Norveç Coğrafiya Cəmiyyəti (norv.Det norske geografiske Selskab) — Norveç Krallığının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Oslo şəhərində yerləşir.
Cəmiyyətin yaradılmasının təşəbbüskarlardan biri olan geoloq Hans Henrik Reuş1898-ci ildən 1903-cü ilə qədər cəmiyyəti idarə etmiş, 1907-ci ildən 1909-cu ilə qədər cəmiyyətin fəxri üzvü olmuşdur[2].
Fəaliyyəti
Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. Əsas nəşri 1926-cı ildən bəri çap olunan "Norveç Coğrafiya Jurnalı"dır[1].
↑ 12Henriksen, Petter, redaktorGeografiske selskaper // Store norske leksikon (Norwegian). Oslo: Kunnskapsforlaget. 2007. 27 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
↑Bryhni, Inge. Hans Henrik Reusch // Knut Helle (redaktor). Norsk biografisk leksikon (Norwegian). Oslo: Kunnskapsforlaget. 25 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.