Norman Xose Kaldera Kardenal

Norman Xose Kaldera Kardenal
isp. Norman José Caldera Cardenal
Nikaraqua Respublikasının xarici işlər naziri
10 yanvar 2002 – 10 yanvar 2007
ƏvvəlkiFransisko Aquirre Sakasa
SonrakıSamuel Santos Lopez
Şəxsi məlumatlar
Doğum tarixi (78 yaş)
Doğum yeri Nikaraqua, Manaqua
Fəaliyyəti siyasətçi

Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007).

Həyatı

21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur.[1]

Təhsili

İlk təhsilini Kalasanz Kollecində almışdır.[1] Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir.[1]

1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir.[1]

Fəaliyyəti

1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir.[1]

1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir.[1]

1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.[1]

1996-cı ildə Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlamışdır.[1]

1999-cu ildə Nikaraqua Ticarət, Sənaye və İnkişaf Nazirliyinə vəzifəyə təyin olunmuşdur.[1]

Siyasi fəaliyyəti

2002-ci il yanvarın 10-da Nikaraqua Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur.[1] 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.

Ailəsi

Evlidir, üç övlad atasıdır.[1]

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!