Olqa Kaniskina (19 yanvar 1985, Napolnaya Tavla, Mordoviya MSSR) — rusiyalı yüngül atletika idmançısı, 2008 Yay Olimpiya Oyunları və 2007-ci il Yüngül Atletika üzrə çempionu, ikiqat Rusiya çempionu. 20 km idman yürüşü üzrə ixtisaslaşmışdır.
24 mart 2016-cı ildə İdman Arbitraj məhkəməsi Olqa Kaniskinanın 15 avqust 2009-cu ildən 15 oktyabr 2012-ci ilə qədər ki, bütün naliyyətlərini antidopinq qaydalarını pozduğuna görə ləğv etmişdir[1].
Bioqrafiya
1985-ci ilin yanvar ayının 19-da Napolnaya Tavla kəndində anadan olmuşdur. Milliyyətcə erzyandır[2].
8 yaşı olarkən anası dünyasını dəyişir. O, Saranskdakı № 35 məktəbdə təhsil alırdı. 7-ci sinifdə inkən idman yürüşü ilə məşqul olmağa başlayır. Olqa bir çox ümumrusiya yeniyetmələr arası yarışmalarda iştirak edir. 18 yaşında ikən o artıq idman ustası adına layiq görülür.
2005-ci ildə Olqa gənclər arasında Avropa Çempionatının gümüş medalına layiq görülür. 2006-cı ildə isə Avropa Çempionatının gümüş medalını alır.
2007-ci ildə 20 km məsafə üzrə idman yürüşü yarışmasında Dünya çempionu olmuşdur. Eyni ildə Grand Pri IAAF müsabiqəsində qalib gələrək çempion olur. Avropa Kubokunda isə gümüş medal qazanır (Leminqton).
2008-ci ildə Olqa Kaniskina 2008-ci il Yay Olimpiya Oyunlarında 20 km idman yürüşü yarışmasında birinci yeri tutur.
2009-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Dünya Çempionatının qalibi olur (Berlin).
2010-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Avropa Çemionu adına layiq görülür (Barselona).
2011-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Dünya Çempionatının qızıl medalına layiq görülür.
2012-ci ildə Londondakı Olimpiya Oyunlarında 20 kilometrlik idman yürüşü yarışmasında yalnız həmyerlisini Elena Laşmanovadan dala qalaraq gümüş medal qazanır. Anti-dopinq skandalı sonrası medallardan məhrum edilmişdir.
Saranskda yaşayır. Mordoviya Dövlət Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Ailəli deyil.
24 mart 2016-cı ildə İdman Arbitraj məhkəməsi Olqa Kaniskinanın 15 avqust 2009-cu ildən 15 oktyabr 2012-ci ilə qədərki bütün naliyyətlərini antidopinq qaydalarını pozduğuna görə ləğv etmişdi.
İstinadlar
Mənbə