Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Nobuko.
Nobuko Yoşiya (吉屋 信子?, 12 yanvar 1896, Niiqata – 11 iyul 1973, Kamakura, Kanaqava prefekturası) – Yaponiya yazıçısı.
Həyatı
Niiqata prefekturasında bir dövlət məmurunun qızı kimi doğulmuşdur. Yeniyetmə yaşlarından etibarən əsərlər yazmağa başlamışdır. 1916-1924-cü illərdə yayımlanmış "Çiçək hekayələri" adlı əsəri qız tələbələr arasında populyar olmuşdur. "Yerin sonuna qədər" adlı əsərinə görə 1920-ci ildə "Osaka Asahi" qəzetinin mükafatını qazanmışdır. Bu əsər Tokioda təhsil alarkən əldə etdiyi xristianlıq təcrübələrini əks etdirirdi.
Yoşiyanın romanları qadın idealları, problemləri, digər qadınlarla münasibətlərə həsr olunduğu üçün əsasən qadın oxucular tərəfindən oxunurdu. Həyatını Monma Çiyo adlı qadın partneri ilə birlikdə keçirmiş, onunla səyahətlər etmişdir.
Əsas əsərləri siyahısına "Qadınların dostluğu" (1933-34), "Bir ərin isməti" (1936-37), "İblis alovu" (1951), "Atakake insanları" (1951-52) və "Tokuqava xanımları" (1966) daxildir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər