OKO (rus. объединённые кристаллом основания) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Kompleks iki tikilidən ibarətdir: 16A və 16B.
OKO - sözü "Birləşmiş kristalların əsası" mənasının qısaltmasıdır.
Cənubi qüllə kompleksi hündürlüyünə görə tikilib qurtaran binalar arasında Avropada ikinci yerdədir.
Həm yaşayış, həm də ofis yerləri təxminən eyni ölçüdə binalarda yerləşdirilib: ofislərə 122493 m², mənzil üçün 122507 m² yer ayrılmışdır.[1][2][3]
16A göydələni
Göydələnlərdən biri - Cənubi qüllə 354 metr və 85 mərtəbədən ibarətdir. Hər iki binanın hazırda yeraltı mərtəbələri mövcuddur.
16B göydələni
Şimali qüllə 49 mərtəbəli və 245 metr hündürlüyündədir.
16B nömrəli tikilidə üçulduzlu hotel
, 330 otaq və 3740 avtomobil üçün dayanacaq yeri göydələn yerləşdirilmişdir. Otel 22 mərtəbədən ibarət və 79 metr yüksəkiyindədir.[4][5][6]
Qalereya
Həmçinin bax
İstinadlar