1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər.
Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.