Norveç omarı

Norveç omarı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Norveç omarı
Beynəlxalq elmi adı

Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, AralıqŞimal dənizlərində yayılmışdır.

Həyat tərzi

Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir. Yuvasını ancaq gecə yem axtarmaq üçün tərk edir. Dişiləri öz qarıncığının altına mart - noyabr aylarında 4000 qədər yumurta qoymağa qadirdirlər. Mayalanma erkək fərdin onun quyruq hissəsinə yapışmasından sonra baş verir. Dişi fərd mayalanmış yumurtaları 9 ay özü ilə daşıyır.

Kulinariyada

Norveç omarı və ya skampi delikatest kimi mətbəxdə geniş istifadə olunur. Skampinin əsas ətli hissəsi onun arxa (quyruq-gövdə) hissəsi sayılır. Qısqacları zəif əsələli olduğuna görə qida üçün yararsızdırlar. Norveç omarı müxtəlif ölkə mətbəxlərində müxtəlif adlar altında təklif olunurlar; belə ki, Fransada “lanqustina”, İtaliyada “skampi”, Almaniya və Avstriya kulinariyasında “lanqust quyruğu” və s. Bəzən onu səhv olaraq “kral omarı” kimi də təqdim edirlər.

İstinadlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!