Obyekt (proqramlaşdırma)

Obyekt — avtomatlaşdırılmış layihələndirmədə və obyekt-yönlü proqramlaşdırmada: vahid tam kimi və çox vaxt müəyyən kateqoriyanın və ya tipin üzvü kimi baxıla bilən elementi bildirmək üçün tətbiq olunan termin. Avtomatlaşdırılmış layihələndirmə sistemlərində obyekt bir tam kimi saxlanılabilən və emal ediləbilən, yaradılma üsullarına görə təsnif ediləbilən qrafik element (məsələn, xətt və ya qövs), yaxud formadır. Məsələn, kubu ayrı-ayrı xətlərdən, dərinlik ölçüsü artırılmış düzbucaqlı şəklində və ya kubun özü şəklində qurmaq olar.

Obyekt-yönlü proqramlaşdırmada "entity" obyektlər (qrupu) sinfinin təsvirinin bir hissəsidir. Bu halda element ya sinfin atributu ola bilər (lələklər quşların atributu olduğu kimi), ya da həmin siniflə bağlı olan proqramda dəyişən və ya arqument ola bilər. Tut: OBJECT-ORIENTED PROGRAMMING. Verilənlər bazasının strukturunda obyekt maraq predmetidir, yəni haqqında informasiya toplanıla bilən nəsnədir. Məsələn, pərakəndə (xırda) ticarətin verilənlər bazasında obyektlər müştərilər, məhsullar və mal göndərənlər ola bilər. Obyekt özündə bir sıra atributu (məsələn, rəng, ölçü və qiyməti), yaxud ad, ünvan və kredit məbləğini biləşdirə bilər.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!