoenician alphabet[a]Aramaic alphabet[a]Brāhmī Detailed descent of Batak script from Brahmi unclear. Hypotheses of Kawi origin or direct descent through Pallava:Pallava scriptOld KawiSurat BatakSister systemsDirect fam...

 

Untuk kapal lain dengan nama serupa, lihat HNLMS Isaac Sweers. KRI Karel Satsuitubun saat latihan CARAT 2005 Sejarah Belanda Nama Isaac SweersAsal nama Isaac SweersPembangun NDSM, AmsterdamPasang lunas 5 Mei 1965Diluncurkan 10 Maret 1967Mulai berlayar 15 Mei 1968Dipensiunkan 1990Identifikasi Nomor panji: F814 Kode sinyal: PAVF Nasib Dijual ke Angkatan Laut Republik Indonesia Indonesia Nama Karel SatsuitubunAsal nama Karel Satsuit TubunDiperoleh 13 Mei 1989Mulai berlayar 1 November 1990Identif...

Galaksi Bunga MatahariM63 dari GALEX sky survey Kredit: NASA / WikiSkyData pengamatan (J2000 epos)Rasi bintangCanes VenaticiAsensio rekta 13j 15m 49.3d[1]Deklinasi +42° 01′ 45″[1]Pergeseran merah504 km/s[1]Jarak37 Jtc[2]Magnitudo semu (V)9.3[1]Ciri-ciriJenisSA(rs)bc[1]Ukuran semu (V)12′.6 × 7′.2[1]Penamaan lainM63 • NGC 5055 • UGC 8334 • PGC 46153 • CGCG 217-23 • MCG +7-27-54 ...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Very long-chain acyl-coenzyme A dehydrogenase deficiency – news · newspapers · books · scholar · JSTOR (March 2017) (Learn how and when to remove this template message) Medical conditionVery long-chain acyl-coenzyme A dehydrogenase deficiencyOther namesVLCADDVe...

 

A section of a root nodule cell showing symbiosomes enclosing bacteroids. A symbiosome is a specialised compartment in a host cell that houses an endosymbiont in a symbiotic relationship.[1] The term was first used in 1983 to describe the vacuole structure in the symbiosis between the animal host the Hydra, and the endosymbiont Chlorella. Symbiosomes are also seen in other cnidaria-dinoflagellate symbioses, including those found in coral-algal symbioses. In 1989 the concept was applie...

American political scientist Quincy WrightQuincy Wright, circa 1940Born(1890-12-28)December 28, 1890Medford, Massachusetts, United StatesDiedOctober 17, 1970(1970-10-17) (aged 79)Charlottesville, Virginia, United StatesOccupationprofessor, Political scientistGenreWar, International law Philip Quincy Wright (December 28, 1890 – October 17, 1970) was an American political scientist based at the University of Chicago known for his pioneering work and expertise in international law,[1&...

 

Rio Marina Entidad subnacional Rio MarinaLocalización de Rio Marina en Italia Coordenadas 42°49′00″N 10°25′00″E / 42.816666666667, 10.416666666667Capital Rio MarinaIdioma oficial ItalianoEntidad Antiguo municipio de Italia y Municipio • País Italia • Región Toscana • Provincia LivornoDirigentes   • Alcalde Renzo GalliFracciones CavoMunicipios limítrofes Porto Azzurro, Rio nell'ElbaSuperficie   • Total 19 km²Altitud &#...

 

Syncopy Films Inc.JenisSwastaIndustriGambar bergerakDidirikan2001PendiriChristopher NolanEmma ThomasKantorpusatLondon, InggrisTokohkunciChristopher NolanEmma ThomasPemilikChristopher NolanEmma Thomas Syncopy Films Inc. adalah rumah produksi film yang berpusat di London, Inggris. Perusahaan ini didirikan oleh sutradara film, penulis naskah, dan produser Christopher Nolan dan istrinya, Emma Thomas. Nama Syncopy Films diambil dari syncope, istilah kedokteran untuk menyebut pingsan atau kehilanga...

Laurent Depoitre Depoitre con la maglia del Gent nel 2015 Nazionalità  Belgio Altezza 191 cm Peso 91 kg Calcio Ruolo Attaccante Squadra  Gent Carriera Giovanili 1995-2001 AS Montkainoise2001-2003 R.E. Mouscron2003-2005 Tournai Squadre di club1 2005-2006 Tournai31 (12)2006-2009 RRC Péruwelz43 (16)2009-2012 Eendracht Aalst47 (16)2012-2014 Ostenda62 (19)[1]2014-2016 Gent58 (24)[2]2016-2017 Porto7 (1)2017-2019 Huddersfield T...

 

  Cyanoptila Cyanoptila cyanomelanaTaxonomíaReino: AnimaliaFilo: ChordataClase: AvesOrden: PasseriformesFamilia: MuscicapidaeGénero: CyanoptilaBlyth, 1847[editar datos en Wikidata] Cyanoptila es un género de aves paseriformes perteneciente a la familia Muscicapidae.[1]​[2]​ Sus dos especies habitan en Asia oriental. Especies El género contiene las siguientes especies:[1]​ Cyanoptila cyanomelana - papamoscas azul; Cyanoptila cumatilis - papamoscas de Manchu...

 

American research scientist specializing in accessible technology design Joshua MieleBorn1969 (age 53–54)New York, U.S.EducationUniversity of California, BerkeleyAwardsMacArthur Fellowship (2021)Scientific careerFieldsAccessibilityInstitutionsSmith-Kettlewell Eye Research Institute (2003–2019)Amazon Lab126 (2019–present)ThesisHuman auditory perception of trajectories of motion in a simulated open-field environment (2003)Doctoral advisorErvin Hafter Joshua A. Miele (born 19...

Public university in Missoula, Montana, US This article is about the main campus in Missoula. For other campuses, see University of Montana (system). University of MontanaFormer nameMontana State University(1945–1965)[1]MottoLux et Veritas (Latin)Motto in EnglishLight and TruthTypePublic research universityEstablishedFebruary 13, 1893;131 years ago (1893-02-13)[2]Parent institutionMontana University System - The University of Montana SystemAccred...

 

В статье не хватает ссылок на источники (см. рекомендации по поиску). Информация должна быть проверяема, иначе она может быть удалена. Вы можете отредактировать статью, добавив ссылки на авторитетные источники в виде сносок. (21 февраля 2017) Содержание 1 Ранняя греческая лит...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!