Ov mövsümü - Yavuz Turqulun rejissorluğu ilə çəkilən 2010-cu il istehsalı olan türk polis-detektiv filmi. Filmdə Şənər Şən, Cem Yılmaz, Çətin Təkindor kimi aktyorlar yer alıblar.[2] Film çəkilişləri aprel ayında başlamış və 51 gün davam ermişdir . 3 dekabr 2010-cu ildə baxışa buraxılmışdır."box office özet". İstifadə tarixi: 5 noy 2024.
Mövzusu
Təcrübəsi, intuisiyası və təqib bacarığı ilə tanınan "Ovçu" ləqəbli Fərman (Şənər Şən) və "Dəli" ləqəbli İdris (Cem Yılmaz) cinayət bürunun əməkdaşı olan iki polisdir. İkili ata-oğul qədər bir-birinə yaxın və bağlıdır. Sakit təbiətli antropologiya məzunu Həsən (Okan Yalabık) sonradan komandaya qpşulur Təcrübəsiz olduğuna görə ona "çömez" (naşı) ləqəbi qoyurlar.
Öldürülən gənc qızın (Pamuk) ölümündə narkotik taicir Asit, Türkiyənin ən varlı adamlarından biri Battaq Çolaqzadə, qızın qardaşları Abbas, Vaqqas və başqaları şübhəli bilinir.
Qətli araşdırarkən olanlar həyatını xəstə arvadına həsr edən Fərmanın, boşandığı arvadına xəstəlikli formada bağlı İdrisin və bu dünyaya yad olan Həsənin həyatına çox böyük təsr edir.