Nyu-York sığınacaq evi

Nyu-York sığınacaq evinin 1855-ci ilə olan vəziyyətini təsvir edən ağac oyması

Nyu-York sığınacaq evi (ing. New York House of Refuge) ― ABŞ-da azyaşlı cinayətkarlar üçün açılmış ilk islahedici müəssisə.[1] Müəssisə 1824-cü ildə Nyu-York şəhərinin Manhetten borosunun Baueri küçəsində açılmışdır,[2] 1839-cu ildə yanğın nəticəsində dağılmış və 23-cü küçəyə köçürülmüşdür, 1854-cü ildə isə Rendels adasında yerləşdirilmişdir.[3]

111 illik tarixi ərzində islahedici müəssisə şəxsi mənbələrdən maliyyələşdirilirdi, dövlət qurumlarından ancaq rəhbərlik, nəzarət və əlavə maliyyə alırdı.

1901-ci ildən başlayaraq qadın məhkumlar yeni açılan qadınlar üçün Nyu-York sığınacaq evinə (ing. New York House of Refuge for Women), indiki Takonik islah müəssisəsinə köçürüldü. 1930-cu illərdə yaşca daha kiçik kişi məhkumlar (12 ilə 15 yaş arası) Vorikdə yerləşən yeni dövlət təlim məktəbinə köçürüldü, yaşca daha böyük oğlanlar isə yeni tikilmiş Koksaki dövlət həbsxanasına köçürüldülər.[4] Sığınacaq evi 11 may 1935-ci ildə bağlandı.

İstinadlar

  1. "New York House of Refuge". New York State Archives. 2012-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05. The New York House of Refuge was the first juvenile reformatory in the nation. ...
  2. "The Haunted Convict". yalealumnimagazine.com (ingilis). 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  3. "OUR CITY CHARITIES.; The New-York House of Refuge for Juvenile Delinquents". The New York Times (ingilis). 1860-01-23. ISSN 0362-4331. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  4. Eisenstadt, Peter R.; Moss, Laura-Eve. The Encyclopedia of New York State. Syracuse University Press. 2005. səh. 1088. ISBN 9780815608080. 25 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2016.

Xarici istinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!