Oturan iblis

Oturan iblis
rus. Демон (сидящий)
Rəssam Mixail Vrubel
Tarixi 1890
Üslubu dini incəsənət[d]
Texnikası Kətan, yağlı boya. 114x211 sm
Ölçüləri 116,5 sm × 213,8 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Tretyakov qalereyası, Moskva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib.

İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir. Rəssam bu effektə mastixinlə yerinə yetirilmiş səthi yaxmalarla nail olmuşdur

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!