Otto mühərriki

4-Gedişli Otto mühərrikinin işləmə prinsipi

Otto mühərrikibenzinlə işləyən dörd taktlı daxili yanma mühərriki.

Nikolaus Otto 1876-cı ildə özünün yeni benzinlə işləyən dörd taktlı daxili yanma mühərrikini yaratmışdır. Bir ildən sonra buna patent almışdır. Bu böyük nailiyyət idi, belə ki, həmin vaxtdan etibarən dörd taktlı tsikl, əksər qaz və benzin mühərriklərinin iş rejimlərinin əsasını təşkil etmişdir. Məhz bu ixtira Nikolaus Ottonun ən böyük texniki nailiyyəti olmuşdur.

Lakin qısa müddət sonar aşkar olunmuşdur ki, Ottodan bir neçə il əvvəl belə bir prinsiplə işləyən mühərrik fransız mühəndisi Alfons-Ejen Bo de Roşe (1815–1893) tərəfindən təsvir edilmişdir. Nəticədə, fransız sənayeçilər qrupu məhkəmədə Nikolaus Ottonun patentinə etiraz etmiş və məhkəmə fransızların dəlillərini əsaslı saymışdır.

Əslində Bo de Roşe öz kəşfini 1862-ci ildə patentləşdirmiş, lakin işlək dörd taktlı mühərriki quraşdıra bilməmişdir. Beləliklə o, yalnız ideya təklif etmişdir, Nikolaus Otto nəinki belə bir mühərrik yaratmış, hətta ondan mövcud buxar maşınlarının faydalı iş əmsalının daha yüksək nəticələrinə nail olmuşdur. Təxminən elə həmin dövrdə Otto, Daymler və Maybaxdan asılı olmayaraq Manqeymdə işləyən Karl Benz iki taktlı daxiliyanma mühərriki yaratmış və ona patent almışdır.

Dörd taktlı mühərrikin iş tsikli dörd əsas mərhələdən ibarətdir: işə salma (silindrə təzə yanacaq-hava qarışığı sorulur), sıxılma (işçi qarışıq sıxılır), yanma və genişlənmə (işçi qarışıq yandırma şamının qığılcımından işçi qarışıq yandırılır), çıxım (çıxım klapanı açılır və porşen işlənmiş qazları mühərrikin silindrindən sıxışdırıb çıxarır).

İki taktlı mühərrik dörd taktlı mühərrikdən yalnız iki tsiklə görə sıxılma və genişlənməsinə görə arxada qalır, giriş və çıxış tsiklləri isə silindrin üfürülməsi ilə əvəz edilmişdir ki, bu da təzə işçi qarışıq qaz işlənmiş qazları silindrdən sıxışdırıb çıxardır.

Əlbəttə ikitaktlı mühərriklər hazırlanmada sadə və ucuzdur, lakin dördtaktlı mühərriklər daha böyük eytiyata malikdir. Onlar iqtisadi cəhətdən səmərəli, daha təmiz tullantı qazlarına malikdirlər və az səs əmələ gətirirlər.

Karl Benz qatar sürücüsünün oğlu idi. Karlın cəmi iki yaşı olanda atası soyuqdəymədən vəfat etmişdir. Anası ona təkbaşına təhsil vermişdir. Karlsruzedə Karl ibtidai məktəbi bitirdikdən sonra 1853-cü ildə texniki liseyə sonra isə Politexnik universitetinə daxil olmuşdur.

Texniki mexanika fakültəsini bitirdikdən sonra Benz yeddi il müxtəlif müəssisələrdə işləmişdir. 1871-ci ildə isə o, Manqeymdə öz mexaniki emalatxanasını açmışdır. Burada yeni daxiliyanma mühərriklərini yaratmağa başlamışdır.

Karl Benz özünün ilk patentini 31 dekabr 1878-ci ildə almışdır. Bundan sonra yorulmaz ixtiraçı gələcək avtomobilin mühüm qovşaq və sistemlərini: karbüratoru (benzin və havanı qarışdırmaq üçün qurğu), akseleratoru (mühərrikin silindrlərinə daxil olan yanar qarışığın tənzimləyicisi), yanma sistemini, ötürməni dəyişdirən qutunu və soyutma üçün su radiatorunu patentləşdirmişdi.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!