Nyu-York Şəhər Kolleci (ing. City College of the City University of New York) — Nyu-York Şəhər Universitetinin (CUNY) əsas və ən qədim kolleci.[2] 14 ha sahəyə malik kampusu Manhetten borosunun Hamilton Hayts hissəsində, Konvent prospekti boyu yerləşir.[3][4]
Tarixi
1847-ci ildə zəngin iş adamı Taunsend Harrisin vəsaitlərinə əsasən qurulmuşdur. Nyu-York Şəhər Kolleci Amerika Birləşmiş Ştatlarında ilk pulsuz dövlət ali təhsil müəssisəsi idi[5] və eyni zamanda uzun illərdir CUNY-nin flaqman kampusu hesab olunur.[6]
2011-ci ilin payızında kollecdə memarlıq, mühəndis işi, azad sənətlər və elmlər, təhsil, biotibb, psixologiya və s. üzrə bakalavr, magistr və doktorantura sahələrində təhsil alan 16.544 tələbə var idi.[1][4] Nyu-York Şəhər Kollecinin tələbə heyəti ABŞ-dakı ən müxtəlif qruplardan biridir və dünyanın 162 ölkə nümayəndələrini bir araya gətirir.[7]
İstinadlar