Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub. 22 iyul 2007-ci il parlament seçkilərində AKP-dən İstanbul üzrə təkrar millət vəkili seçilib. 2009-cu il mayın 3-də keçirilən kabinet dəyişikliyində Türkiyə Cümhuriyyətinin milli təhsil naziri təyin olunub.