On Birinci prospekt (ing.Eleventh Avenue) — Nyu-York şəhərinin Manhettenborosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur.
59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar.[1]
İctimai nəqliyyat
On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir.[2]
M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir;[3] avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.[4][5]