Olqa Leontyevna Mikitenko (ukr.О́льга Лео́нтіївна Миките́нко; 24 iyun1974, Jitomir) — Ukrayna əsilli məşhur alman opera müğənnisi (soprano), Ukrayna Milli Operasının solisti (1995–2006), Ukraynanın əməkdar artisti (1999).[1]
Olqa Mikitenko 1974-cü ildə Jitomirdə anadan olub.[1] 1989–1992-ci illərdə Jitomir Musiqi məktəbinin xor dirijorluğu fakültəsində təhsil alıb. 1990–1992-ci illərdə isə Jitomir Dram və Komediya Teatrının aktrisası və müğənnisi kimi fəaliyyət göstərib.
O, 1992–1997-ci illərdə P. Çaykovski adına Kiyev Milli Musiqi Akademiyasında (professor Q. Suxorukovanın sinfi) təhsil almışdır.
Olqa Mikitenko fəaliyyətini incəsənətin müxtəlif istiqamətləri: opera, kamera və simfonik musiqi, caz, kino üzrə davam etdirir. Dram və lirik repertuarını daima inkişaf etdirir.
2001-ci ildən o, Avropa və Amerika da daxil olmaqla dünyanın ən nüfuzlu səhnələrində (xüsusən, Bavariya operası, Doyçe operası, Metropolitan -opera, Barselonada Teatr Liseo, Drezden operası və digər səhnələrdə) çıxlş edib.
2017-ci ildə Olqa Mikitenkonun bioqrafik səciyyəli Solo OM fəlsəfi romanı işıq üzü görüb. Kitab ingilis və alman dillərində də çap edilib və pulsuz onlayn satışdadır.
2020-ci ildə müğənninin Verdi Arias Kirill Karabetsin rəhbərliyi altında Bornmut Simfonik Orkestri ilə birlikdə ərsəyə gətirdiyi yeni diski — "I Vespri Verdiani" işıq üzü görüb.[2]
↑"Previous Prize Winners". The Queen Sonja International Music Competition. December 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 5, 2013.