Norveç cərəyanı və ya Norveç axını[1] — Norveç dənizindən keçən isti cərəyan. Cərəyan 50–100 metr dərinliklə hərəkət edir.
Cərəyan Şimali Atlantika cərəyanının davamını təşkil edir. Suyunun duzluğu 34–35 ‰-dir. Suyunun temperaturu yayda +10…+12 °C, qışda isə +5…+7 °C olur. Sürəti 30 sm/s təşkil edir. İqlimi Skandinaviyaya uyğundur. Norveç cərəyanının qolları isə Nordkap və Şpitsbergen cərəyanlarıdır. Cərəyanların ayrılması 67° şm. e. 3° ş. u.HGYO nöqtəsində baş verir.
Mənbə
İstinadlar