Neytron ulduzu

Neytron ulduzlarıSupernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar.

Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir.

Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir.

Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır.

Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür. Neytron ulduzunun səthində olan cazibə sahəsi Yerin cazibə sahəsindən təxminən 2×10¹¹ dəfə daha çoxdur.

Neytron ulduzlarının mövcudluğu 1967-ci ildə qadın astrofizik Cozelin Bell tərəfindən pulsarların aşkar olunmasından sonra məlum olmuşdur.

Sonra aşkar olundu ki, neytron ulduzları həm pulsarlarda, həm də rentgen şüalanma mənbələri olan barsterlərdə özünü büruzə verir. Güman olunur ki, təkamülün müəyyən mərhələsində neytron ulduzları aktiv qamma-şüalanma mənbəyinə çevilirlər.Bilinən öz oxu ətrafında ən sürətlə fırlanan neytron ulduzu, bir saniyəyə 716 dəfə və ya bir dəqiqəyə 43.000 dövr edən PSR J1748-2446ad neytron ulduzudur.Ekvatorda onun fırlanma sürəti işığın sürətinin 24%-i qədərdir.

Hazırkı dövrə qədər 500-dən çox neytron ulduzu aşkar olunmuşdur, onlardan 5%-i rentgen pulsarı, 10%-i barster, qalanları isə adi radiopulsarlardır.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!